Icma.az
close
up
RU
Nurlan Seytimov: Yeni tikilən idman qurğuları MDB idman hərəkatına Azərbaycanın mühüm töhfəsidir

Nurlan Seytimov: Yeni tikilən idman qurğuları MDB idman hərəkatına Azərbaycanın mühüm töhfəsidir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncə, 29 sentyabr, Vüsalə Cənnətova, AZƏRTAC

III MDB Oyunlarının açılış mərasimi ilə bağlı təkcə öz fikrimi deyil, həmin anlarda stadionda olan hər kəsin fikrini bölüşmək istəyirəm. Dünən Oyunların təntənəli açılışından həzz almaq imkanımız oldu. Bu, ilk növbədə, inanılmaz dərəcədə möhtəşəm bir hadisə idi. Qısa müddət ərzində ölkənin inkişafının əsas tarixi məqamlarını əhatə etmək, onları tamaşaçılara çox yüksək səviyyədə, rəngarəng və milli ruhda təqdim etmək təqdiredicidir. AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məkumata görə, bunu Gəncədə Müstəqil Dövlətlər Birliyinin Baş katibinin müavini Nurlan Seytimov jurnalistlərə açıqlamasında deyib.

"III MDB Oyunlarının əsas önəmindən biri də odur ki, yarışlar bir məkanda deyil, 7 şəhərdə keçirilir. 1600-dən çox idmançı 23 idman növü üzrə ədalətli mübarizə aparmaq, güclüləri müəyyənləşdirmək üçün buraya üz tutub. İdman qurğuları çox müasir, funksionaldır. Düşünürəm ki, Gəncədə yeni tikilən və digər ərazilərdəki idman obyektləri hələ uzun müddət Azərbaycanın idman ictimaiyyətinə xidmət edə biləcək. Bu, MDB idman hərəkatına Azərbaycanın mühüm töhfəsidir”, - deyə Nurlan Seytimov qeyd edib.

MDB-nin Baş katibinin müavini onu da vurğulayıb ki, bu tədbir Birliyə üzv olan və digər ölkələrin idmançılarına, gənclərinə bir-birini daha yaxından tanımaq, əlaqələr qurmaq, Azərbaycanın özünəməxsus mədəniyyəti ilə tanış olmaq imkanı verir. “Xalq diplomatiyası məhz budur. Bu, vətənpərvər münasibətdir. Bunun dəyəri isə böyükdür”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see187

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see154

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see151

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see142

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri