Icma.az
close
up
RU
Qızım, götür üzündəki duvağı, qoy, açıq görünsün ayın qabağı..?

Qızım, götür üzündəki duvağı, qoy, açıq görünsün ayın qabağı..?

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Risklərə baxmayaraq, getdikcə daha çox iranlı qadın hicabdan imtina edir...

...Əvvəla deyim ki, Səməd Vurğunun "Vaqif" darmından iqtibas kimi götürüb, başlığa çıxardığım iki bəndlik şeir yazıya körpü atmağa hesablanıb..? Amma, deyəsən yox..?

Deyir, qonşuda bişər, bizə də düşər..?

Yox, deyəsən bu dəfə əksinə olur: bizdə bişəndən qonşuya da düşür.

Amma deyim ki, qonşu dediklərim də elə bil bir himə bəndmişlər..?

...Və beləliklə, deməli, bu gün həbs təhlükəsinə baxmayaraq, getdikcə daha çox iranlı qadın və qız ictimai yerlərdə hicabdan imtina edirlər.

Qadın...elə qızların da özlərinin dediklərinə görə, bu hərəkat artıq ölkənin iri şəhərlərinin küçələrinin simasını dəyişib.

SİA-nın məlumatına görə, iranlı jurnalist Zeynəb Rəhimi iki ildən çoxdur ki, məcburi hicab taxmaqdan imtina edib və həbs riski ilə üzləşib.

O, ictimai yerlərdə başlarını örtməyi dayandıran qadın və qızlardan biridir. ölkənin din xadimlərinə açıq şəkildə meydan oxuyur.

İranın paytaxtı Tehran küçələrində görünən dəyişiklikləri izah edən Zeynəb Rəhimi Radio Farda-ya indi qadınların istədikləri kimi geyindiklərini və saçlarını sərbəst tökdüklərini deyir.

...Uzun illərdir ki, ölkəmizdə bunu görməmişik.

Bunu 22 yaşlı qız əlavə edib.

Üzünü örtmək lazım olmayanda gözəldir, xüsusən də sən həmişə ona nifrət etmisənsə...

Dönüş nöqtəsi

...2022-ci ildə, hicab qanununu pozduğuna görə həbs edilən gənc qadın Məhsa Əmininin ölümündən sonra İranda hökumət əleyhinə kütləvi etirazlar baş verdi.

Etirazların önündə qadınlar olub, bəziləri açıq şəkildə hicablarını çıxarıb yandırıblar.

Nümayişlər son onilliklərdə hökumətə qarşı ən böyük çağırışa çevrildi və bir çox etirazçı ruhani idarəçiliyə son qoyulmasını tələb etdi.

Etirazlardan sonra hökumət əvvəlcə 1979-cu il İslam İnqilabından bəri məcburi olan hicab qaydalarına əməl olunmasını sərtləşdirməyə cəhd etdi.

Keçən il mühafizəkar millət vəkilləri yeni mübahisəli “Hicab və İffət Qanunu”nu qəbul etdilər və bu qanunu pozanları uzun müddət həbs, yüksək cərimələr və səyahət qadağaları ilə hədələdilər.

Lakin iğtişaşların davam edəcəyindən ehtiyatlanan İranın Ali Milli Təhlükəsizlik Şurası qanunun icrasını dayandırıb.

Bu ay Ali Rəhbərin məşvərətçi orqanı olan Məqsəd Şurasının üzvü bəyan etdi ki, yeni qanunun icrası faktiki olaraq mümkün deyil.

Oktyabrın 3-də Mohammad Reza Bahonar jurnalistlərə bildirib ki, “reallıqda hicaba əməl edən qanun yoxdur”.

Onun şərhləri mühafizəkarlar arasında qəzəb doğurdu, eyni zamanda hakimiyyətin icranı effektiv şəkildə yumşaltdığı böyük şəhərlərdəki reallığı vurğuladı.

Geri dönməz dəyişikliklər...

Bu arada Radio Farda İranın 7 şəhərindən olan 12 qadınla danışıb. Hamı qeyd edib ki, son illər istər küçələrdə, istərsə də kafe və restoranlarda islami hicabdan imtina edən qadınların sayı nəzərəçarpacaq dərəcədə artıb.

Jurnalist Zeynəb Rəhimi deyir ki, hicabdan uzaqlaşma tədricən baş verib.

...2022-ci il etirazlarından sonra hicab taxmayan qadınlar əxlaq polisi tərəfindən dayandırılacağı təqdirdə hələ də hicablarını boyunlarında və ya çantalarında saxlayırdılar. ...İndi isə qadınlar küçəyə ümumiyyətlə onsuz çıxırlar. Onları geyinmirlər, çiyinlərinə asmırlar, hətta çantalarında gizlətmirlər.

. Buna baxmayaraq, qadınların xeyli hissəsi hökumətin mümkün addımlarından qorxaraq hələ də başlarını örtürlər. Hicab qanununun daha açıq şəkildə pozulması daha böyük şəhərlərdə nəzərə çarpır, lakin daha kiçik şəhərlərdə belə qadın hüquqlarına münasibət tədricən dəyişir və getdikcə daha çox iranlı qadın məhdudiyyətlərə etiraz etməyə cəsarət edir.

...Yasucda hicabsız küçəyə çıxan qadınların faizi Tehrandakından xeyli aşağıdır, lakin yerli əhali onları cəsur hesab edir.

Bunu adının açıqlanmasını istəməyən ölkənin cənub-qərbdəki Yasuc şəhər sakini deyir.

...Bir çox iranlı qadın bu dəyişikliklərin geri dönməz olduğuna əmindir. İranlı qadınların öz hüquqları uğrunda mübarizəsini sənədləşdirən Tehranda yaşayan kinorejissor Mojqan İlanlu “...bu proses geri dönməz və idarə olunmazdır",- deyib.

Amma bu o demək deyil ki, hökumət hicabla bağlı mövqeyini dəyişib.

Onun sözlərinə görə, hakimiyyət “iranlı qadınların öz seçdikləri kimi geyinmək hüququ uğrunda mübarizə aparan qətiyyətinin” təzyiqi altında “geri çəkilməyə məcbur olub” və indi bu nailiyyəti qorumağa çalışırlar.

...Hakimiyyət başa düşür ki, müqavimət göstərməyə çalışsalar, bu, həm siyasi, həm də mənəvi cəhətdən onlara baha başa gələcək.

Bunu da İlanlu əlavə edib.

P.S: ...Və əgər bu yazının şəkilinə şəkilaitı söz yazmaq lazım olsaydı bilirsiniz nə yazardım...elə yenə də Səməd Vurğunun "Vaqif" dramına üz tutardım: “...Baxışına bir bax, baxışı qandır..?”

Nazlı Almuradova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Oktyabr 2025 00:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri