Qızıl və gümüş BAHALAŞDI
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.
Modern.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,64% artaraq 3 833,2 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0,8% artaraq 47,03 ABŞ dolları olub.

Qızıl və gümüş BAHALAŞDI
21 Noyabr 2024 09:20

