Icma.az
close
up
RU
Qızılın qiymətində rekord artım Azərbaycanda da bahalaşdı

Qızılın qiymətində rekord artım Azərbaycanda da bahalaşdı

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Son aylarda dünya bazarlarında qızılın qiymətində rekord artım qeydə alınıb. Ötən gün də əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti yenidən tarixi maksimumu yeniləyib.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,33% artaraq 3 618,2 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0,37% artaraq 41,57 ABŞ dolları olub.

Qızılın qiymətinin bahalaşması Azərbaycana da təsirsiz ötüşməyib.

Modern.az-a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov qeyd edib ki, Azərbaycan bazarında bütün əyarlı qızıl növlərində bahalaşma qeydə alınıb.

Sədr müavininin sözlərinə görə, hazırda 585 əyarlı qızıl – 130–150 AZN, 750 əyarlı qızıl – 170–200 AZN, 999.9 əyarlı qızıl (əsasən külçə və sikkələr) – 210–220 AZN aralığında satılır.

 O bildirib ki, bu göstəricilər son illərin ən yüksək səviyyəsi kimi dəyərləndirilir:

"Müqayisə üçün, 2024-cü ilin sentyabrında qızılın satış qiymətləri hazırkı rəqəmlərlə müqayisədə xeyli aşağı olub. Nəticə etibarilə, son bir il ərzində ölkəmizdə qızılın qiymətləri təxminən 60 faiz artım nümayiş etdirib”.

R.Əmircanov vurğulayıb ki, qızılın qiymətində davamlı artım əsasən qlobal iqtisadi-siyasi qeyri-müəyyənliklərlə, xüsusən də FED-in faiz siyasəti və ABŞ-ın tarif qərarları ilə bağlıdır:

"Mərkəzi bankların alışları da qiymət artımına təsir göstərən əsas amillərdəndir, son illərdə aparıcı ölkələrin ehtiyatlarını artırması bazarda tələbi yüksəldib”.

O həmçinin söyləyib ki, bununla yanaşı, investisiya maraqlarının artması da diqqətdən kənarda qalmır:

"Qlobal risklər fonunda qızıl həm dövlətlər, həm də iri investorlar üçün ən etibarlı aktivlərdən biri kimi qəbul edilir və bu da bazarda qiymətlərin bahalaşmasını şərtləndirir”.

Rövşən Əmircanov onu da əlavə edib ki, dünya bazarında qızılın qiymətinin 3 600 ABŞ dollarına qədər yüksəlməsi ölkəmizdə də bütün əyarlı qızıl növlərində satış qiymətlərinin tarixi rekordlara yaxınlaşmasına səbəb olub:

"Hazırkı şəraitdə qızılın bahalaşması həm beynəlxalq iqtisadi-siyasi risklərlə, həm də mərkəzi bankların ehtiyat siyasəti ilə sıx bağlıdır. Paralel olaraq, gümüşün qiymətində də davamlı artım müşahidə olunur. Hazırda beynəlxalq bazarlarda 1 unsiya gümüşün dəyəri 41 ABŞ dollarını ötüb və aparıcı analitiklərin proqnozlarına görə, yaxın dövrdə bu göstəricinin 45 dollar səviyyəsinə yüksəlməsi ehtimal edilir. Gümüş bazarındakı bu dinamika təkcə maliyyə sektorunda ona olan marağın artması ilə deyil, həm də sənaye sahələrində genişlənən tələbatla izah olunur.

Gümüşün zərgərlik və sənayedə geniş istifadəsi onun qiymətini artırır və yaxın illərdə tələbatın daha da yüksələcəyi proqnozlaşdırılır”,- deyə o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri