Qazaxıstanda Qızıl Orda dövrünə aid 3 yaşayış məntəqəsi tapılıb
Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Arxeoloqlar Qazaxıstanda yerləşən “Saraışıq” muzey-qoruğu ərazisində aparılan qazıntılar zamanı Qızıl Orda dövrünə aid üç yeni yaşayış məntəqəsi və 250 artefakt aşkar ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "24KZ" telekanalı məlumat yayıb.
Məlumatda bildirilir: “Atırau arxeoloqları ‘Saraışıq’ muzey-qoruğunun ərazisində üç qədim yaşayış məntəqəsi aşkar ediblər. Qazıntılar zamanı 250 artefakt tapılıb. Yaşayış evinin divar qalıqları, sitadel və karvansara üzə çıxarılıb. Tapıntılar XIV əsrin əvvəllərinə aid edilir və Qızıl Orda dövrünə məxsusdur.”
Qeyd olunur ki, alimlər tapıntılar barədə 2025-ci il üzrə tədqiqatların yekunlarına həsr olunmuş tədbirdə — Atırau Universitetində məlumat veriblər.
Telekanalın məlumatına görə, ümumilikdə muzey-qoruq ərazisində 7 mindən çox artefakt aşkarlanıb, həmçinin tapılmış qədim tikililərin bərpası işləri aparılır.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 29 Yanvar 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















