Icma.az
close
up
RU
Keçid ballarına təsir edən əsas amillər AÇIQLANDI

Keçid ballarına təsir edən əsas amillər AÇIQLANDI

Icma.az, News24 portalına istinadən məlumat verir.

"Hər il abituriyentləri və valideynləri düşündürən ən vacib məsələlərdən biri də keçid ballarıdır. Ancaq nəzərə almaq lazımdır ki, keçid balı dəyişkən və nisbi göstəricidir".

Bu fikirləri News24.az-a açıqlamasında  təhsil üzrə mütəxəssis Samir Əzimsoy deyib. 

O qeyd edib ki, onun formalaşmasına və dəyişməsinə bir neçə əsas amil təsir edir:

"1. Abituriyentlərin akademik səviyyəsi

Hər il imtahan verən abituriyentlərin hazırlıq səviyyəsi fərqlidir. Əgər nəticələr zəifdirsə, keçid balları aşağı düşür və ya əksinə.

2. İmtahanın çətinlik səviyyəsi

Bəzən müəyyən fənn üzrə suallar daha çətin olur və ya tapşırıqlar vaxta mütənasib olmur . Bu isə yüksək bal toplayanların sayını azaldır və keçid ballarını təsir edir.

3. Plan yerlərinin sayı

Əgər bir ixtisas üzrə plan yeri artırılırsa, daha çox abituriyent qəbul olunur və nəticədə keçid balı aşağı düşə bilər. Əksinə, yerlər azaldıqda rəqabət güclənir və keçid balı artır.

4. İxtisasa olan tələbat və əmək bazarı

Əmək bazarında tələb artan sahələrdə keçid balları da yüksəlir. Məsələn:

I ixtisas qrupunun Rİ (riyaziyyat-informatika) alt qrupu üzrə son illərdə maraq artdığı üçün keçid ballarında nəzərəçarpacaq yüksəliş baş verir.

İT, proqramlaşdırma sahələrə maraq ildən ilə artdıqca balların da artımı ilə nəticələnir.

Hüquq və tibb sahələri isə illərdir populyarlığını qoruyur. Xüsusilə pandemiyadan sonra tibbi ixtisasına olan maraq daha da çoxalıb ki, bunda keçid ballarına təsirsiz qalmır.

Müəllim peşəsinin nüfüzunun və əmək haqqının artımı pedaqoji ixtisaslara olan marağı da əvəllki illərə nəzərən artırıb.

Xüsusən yüksək bal toplayan abituriyentlərin bu peşəni seçməsi son illər ciddi şəkildə artır. 

5. Universitetlərin reytinqi və imici

Universitetlərin imici və təhsil keyfiyyəti də keçid ballarını müəyyənləşdirən əsas amillərdəndir.

ADA Universiteti , Bakı Ali Neft Məktəbi kimi nisbətən yeni, lakin yüksək keyfiyyətli təhsil təklif edən universitetlərdə keçid balları sürətlə artır".

Onun sözlərinə görə, həmçinin Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Dövlət İdarəçilik Akademiyası, ADNSU və s kimi təhsil müəssisələri də idarəetmə, kadr və texniki bazadakı yeniliklərlə abituriyentlər üçün daha cəlbedici hala gəlib və bu da keçid ballarına təsir edir:

"Keçid balı təkcə bir rəqəm deyil. Onun arxasında statistik göstəricilər, sosial maraqlar, təhsil keyfiyyəti və əmək bazarının çağırışları dayanır.

Buna görə abituriyentlərə tövsiyə edirəm ki,  bu göstəriciləri düzgün təhlil edib daha məqsədyönlü və uğurlu seçim etsinlər"- deyə o sonda əlavə edib. 

Qeyd edək ki, 2024-cü ildə keçirilmiş qəbul imtahanında ümumilikdə 48 978 abituriyent (II qrup üzrə 23 874 nəfər, III qrup üzrə 25 104 nəfər) ərizəsini təsdiqləyib. Onlardan 1 994 nəfər (II qrup üzrə 1 259 nəfər, III qrup üzrə 735 nəfər) imtahanda iştirak etməyib.

İmtahanda iştirak edənlər arasında 16 abituriyent imtahan qaydalarını pozduğuna görə imtahandan xaric edilib və nəticələri ləğv olunub. 

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak etmək üçün ərizəsini təsdiq edən 27 929 abituriyentdən (I qrup üzrə 22 889 nəfər, IV qrup üzrə 5 040 nəfər) 767 nəfər imtahanda iştirak etməyib. Onlardan 673 nəfəri I qrup, 94 nəfəri isə IV qrup üzrə imtahana gəlməyənlər olub.

İmtahanda iştirak edənlərdən isə 6 nəfər imtahan qaydalarını pozduğuna görə imtahandan xaric edilib və onların nəticələri ləğv edilib.

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 İyul 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri