Icma.az
close
up
RU
Qızıl yenə rekord qırdı HƏR GÜN BAHALAŞIR

Qızıl yenə rekord qırdı HƏR GÜN BAHALAŞIR

Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cümə axşamı qlobal birjalarda qızıl qiymətləri ardıcıl dördüncü ticarət günündə də tarixi zirvələrə (ən yüksək səviyyələrə) yüksəlib.

Marja.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı ) yaxın aylarda faiz endiriminə gedəcəyi ilə bağlı artan gözləntilər və ABŞ–Çin ticarət münasibətlərində yenidən gərginliyin yaranması, investorların "təhlükəsiz liman" aktivlərinə yönəlməsinə səbəb olub.

Qızılın unsiysının qiyməti 1,2% də artaraq 4252,59 dollar səviyyəsini görüb. Sonra qiymət bir qədər geriləyərək 4237,87 dollar/unsiya səviyyəsində qərarlaşıb. Qızılın qiyməti bu həftə indiyədək 5%-dən çox artaraq oktyabrın əvvəlindən davam edən "ralli" xəttini möhkəmləndirib. Qızıl 2025-ci ilin əvvəlindən indiyədək təxminən 60 faiz bahalaşıb.

Fed-in yumşaq pul siyasəti siqnalları qiymətləri dəstəkləyir

Oktyabr ayında FED-in faizlərini 25 baza bəndi aşağı salacağı gözlənilir. Dekabr ayında isə əlavə bir endirim gözlənilir. Bu gözləntilər Fed sədri Cerom Pauellin yumşaq tonlu çıxışlarından sonra güclənib.

Çərşənbə günü yayımlanan Fed-in “Beige Book” hesabatı göstərib ki, ABŞ-nin iqtisadi aktivliyi son həftələrdə əhəmiyyətli dəyişiklik göstərməyib. Bizneslər zəifləyən tələbatdan və davam edən xərc təzyiqlərindən bəhs ediblər. Əmək bazarında ilkin "soyuma" əlamətləri də diqqət çəkib. Bu mənzərə FED-in iqtisadi artımı dəstəkləmək üçün əlavə addımlar ata biləcəyi gözləntilərini artırıb və nəticədə qızıla tələbi gücləndirib.

ABŞ–Çin gərginliyi və hökumət bağlanması 

Qızılın qiymət artımını dəstəkləyən əsas amillərdən biri də ABŞ–Çin ticarət gərginliyinin yenidən alovlanmasıdır. Vaşinqton Çin istehsalı mallara yeni tariflər tətbiq etməklə hədələyib, Pekin isə nadir torpaq elementlərinin ixracına əlavə məhdudiyyətlər qoyub. Bu vəziyyət genişmiqyaslı ticarət münaqişəsi qorxularını artıraraq investorları yenidən təhlükəsiz aktivlərə yönəldib.

Eyni zamanda, artıq üçüncü həftəsinə daxil olan ABŞ hökumətinin qismən bağlanması da qeyri-müəyyənliyi artırıb. Büdcə üzrə razılaşmanın olmaması iqtisadi göstəricilərin açıqlanmasını gecikdirib və Vaşinqtonda fiskal idarəetmə ilə bağlı narahatlıqları gücləndirib.

ANZ: Qızılın qiyməti 2025-ci ilin sonunadək 4400 dollara çata bilər

ANZ bankının analitiklərinin proqnozuna görə, artan geosiyasi və iqtisadi qeyri-müəyyənlik, eləcə də Fed-in yumşaq pul siyasəti fonunda qızıl qiymətləri yüksəliş tendensiyasını qoruyacaq.

“1980-ci illərin qiymət zirvəsi ilə müqayisələr aparılsa da, indiki artım struktur amillərlə dəstəklənir və yüksək qiymətlərin uzunmüddətli davam edəcəyini göstərir,” – ANZ analitikləri bildiriblər.

Bankın proqnozuna əsasən, qızılın qiyməti 2025-ci ilin sonunadək 4400 dollar/unsiya, 2026-cı ilin iyununda isə 4 600 dollar səviyyəsinə yüksələcək. Daha sonra ilin ikinci yarısında qiymətlərin qismən geri çəkilməsi gözlənilir.

Digər metallar

Digər qiymətli və sənaye metallarının qiymətləri cümə axşamı dolların zəifləməsinə baxmayaraq dar diapazonda hərəkət edib: Gümüş 0,3% bahalaşaraq 53,13 dollar/unsiya olub. Bu, həftənin əvvəlində qeydə alınan 53,6 dollarlıq tarixi maksimuma yaxındır.

Gümüş fyuçersləri 1%-dən çox yüksəlib. Analitiklərə görə, qızılın "rallisini" qaçıran bəzi investorlar indi alternativ olaraq gümüşə yönəlirlər.

Platin fyuçersləri 1 698,0 dollar/unsiya səviyyəsində dəyişməyib.

London Metal Birjasında mis fyuçersləri 10 616,20 dollar/ton səviyyəsində sabit qalıb, ABŞ mis fyuçersləri isə 0,2% artaraq 4,98 dollar/funt olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://marja.az
archiveBu xəbər 16 Oktyabr 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri