“Qızıl top”un vaxtı və yeri bəlli oldu
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dünya futbolunun ən nüfuzlu fərdi mükafatı hesab olunan “Qızıl top”un (Ballon d'Or) bu il keçiriləcək təqdimat mərasiminin vaxtı və məkanı müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, möhtəşəm tədbir bu il oktyabrın 26-da İngiltərənin paytaxtı Londonda baş tutacaq.
Builki mərasim həm də tarixi əhəmiyyət kəsb edir. Belə ki, “Qızıl top” mükafatı bu il özünün 70 illik yubileyini qeyd edəcək. Futbol tarixində ilk dəfə 1956-cı ildə təsis edilən bu mükafatın ilk sahibi əfsanəvi ingilis futbolçu Stenli Mettyus olub. Yubiley tədbirinin məhz futbolun vətəni sayılan İngiltərədə keçirilməsi də rəmzi xarakter daşıyır.
Xatırladaq ki, ötən il – 2025-ci ildə bu ali titula Fransa millisinin və PSJ-nin ulduz futbolçusu Osman Dembele sahib çıxmışdı.
Baxış sayı:170
Bu xəbər 29 May 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















