Pentaqon yaxın günlərdə Qızıl qübbə raketdən müdafiə sisteminin tətbiqi planını təqdim edəcək
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Müdafiə Nazirliyi "Qızıl qübbə" raketdən müdafiə sistemlərinin yerləşdirilməsi planının təfərrüatını yaxın gələcəkdə açıqlayacaq.
Oxu.Az CCN telekanalına istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Şon Parnel bildirib.
ABŞ-nin gələn il üçün müdafiə büdcəsi "Qızıl qübbə" proqramının maliyyələşdirilməsinə 25 milyard dollar ayırır. Konqresin Büdcə Ofisinin məlumatına görə, "Qızıl qübbə"nin inkişafı üçün 20 il ərzində 500 milyard dollardan çox vəsait tələb olunacaq. Məlumata görə, "Qızıl qübbə"nin tətbiqi planı Pentaqonun təxminən 100 mövcud proqramını birləşdirə bilər.
Qeyd olunur ki, İlon Maskın "SpaceX" şirkəti "Qızıl qübbə" layihələri üçün əsas namizəddir. Bundan əlavə, "Palantir" və "Anduril" korporasiyaları raketdən müdafiə sistemi ilə məşğul olmağı planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 19 May 2025 21:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















