Icma.az
close
up
RU
Qızılın qiymətində tarixi rekord: Azərbaycanda da bahalaşma olacaq? Araşdırma

Qızılın qiymətində tarixi rekord: Azərbaycanda da bahalaşma olacaq? Araşdırma

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Xəbər verdiyimiz kimi, beynəlxalq əmtəə bazarlarında qızılın qiyməti yeni rekorda imza atıb. Belə ki, Nyu-Yorkdakı COMEX birjasında bir troya unsiyası üzrə iyun ayı üçün bağlanan fyuçers müqavilələrinin dəyəri 3155 ABŞ dollarına çataraq tarixdə ilk dəfə 3150 dollar səviyyəsini keçib.

Son qiymət artımı 1,31 faiz təşkil edib ki, bu da bazarda qızılın dayanıqlı tələbə malik olduğunu göstərir.

Qeyd edək ki, COMEX birjasında gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də artaraq 35,083 ABŞ dollarına yüksəlib. Bu isə əvvəlki göstəriciyə nisbətən 0,77 faiz bahalaşma deməkdir.

Mövzu ilə bağlı Bakupost.az -a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, qızılın dəyəri bir çox amillərdən asılıdır. Xüsusilə, qlobal iqtisadi və geosiyasi qeyri-sabitlik dövrlərində investorlar daha çox qızıla yönəlirlər ki, sərvətlərini qoruya bilsinlər. Hazırda dünyada iqtisadi qeyri-müəyyənlik davam edir, müharibələr və maliyyə bazarlarındakı dalğalanmalar qızıla olan tələbi artırır:

“Qızıl güvənli olduğundan yatırımçılar ciddi böhran təhlükəsi yaxınlaşanda öz vəsaitlərini daha çox qızılda qorumağa çalışırlar. Onun qiyməti hər zaman irimiqyaslı şoklardan, böhrandan əvvəl qalxır. İnvestorlar indidən qızılı ona görə alırlar ki, sonradan daha baha qiymətə sata bilsinlər".

Bhalaşmanın Azərbaycanın qızıl bazarına təsirinə gəlincə, ekspert deyib ki, ölkə bazarı dünya qızıl qiymətlərindən asılı vəziyyətdədir:

"Dünyada qızılın qiyməti artan kimi bizdə də qızılın qiyməti yüksəlir. Hazırda qızıl bazarında qiymətlərin hər qrama görə 3-4 dollar artdığının şahidi oluruq. Amma bizdə alıcılıq qabiliyyəti də nəzərə alınır. Yəni satıcı qızılın qiymətini artıra bilər, amma alıcılıq qabiliyyəti yoxdursa, o, qazanc əldə etməyəcək".

Natiq Cəfərli vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə yeni qızıl yataqlarının işlənilməsinə hazırlıq gedir. Bu proses bitəndən sonra Azərbaycanın daha çox qızıl ixrac etmək potensialı yaranacaq. Azərbaycan əsasən, İsveçrəyə qızıl ixrac edir.

İqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, son dövrlərdə dünya birjalarında qızılın qiymətinin artması Azərbaycanda da bahalaşmaya yol aça bilər:

“Qızıl, neft kimi, beynəlxalq bazarda qiymətləri formalaşan əmtəədir. Əgər qızıl dünya bazarında bahadırsa, onun Azərbaycanda ucuz olması üçün heç bir əsas yoxdur. Azərbaycanda bazar liberaldır, istənilən şəxs qızıl gətirməkdə və satmaqda sərbəstdir. Ölkədə fəaliyyət göstərən “AzerGold” və “Asian Mining” kimi şirkətlər qızıl çıxarmaqla məşğuldur. Lakin bu şirkətlər qızıl emal etmir, onu çıxarıb xaricə göndərirlər. Orada emal edilən qızıl daha sonra külçə şəklində ölkəyə gətirilir. Qızıl emalı üçün ölkədə xüsusi zavod yoxdur, çünki çıxarılan qızılın həcmi buna uyğun deyil. Bazar kifayət qədər liberaldır, istənilən şəxs Türkiyə, İtaliya, Rusiya və digər ölkələrdən qızıl alıb satır. Həmçinin ölkədə zərgərlik sexləri də fəaliyyət göstərir, onlar qızılı emal etməkdə sərbəstdir. Qızıl varlı adamın aldığı antik əşyadır. Dünya bazarında dəyəri artırsa, Azərbaycanda da bahalaşma olmalıdır”.

İqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, qızıl qiymətli metal kimi qlobal iqtisadiyyatda daim real vəziyyət göstəricisi sayılıb və sayılır.


Belə ki, qızılın qiyməti nə vaxt ucuz xarakter daşıyıbsa, bu, investorların sərbəst fəaliyyət göstərdiklərindən və ortada onları çəkindirəcək heç bir amilin mövcud olmadığından, əksinə olduqda isə qlobal məkanda yatırım və biznes üçün əlverişsiz vəziyyətin hökm sürməsindən xəbər verib. Hazırda da eyni vəziyyətdir.

İqtisadçı ekspert Eyyub Kərimlinin sözlərinə görə, qızılın bahalaşması ona tələbatın artması ilə əlaqədardır:

“Məlum olduğu kimi, neft qiymətlərinin enməsi qızıl tədarükünə sabit maliyyə aləti kimi tələbatı artırıb. Hazırda dünya bankları da qızıl alışını artırıb. Qızıl qiymətinin artmasına təsir edən amillərdən biri də budur. Azərbaycana isə bu, iki istiqamətdə təsir göstərir. Ölkəmiz həm də qızıl ixracatçısıdır. Təkcə 2024-cü ildə qızıl ixracı 180 milyon dollar olub. Bu da qeyri-neft sektorundan sonra ölkəmizə valyuta gətirən əsas sahələrdən biridir. Bu baxımdan qızılın qiymətinin artması qızıl ixracatçısı kimi büdcə gəlirlərimizi artırır, lakin bununla yanaşı, Azərbaycan həm də qızıl idxalatçısıdır”.

Millət vəkili Vüqar Bayramovun dediyinə görə, Azərbaycan qızıl olan tələbi daha çox idxal hesabına ödəyir və qızıl idxal etdiyimiz ölkələr İtaliya, Rusiya, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ):

“Bu ölkələrdən idxal hesabına daxildə qızıla olan tələb ödənilir. Təbii ki, yerli istehsalımız da var, amma yerli istehsal daha çox yığım üçün istifadə olunur və nəticədə emaledici və bazara çıxarılan qızıl xaricdən idxal edilən qızıllardır. Dünya bazarında mütəmadi olaraq qızıl bazarında bahalaşmanı müşahidə edirik. Qızılın qiymətində dəyişikliklər mütəmadi müşahidə olunur və Azərbaycan qızıl bazarında da qiymət artımları müşahidə edilib. Dünya bazarındakı qiymət artımları uzunmüddətli dövrü əhatə edərsə, qızılın qiymətindəki artımların müddəti uzun olursa, o halda Azərbaycana idxal olunan qızılın xərcində də artımlar olacaq. Xərcin artması qızılın Azərbaycan istehlak bazarındakı qiymətinə təsir göstərə və qiymətdə artımlar müşahidə oluna bilər. Ona görə də Azərbaycan istehlak bazarında qızılın qiymətinin dəyişməsi birbaşa dünya bazarında qızılın qiymətindəki artımların hansı dövrü əhatə etməsi ilə bağlı olacaq. Əgər bu qısa deyil, orta və uzunmüddətli dövrü əhatə edəcəksə, o halda biz daxili bazarda da qiymət artımları müşahidə edəcəyik".

Sevinc,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 01 Aprel 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see205

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see173

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see166

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see161

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri