Qızım arzumu reallaşdırdı
Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xalq artisti Səkinə İsmayılova ən böyük arzusundan danışıb.
Axşam.az xəbər verir ki, “Xəzər axşamı” verilişində qonaq olan sənətçi uşaqlıqda hüquqşünas olmaq istədiyini bildirib:
"Hüquqşünas olmaq istəyirdim. Amma o vaxt professor Vidadi Xəlilovu məktəbimizə göndərmişdilər ki, istedadlı uşaqları seçsin. Məktəbdə ansambl düzəltmişdilər. Məni də evdən oxumağa qoymurdular. Amma bildirmişdilər ki, Səkinə xanımın səsi var. Məni oxutdurdular. Daha sonra dedim ki, oxumaq istəmirəm, hüquqşünas olmaq istəyirəm. Axırı bu alovun içinə məni Vidadi müəllim atdı. Qismət belə oldu ki, qızım hüquqşünas oldu. Bəlkə də uşaqlıqda eştmişdi. İçində qalmışdı ki, anamın belə bir arzusu olub. İndi deyir ki, sənin arzunu yerinə yetirmişəm. Əslində fikrində də bu sahə idi. Qızım mənim arzumu reallaşdırdı".
Baxış sayı:174
Bu xəbər 28 May 2026 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















