“Qızıl Qübbə” raketdən müdafiə sisteminin yaradılması 10 20 il çəkə bilər
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Amerikanın "Qızıl Qübbə" raketdən müdafiə sisteminin hazırlanması təxminən 10-20 il çəkə və 1-4 trilyon dollara başa gələ bilər.
"Report"un məlumatına görə, bu qənaətlər "The Washington Post"un (WP) geniş analitik məqaləsində təqdim olunub.
Qeyd olunub ki, proqramın həyata keçirilməsi qarşılıqlı təminatlı məhv konsepsiyasından əl çəkməyə və potensial nüvə hücumunu zərərsizləşdirmək imkanı əldə etməyə çalışan ABŞ-nin hərbi doktrinasını kökündən dəyişdirəcək.
Qəzet müdafiə və büdcə analitiklərinin proqnozlarına istinad edərək yazıb ki, "Qızıl Qübbə" sisteminin qurulması çox güman ki, ən azı on il çəkəcək və bir trilyon dollar və ya daha çox başa gələcək.
Bu arada, Vaşinqtondakı "American Enterprise" institutunun baş əməkdaşı Todd Harrisonun hesablamalarına görə, plan 20 il ərzində 3,6 trilyon dollara başa gələcək.
Konqresin Büdcə Ofisi öz növbəsində təxmin edib ki, təkcə kosmosda mühafizə vasitələrinin yerləşdirilməsi ABŞ-yə 20 il ərzində 542 milyard dollara başa gələcək.
"The Washington Post" qeyd edib ki, "Qızıl Qübbə" sisteminin yerləşdirilməsi planları bir nəsil və ya daha çox davam edə biləcək orbital silahlanma yarışını alovlandırmaq təhlükəsi yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 30 Oktyabr 2025 00:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















