Icma.az
close
up
RU
Qızılın qiymətində kəskin artım müşahidə olunur REPORTAJ

Qızılın qiymətində kəskin artım müşahidə olunur REPORTAJ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda qızıl bazarına daim maraq yüksəkdir. İnsanlar həmn sərmaye, həm də zinət əşyası kimi qızıl alırlar. Qızılın bazarda qiymətinə gəldikdə isə, qlobal tendensiyalara əsasən qızıl bazarlarında qiymətlər müxtəlifdir. İnsanlar həm yerli, həm də xarici qızıllara üstünlük verməsi də müşahidə olunur. Bəs hazırda qızılın bazarda qiyməti necədir? İnsanlar əsasən hansı növ qızıla üstünlük verirlər? SİA bu barədə reportaj hazırlayıb.

Məsələ ilə bağlı Zərgərlər Assosiasiyanın İdarə heyətinin sədrinin müavini Rövşən Əmircanov qeyd edir ki, 2024-cü ildə dünyada qiymətli metallarda xeyli artım müşahidə olunmuşdur. Bu tendensiya 2025-ci ildə də davam edir: “Burada əsasən geopolitik dəyişikliklər, dünyada iqtisadi və siyasi arenada qeyri-sabitlilik və digər faktorlar əsas rol oynamışdır. Yaxın Şərqdə davam edən müharibə, eyni zamanda Ukraynada davam edən müharibə şəraiti, bəzi böyük ölkələrin iqtisadiyyatında olan durğunluq qiymət artımının daha da davam etməsinə səbəb olmuşdur. Eyni zamanda bir çox ölkələrin mərkəzi bankları, kütləvi şəkildə qızıl alış-verişləriuni həyata keçirmişdir və bu investorlarda sarı metala qarşı istək getdikcə artmaqdadır. Bildiyimiz kimi qızıl qiymətləri London Külçə Assosiasiyası tərəfindən təsdiqlənir. Bu günlərdə 1 unsiya qızıl 2900-2920 dollar arasında ticarət olunur. Bu proqnozların getdikcə artması unsiyaya görə, qızıl qiymətlərinin 3000 dolları keçməsi gözlənilir. Təbii ki, dünyada artan qızıl qiyməti bir-başa aycan Zərgərlik Sənayesinə də təsir edir. Burada qiymətlər həm qızılın maya dəyərəi, onun əyarı, eyni zamanda işçilik və hansı ölkəyə, hansı brendə məxsus olub-olmamasına görə dəyişir”.

Rövşən Əmircanovun sözlərinə görə, qızıl hər zaman qızıldır, hər şey onun keyfiyyətindən asılıdır. Azərbaycana qızıl əsasən Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Çindən gəlir. Azərbaycanın iqtisadi əlaqələri genişləndikcə, burada bizim qarşılıqlı tərəfdaşlı öləkələrimiz getdikcə daha da artır. Eyni zamanda Azərbaycan Zərgərlər Assosiasiyanın apardığı araşdırmalara əsasən, zərgərlik dövriyyəsinin 60-65 faizi yerli istehsalın üzərinə düşür. Bu da yerli istehsalın, zərgərlik sənayesinin nə dərəcədə inkişaf etdiyini göstərir. Eyni zamanda təbii ki, buna bir neçə aidiyyati dövlət qurumunun hökümətimizə təklif etdiyi vergi və gömrük rüsümlarındakı dəyişiliklərin edilməsi ilə əlaqədar təkliflər idi. Bunlar həyata keçirildikdən sonra zərgərlik sənayesində daha da şəfaflaşma prosesleri həyata keçirildi.

Saxta qızıllarla əlaqədar zərgərlik sənayesində saxta qızıl faktı geniş yayılmayıb. Lakin bəzən bunlarla bağlı bizə faktlar daxil olur. Biz Assosiasiya olaraq çalışırıq ki, bu faktlarla əlaqədar aidiyyatı qurumlara yönləndirək və onların yoxlanılmasının düzgün istiqamədini təmin edək".

Bununla yanaşı alıcılar və satıcılarda qızıl bazarından narazılıq edirlər. Onların fikrincə qızılın qiymətinin bahalaşması nəticəsində bazarda durğunluq hiss olunur.

Satıcı Elşən Hadıyev: "Hal-hazırda alıcılıq qüvvəsi olduqca zəifdir. Qızılın qiymətində artım müşahidə olunur, o səbəbdən də alıcılara rast gəlmək daha da azdır. Qızılın qiyməti əsasən əyarlardan asılıdır. 585 əyarlı qızıl başqa qiymətə, 750 əyarlı qızıl isə başqa qiymətdir. 585 əyarlı qızılın qiyməti 115-125 manat arası dəyişir. 750 əyarlı qızılın qiyməti isə 170-180 manat arası dəyişir. Biraz alıcılıq qüvvəsi zəif olsa da, yenədə hər şey qaydasındadır. Yerli qızıl alanda var, xarici qızıl alanda var. Kimin cibi nəyə çatırsa o qiymətə qızıl alırlar. Yəni alıcıların zövqünə iuyğun qızıllarımız mövcuddur”.

Alıcı Xalidə Kərimova: “Hələki qiymətlərdən xəbərim yoxdur, indi gəlmişik. Bəzi yerlərə baxmışıq. Lakin fikrimcə qiymətlər normaldır. Mən əsasən xarici qızıla üstünlük verirəm. Qızılın saxta yaxud gerçək olmasını isə biz bilə bilmərik”.

Satıcı Rafiq Baxışov : “Qızılın qiymətləri bazarda alıcılıq qabiliyyətinə olduqca təsir edir. qızlın qiyməti qalxdıqca, alıcılarında fəaliyyəti azalır. Yenə də hər şey normaldır. Alıcılar isə əsasən yerli qızıla üstünlük verirlər. Həmçinin bir yandan da insanın büdcəsinə baxır ki, hansı növ qızılı almağa gücü çatır. Bura gələn bütün qızıllar yoxlanır. Yəni burada saxta qızılların gəlişindən söhbət gedə bilməz”.

Alıcı Mənsurə Mehrabova : “Uzun müddətdir ki, qızıl alış-verişi etməmişəm. İndi isə qadınlar bayramı olduğu üçün özümə hədiyyə etməyə qızıl almaq istəyirəm. Yəni qızılın bahalı yaxud ucuz olmağından xəbərim yoxdur. Əgər yerli qızıl mənə yaraşırsa, niyədə öz ölkəmizin dəyərlərini qiymətləndirməyəq”.

Həmçinin iqtisadçı ekspert Natiq Cəfərli məsələ ilə bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, Azərbaycanda qızılın qiyməti müəyyənləşdirilmir: “Dünya bazarına uyğun hərəkət edirlər. Son zamanlar isə qızılın qiymətində xeyli artım müşahidə edildi. Əsasəndə keçən ilin sonu və yanvar aylarında bu artımları müşahidə edirik. Həmçinin dünya iqtisadiyyatında qeyri-müəyyənlik mövcuddur. Tarix müharibələri, qeyri-müəyyənlik, iqtisadiyyatla bağlı proqnozlar və s. zamanlarda investorlar üçün qızıl həmişə güvənilir yer olub.

Belə olan halda daha çox investisiyalarının qızıla yatırırlar. Təbii ki, buda qızılın artımına xeyli təsir göstərir. İndi isə qızılın qiyməti tarixi maksimumlardadır. Xaricdə qızılın qiyməti artan kimi müvafiq olaraq Azərbaycanda da artım olur. Həmçinin dollar ekvivalenti ilə artan qiymət Azərbaycan manatında artaraq bazara çıxır. Son zamanlarda isə kifayət qədər ciddi artım müşahidə olunur.

Ekspert həmçinin bildirib kli, bizə daha çox Ərəb ölkələri və Çindən qızıl gətirilir: “Bizim ölkədə yerli istehsal kütləvi deyil. Xüsusi yerlər olur ki, orada qızıl istehsal olunur. Onlar fərdi sifarişlərlə daha çox bazara mal çıxarırlar. Birdə köhnə qızılları əhalidən ucuz qiymətə alaraq, onu əridirlər. Müasir, təlabata uyğun olan qızıla çevirirlər. Bu kütləvi deyil, əsasən dediyim kimi, bizə ya Ərəb ölkələrindən ya da digər ölkələrdən qızıl gətirilir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Mart 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see310

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see264

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see234

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see192

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see151

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see143

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see141

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see138

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see135

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see133

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see131

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see129

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see127

Flavinyo küsgündü: “Neftçi” ilə danışmışdıq ki...

24 Oktyabr 2025 11:12see125

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see125

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see124

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see123

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see121

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see121

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri