Icma.az
close
up
RU
Vətən müharibəsində tarix yazan müəllim: Qardaşımın intiqamını aldım

Vətən müharibəsində tarix yazan müəllim: Qardaşımın intiqamını aldım

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cəlilabad, 29 sentyabr, İlkin Adıyev, AZƏRTAC

Vətən uğrunda minlərlə igid oğullarımız misilsiz qəhrəmanlıq göstərdi. Onların fədakarlığı sayəsində işğal altındakı torpaqlarımız azad edildi. Azərbaycan əsgərinin iradəsi və cəsarəti qarşısında düşmən dayana bilməyərək silahlarını atıb geri çəkildi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, düşmənin canına qorxu salan igidlərimizdən biri də riyaziyyat müəllimi Aqil Nəzərovdur. Aqil müəllimin keçdiyi şərəfli döyüş yoluna nəzər yetirdikdə onun nə qədər mərd, qorxmaz və cəsur bir döyüşçü olduğunu bir daha görmək mümkündür.

Nəzərov Aqil Mirzəbala oğlu 1978-ci il dekabrın 26-da Cəlilabad şəhərində dünyaya gəlib. 2000-ci ildə o, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini uğurla bitirib. Eyni ildə leytenant rütbəsini alaraq Murovdağdakı hərbi hissədə xidmətə başlayıb. Hazırda Aqil Nəzərov Cəlilabad rayonunun Komanlı kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi fəaliyyət göstərir.

44 günlük müharibə başlayan kimi dərhal döyüşə yollanan və Füzulidən Şuşaya qədər şərəfli bir döyüş yolu keçən Aqil Nəzərov həmin günləri belə xatırlayır: “2020-ci il sentyabrın 27-də əks-hücum əmri verilən kimi Füzuli–Cəbrayıl istiqamətində gedən döyüşlərə qoşuldum. Döyüşlər çox çətin və amansız idi, torpaqları işğaldan azad etdikcə döyüş ruhumuz daha da yüksəlirdi. Dövlətimizə olan inamımız bizi gücləndirirdi - bilirdik ki, qalib gələcəyik. Bu dərin inam düşmən üzərində zəfər qazanmağımıza yardım etdi. Müharibənin öz qaydaları olsa da, məqsədimiz bir idi: düşməni məhv edib zəfər çalmaq”.

Aqil müəllim vurğulayır ki, döyüş meydanında həm əsgər, həm də zabitlərimizin göstərdiyi igidlik bütün dünyaya nümunə oldu. Ölümün üzünə dik baxmaq və şəhidlik onlar üçün ən uca şərəf sayılırdı: “Döyüşlərdə təəssüf ki, şəhidlər verdik. Buna baxmayaraq, onların qisası alındı və torpaqlarımız azad edildi. Birinci Qarabağ müharibəsində qardaşım Rövşən Nəzərov igidliklə şəhid olmuşdu. Məzarı qarşısında onun qisasını alacağıma söz vermişdim. Şükür Allaha, Vətən müharibəsində iştirak edərək bütün şəhidlərimizin, o cümlədən qardaşımın intiqamını aldıq”, - deyə Vətən müharibəsinin iştirakçısı bildirib.

Qeyd edək ki, Aqil Nəzərov Vətən müharibəsindəki göstərdiyi qəhrəmanlıqlara görə Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən "Füzulinin azad olunmasına görə" , "Şuşanın azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə” və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see248

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see153

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see149

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see148

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see146

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see136

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see134

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri