Qızıl top un əsas favoriti bəlli oldu
Icma.az bildirir, Modern.az portalına istinadən.
2026-cı il “Qızıl top” mükafatının təqdimetmə mərasimi bu gün Londonda keçiriləcək. Bukmekerlər əsas mükafatın favoriti kimi “Bavariya” klubunun və İngiltərə millisinin hücumçusu Harri Keyni göstərirlər.
Modern.az xəbər verir ki, mərasim Soho rayonundakı “Palladium” teatrında baş tutacaq.
Əsas mükafat üzrə ən çox namizəd isə hazırkı mükafat sahibi PSJ klubunu təmsil edir.
Keynin hesabında klub və milli komanda səviyyəsində keçirdiyi 65 oyunda 73 qol və 8 məhsuldar ötürmə var. Bundesliqada “Bavariya”nın vurduğu qolların 29 faizi onun payına düşür. Hücumçu Almaniya klubu ilə ölkə çempionluğunu, Almaniya kubokunu və Superkuboku qazanıb. İngiltərə millisi ilə isə 2026-cı il dünya çempionatının yarımfinalına qədər irəliləyib. Keyn turnirdə 6 qol vuraraq bürünc medal əldə edib.
Ekspertlər və bukmekerlər Keyni mükafatın əsas namizədi hesab edirlər. Bundan əlavə, onun ən yaxşı bombardirə verilən Gerd Müller kubokunu alacağı da gözlənilir.
“Qızıl top” uğrunda 30 namizədin siyahısı sentyabrın 8-də açıqlanıb. Mükafatın 70-ci, yubiley mərasiminin Londonda keçirilməsi 1956-cı ildə ilk dəfə bu mükafata layiq görülmüş ingiltərəli futbolçu Stenli Metyusun şərəfinə seçilib.
2024-cü ilə qədər mərasim Parisdə keçirilirdi. 2010–2015-ci illərdə isə FIFA və “France Football”un birgə təqdim etdiyi “FIFA Ballon d'Or” mükafatı Sürixdə təqdim olunurdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 26 Oktyabr 2026 22:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















