Icma.az
close
up
RU
“Qızlarımız ilk hamiləliklərini belə yarımçıq qoyurlar” Azərbaycanda abort dalğası

“Qızlarımız ilk hamiləliklərini belə yarımçıq qoyurlar” Azərbaycanda abort dalğası

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda abortların sayı artmaqda davam edir. Dövlət Statistika Komitəsinin açıqladığı son rəqəmlər də bunu təsdiqləyir. Məlumata görə, 15-49 yaşlı qadınlar arasında abort göstəriciləri son üç ildə ardıcıl yüksəlib. Qeyd olunub ki, 15-49 yaşlı hər min qadın arasında 2022-ci ildə 22.1%, 2023-cü ildə 27.9%, 2024-cü ildə isə 29.4% abort halları qeydə alınıb. Mütəxəssislər bu artımı həm sosial, həm iqtisadi, həm də psixoloji amillərlə əlaqələndirirlər.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan “Yeni Həyat Humanitar və Sosial Dayaq” İctimai Birliyinin sədri, sosioloq Nailə İsmayılova bildirib ki, artım həm sosial, həm iqtisadi, həm də psixoloji amillərlə bağlıdır:

“Əgər məsələyə tibbi nöqteyi-nəzərdən yanaşsaq, abort düşünülmüş şəkildə hamiləliyin inkişafının dayandırılmasıdır. Ümumiyyətlə, son 3 ilin statistik göstəriciləri də onu deməyə əsas verir ki, abortların sayı artıb. Bu, əsasən də 20-29 yaş arası qadınlar arasında yayılıb və heç də yaxşı hal deyil. Çünki insanın ən enerjili, ən sağlam vaxtları məhz 20-29 yaş arasıdır və bu yaşda dünyaya gələn uşaqların da sağlamlığı daha yaxşı olur”. Pepperoni pizza

Onun sözlərinə görə, bəzi qadınlar hətta ilk hamiləliklərini belə sonlandırırlar:

“Təəssüflər olsun ki, qızlarımız hətta ilk hamiləliklərini belə sonlandırırlar. Bu ya qeyri-rəsmi münasibətlərdən olan hamiləlikdir, ya da evlilikdən bir müddət sonra arzuolunmayan hamiləliyin nəticəsidir. İkinci qrupa aid onlar düşübürlər ki, hələ tezdir, indi uşağın qayğısını çəkə bilməyəcəklər. Onlar hazırlıqlı olmadıqlarını bəhanə gətirirlər. Əslində, bunlar hamısı bəhanədir, çünki bir cütlük ailə qurursa, öncədən düşünməlidir ki, nə vaxt uşaq dünyaya gətirəcəklər. Əgər tələsərlərsə, vaxtından tez hamiləlik baş verərsə, dünyaya gələn uşaq istənilməyən uşaq olacaq. Mənə elə gəlir ki, bu heç də yaxşı hal deyil və məsələnin psixoloji tərəfləri də var”.

Ekspert qeyd edib ki, abort saylarının artmasının səbəbləri çoxdur, burada həm psixoloji, həm də sosial-iqtisadi məsələlər rol oynayır: “Məsələn, cütlük ev almamış dünyaya uşaq gətirmək istəmir. Bu baxımdan, gənclərə dəstək olmaq laızmdır. Hər kəsin ailəsi eyni imkanlara sahib olmur və övladına ev verə bilmir. Cütlüklər evlənmədən öncə yaxşı fikirləşib qərar verməlidirlər. Bu zaman dünyaya gələcək uşaq da arzuolunan olacaq, eyni zamanda, uşaq normal, xoşbəxt şəraitdə böyüyəcək”.

N.İsmayılova məsuliyyətin yalnız qadının üzərinə qoyulmasını da tənqid edib:

“Abort mövzusunda məsuliyyəti yalnız bir tərəfin üzərinə yıxnaq doğru deyil, burada həm qadının, həm də kişinin məsuliyyəti var. Kişilər heç də yaxalarını kənara çəkməsinlər, düşünməsinlər ki, “istəməsəydin olmazdı”. Bəzən kişilər tərəfindən kobud şəkildə bu ifadələr də işlədilir. Bu, tək qadının məsuliyyəti deyil. Ailə həyatının daha xoşbəxt davam etməsi üçün cütlüklər arasında mütləq qarşılıqlı anlaşma olmalıdır. Gələcək ailə həyatı bu cür qurulmalıdır”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 Oktyabr 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri