Icma.az
close
up
RU
Gözəlliyin qurbanı olan qızlarımız...

Gözəlliyin qurbanı olan qızlarımız...

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Son günlərdə ən çox müzakirə olunan məsələlərdən biri də estetik cərrahlardır. Bəzilərinin bu sahə üzrə təhsili olmadan fəaliyyət göstərməsi aidiyyəti qurumlar tərəfindən araşdırılmağa başlanılıb. Təəssüf ki, bəzən əməliyyat masasında və daha sonrasında ölüm halları da qeydə alınır.

“Qafqazinfo”nun məlumatına görə, məsələ o qədər geniş vüsət alıb ki, ötən günlərdə hətta səhiyyə naziri Teymur Musayev də dilə gəlmişdi:

“Media vasitəsilə çağırış edirik ki, gəlin, gözəllik standartları nə deməkdir hər kəsə düzgün başa salaq. Yanlış, süni gözəllik anlayışlarını təbliğ etməyək. Sağlam insan öz xarici görünüşünə görə problem yaşamamalıdır. Xanımlara ziyan olan prosedurlardan kənar durmağı tövsiyə edirik”.

Üzücü olan odur ki, bu gün bloqer kimi tanınan Nərmin İsgəndərovanın da meyiti tapılarkən, onun bir ay öncə estetik əməliyyat keçirdiyi məlum olub. Mərhumun anası isə mətbuata açıqlamasında “Mərcan Medicare” klinikasında müvafiq lisenziyası və təcrübəsi olmayan Nurlan Həsənlini ittiham edib:

“Əməliyyatdan çıxıb evə gəldi, sonra halı pisləşdi, həkimi Nurlan Həsənli ilə əlaqə saxladı, lakin həkim boynuna götürmədi. Başqa xəstəxanaya göndərdi ki, get günü 180 manata orada qal. Dekabrın 17-də səhər dərman almağa gedəndə yıxılıb səkidə vəfat edib. Qızım Nurlan Həsənliyə 5 min manat pul verib, daha sonra da ödənişlər edib. Əməliyyat “Mərcan” Klinikasında olub. Həkim telefonlara cavab vermirdi, müstəntiq də dedi ki, bu həkimin əlində 4-cü adamdır ki, ölür. Əməliyyat vaxtı bədəninə infeksiya düşüb, başqa xəstəliyi yox idi”.

Bu ilin iyulunda isə 29 yaşlı Aybəniz Almuradova liposaksiya əməliyyatı üçün getdiyi klinikada vəfat edib. O, “Reo-Med” klinikasına müraciət edib və 2 iyul tarixində həyatını itirib. Gənc xanımın ölümündə isə həkim Mətanət Eyvazova və anestezioloq Babək Mahmudov ittiham edilir.

Bu il daha bir xoşagəlməz hadisədə isə “Azer Türk Med” klinikası ittiham olunub. Abdominoplastika və liposaksiya əməliyyatı ilə əlaqədar “Azer Türk Med” kilnikasında çalışan plastik-cərrah Ülviyyə Ağazadəyə müraciət edən xanım iddia edib ki, əməliyyat zamanı qanaxma başlayıb, amma həkim buna əhəmiyyət vermədən əməliyyata davam edib: “Məni əməliyyat etdiyi klinikanın reanimasiya şöbəsi belə yox idi. Deməli, abdomino ilə bərabər belimi və bədənimi liposaksiya edib. Liposaksiya zamanı qanaxma olub və bu halda da davam edib. Belimdən sonra bədəni edib. Hər ikisində nekroz yaranıb və qanın dayanmadığını görərək “juqut”la möhkəm sıxıb. Amma qanaxma davam edib. Məni palataya keçirib qan köçürdüblər. 2 gün palatada ölümlə mübarizə aparmışam. Təzyiqim 70-30-a düşüb, 2-ci gecə artıq böyrəyim süzməməyə başlayıb. Əvvəlcə böyrək, sonra isə qaraciyər sıradan çıxıb. DIK sindromuna girmişəm, adətən xəstələr bu vəziyyətdən çıxa bilmir. Ağciyər yetməzliyi başlayıb.

Digər xəstəxanaya yerləşdirildikdən sonra 7 gün reanimasiyada, 8 gün isə palatada qaldım. 3 aydır, yataqdan çıxa bilmirəm. Düz dörd dəfə əməliyyat keçirdim. Axırıncı dəfə mənə dəriköçürmə edildi. Bu əməliyyat üçün ona 3500 manat vermişdim. Digər klinikada isə 25 000 manata qədər pulumuz çıxıb”. 

Keçən il isə “Medicare” özəl klinikasında rinoplastika əməliyyatı (estetik burun əməliyyatı) etdirən Arzu Əzimova vəfat edib. Əməliyyat zamanı komaya düşən 23 yaşlı Arzunun həyatını xilas etmək olmamışdı.

Estetik cərrah, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova isə qaynı arvadı Səbirə Vəliyevanın ölümündə ittiham olunur. İstintaqla “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovanın aprelin 15-də üzərində “liposaksiya-piysovurma” əməliyyatı icra etdikdən sonra vətəndaş Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə sonuncunu yaşadığı fərdi evə apararaq onu həkim nəzarətindən kənar saxlaması məlum olub. Həmçinin növbəti gün qanaxma baş verdikdə isə xəstəni köməksiz vəziyyətdə qoyaraq keçirdiyi əməliyyat nəticəsində baş vermiş kəskin qan itirmədən Səbirə Vəliyevanın ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Yuxarıda qeyd olunan faciəvi hadisələr təbii ki, son deyil. Bundan əvvəlki illərdə də klinikalarda bu cür əməliyyatlardan sonra ölüm hadisələri, xəstənin sağlamlığına ciddi zərər vurulması ilə bağlı hallar qeydə alınıb.

Bu kimi hadisələrin təkrarlanmaması üçün Səhiyyə Nazirliyi, Baş Prokurorluq, TƏBİB tərəfindən araşdırmalar davam etdirilir.

Emin Səfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Dekabr 2024 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see381

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see372

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see369

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see353

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see310

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see283

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see277

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see270

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see265

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see252

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see245

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see244

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see241

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see239

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see231

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see230

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see216

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see212

Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin!

13 Sentyabr 2026 02:01see211

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri