Icma.az
close
up
RU
Ət yenə BAHALAŞIR?

Ət yenə BAHALAŞIR?

Bizim media saytına istinadən Icma.az xəbər verir.

İyul ayında beynəlxalq ət və bitki yağları qiymətlərinin artması səbəbindən qlobal ərzaq qiymətləri 1,6% yüksəlib.
Bu barədə BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının hesabatda qeyd olunub.
Məlumatda bildirilib ki, ət qiymətləri indeksi iyulda aylıq bazada 1,2% artaraq 127,3 xalla rekord səviyyəyə çatıb. İllik artım isə 6%-ə bərabər olub.
ABŞ-da dana əti qiymətləri son bir ildə 15,9% artaraq 453 qram üçün 6,3 dolları keçib. Son iki ildə qiymətlər davamlı yüksəliş trendi göstərir.
Avropa İttifaqı ölkələrində də ət qiymətləri rekord həddə çatıb. Aİ Komissiyasının məlumatına görə, 11-17 avqust həftəsi üçün 100 kiloqram ət 662,31 avro olub və illik artım 32,8%-dir. Bu artım, Ai-də illik 2,3% olan inflyasiyanı xeyli üstələyir.
İngiltərədə isə ət qiymətləri tarixdə ən yüksək səviyyəyə çatıb. Keçən il avqustda 1 kiloqram ət 7,2 funt idisə, bu il 10,6 funt olub. İllik artım 47%-dir, ölkədə isə inflyasiya 3,8% ölçülüb.
Analizlərə görə, qlobal ət qiymətlərindəki artım camış və qoyun əti qiymətlərinin yüksəlməsi ilə əlaqədardır. Xüsusilə Çin və ABŞ-dan gələn güclü tələbat qiymətləri artırıb. Bu tələbat Avstraliya və Braziliya kimi böyük istehsalçı ölkələrdə də qiymətləri yuxarı çəkib.
Tarixi rekord
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, BMT-yə bağlı Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2025-ci ilin iyul ayında qlobal ət qiymətləri indeksi 127.3 bal ilə tarixində ilk dəfə rekord zirvəni görüb:
“Bu, aylıq müqayisədə 1.2% artım deməkdir və illik artım təxminən 6%-dir . Bu artım qismən ABŞ və Çin kimi böyük idxalçı ölkələrdən gələn güclü tələbə bağlıdır. Çin keçən il rekord miqdarda dana əti idxal edib, ABŞ isə quraqlıq səbəbindən heyvan sayı azaldığından idxal artımına yol verib .
Qlobal ərzaq qiymətləri isə ümumi göstərci olaraq son iki ilin ən yüksək səviyyəsinə qalxıb — FAO-nun ərzaq qiymət indeksi 130.1 bal olub .
İndexBox məlumatına görə, 2022-ci ildə Azərbaycanın ətin idxal qiyməti orta hesabla tona 3,972 dollar idi və bu, illik 6.6%-lik bir artımı əks etdirir.
Sonrakı illərdə idxalın həcmi azalma tendensiyası göstərib — 2022-ci ildə ölkəyə 6.1 min ton ət idxal edilib, bu da əvvəlki illərə nisbətən xeyli azdır (ümumi 2022-ci ildə dəyər cəhətdən təxminən 24.1 milyon USD)” .
Bu qiymət artımı Azərbaycan bazarına necə təsir edə bilər?
Müsahibimiz deyir ki, dünyada ətin qiymətləri rekord səviyyəyə çatması Azərbaycan üçün də əlbəttə ki, müəyyən təsirlər doğuracaq:
“Bundan əlavə Azərbaycanın daxili heyvandarlıq sektoru bir neçə problemlə üzləşib. Örüş sahələrinin daralması, heyvan sayının azalması və idxalın bahalaşması səbəbindən daxili təklif məhdudlaşıb.
Bu şəraitdə hökumət heyvandarlıq subyektlərini stimullaşdırmaq, torpaq idarəçiliyini yaxşılaşdırmaq və daxili istehsalı artırmaq kimi siyasət tədbirlərini nəzərdən keçirir.
Qlobal ət qiymətlərində artım idxaldan asılı olan ölkələr üçün daxili qiymətlərin artmasına təkan verə bilər. Azərbaycan əsasən idxala söykəndiyindən qiymətlərin artması təbii ki, gözləniləndir”.
“Məhdud istehsal idxaldan və qiymət şokundan qoruna bilməmə riskini artırır”.
Akif Nəsirli hesab edir ki, qlobal istehsalçılardan gələn baha qiymətlər, idxal xərclərini və final məhsul qiymətlərini yüksəldə bilər:
“Ət məhsullarının qiymət artımı ailə büdcəsində əlavə yük (inflyasiya) yarada bilİr. Qlobal ət qiymətlərinin rekord səviyyəyə çatması Azərbaycan üçün həm də ciddi xəbərdarlıqdır. İdxaldan asılı iqtisadiyyat şəraitində bu artım daxili bazara da təsir edəcək. Amma eyni zamanda, bu vəziyyət hökumət və özəl sektor üçün daxili istehsalı gücləndirmək, dayanıqlı qida siyasəti formalaşdırmaq və istehlakçı dəstəyini artırmaq üçün fürsət də yaradır”.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Avqust 2025 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1187

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see455

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see359

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see359

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see356

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see352

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see310

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see287

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see256

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see230

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see207

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see206

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see202

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see201

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see198

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see193

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see188

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see178

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see175

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri