Icma.az
close
up
RU
Qızılın qiymət artımına təsir edən amillər AÇIQLANDI

Qızılın qiymət artımına təsir edən amillər AÇIQLANDI

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Hazırda dünya birjalarında qızılın dəyər qazanmasının bir sıra əsas səbəbləri mövcuddur”.
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli deyib.
O, bildirib ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini aşağı səviyyədə saxlayır:
“Bu qərar dolların ucuzlaşmasına səbəb olur ki, nəticədə qlobal maliyyə bazarlarında spekulyativ meyillər güclənir. Dolların dəyər itirməsi isə qızıla olan tələbi artırır. Digər mühüm amil isə qlobal hərbi qarşıdurmalardır. Xüsusilə Yaxın Şərqdəki münaqişələr və Rusiya-Ukrayna müharibəsinin davam etməsi geosiyasi qeyri-müəyyənliyi dərinləşdirir. Bu kimi qeyri-sabitlik şəraitində investorlar risklərdən qorunmaq üçün ənənəvi etibarlı aktiv sayılan qızıla üz tuturlar. Bundan əlavə, iqtisadi müharibələr və qarşılıqlı sanksiyaların tətbiqi də qızılın qiymətinə təsir göstərir. Tərəflər arasında artan ticarət və maliyyə gərginlikləri investorları riskləri diversifikasiya etməyə vadar edir ki, bu da qızıla olan tələbi artırır”. 
İqtisadçı əlavə edib ki, Hindistan, Çin və Rusiya kimi ölkələrin öz qızıl ehtiyatlarını son illərdə sürətlə artırmasıdır:
“Bu ölkələrin mərkəzi bankları qızıla olan tələbi daha da stimullaşdırır, bu da qiymətlərin bahalaşmasına səbəb olur. Qızıl hasilatı sahəsində artan istehsal xərcləri və bəzi mədənlərdə fəaliyyətin azalması da təklifi məhdudlaşdırır. Bu isə qızılın dəyərinin artmasına təsir edən digər vacib amildir. Kriptovalyuta bazarlarında müşahidə olunan qeyri-müəyyənlik və dalğalanmalar, xüsusilə də Nyu-York birjasında, bir çox sərmayəçinin diqqətini daha stabil və təhlükəsiz aktiv olan qızıla yönəldib. Bu da əlavə tələbat yaradaraq qiymətlərin daha da yüksəlməsinə səbəb olub”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Sentyabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see291

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see250

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see198

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see191

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see161

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see154

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see149

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri