Icma.az
close
up
RU
Qızlarımız xaricilərə ərə getdiyi üçün doğumlar azalıb Sosioloq

Qızlarımız xaricilərə ərə getdiyi üçün doğumlar azalıb Sosioloq

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Son illərdə Azərbaycanda doğulan uşaqların sayında kəskin azalma müşahidə olunur. Məsələn, 2015-ci ildə 164 600 doğuş qeydə alınsa da, 2023-cü ildə bu rəqəm 111 800-ə düşüb, 2025-ci ilin yanvar‑noyabr aylarında isə 88 135 körpə dünyaya gəlib. Ekspertlər bildirirlər ki, azalmanın əsas səbəbləri iqtisadi çətinliklərdən daha çox sosial və mədəni amillərlə bağlıdır.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, doğum sayının azalması statistik dinamikanın sürətli şəkildə aşağı düşməsi ilə müşayiət olunur:
“Bu azalmaları yalnız sosial-iqtisadi çətinliklərlə izah etmək düzgün deyil. 20-ci əsrin sonu və 21-ci əsrin əvvəllərində insanların sosial-iqtisadi vəziyyəti indiki dövrdən xeyli aşağı idi və buna baxmayaraq doğum göstəriciləri daha yüksək idi. Bu baxımdan azalmalar digər amillərlə bağlıdır”.
Hüseyn İbrahimov qeyd edib ki, əsas təsir edən amillərdən biri boşanmaların artmasıdır:
“2015–2018-ci illər və sonrakı dövrlərdə boşanma faizi yüksəlib. Bu, gənclərin ailə qurmaq yaşını gecikdirməsinə, evlilik qərarını daha uzun müddət düşünməsinə səbəb olur. Həm qızlarda, həm də oğlanlarda ailə qurmaq faizi aşağı düşür”.
Ekspert həmçinin qohum ailələr arasında nigahların azalmasını da vurğulayıb:
“Əvvəllər bu cür nikahlar daha çox yayılmışdı, lakin qanuni məhdudiyyətlər nəticəsində bu təcrübələr xeyli azalıb və statistika üzərində təsir göstərir”.
Bundan əlavə, gənclərin təhsil və karyera planları, xarici ölkələrdə təhsil alma və işləmə imkanları, həmçinin sosial-iqtisadi yetkinliyi gözləmə arzusu da ailə qurmaq yaşını gecikdirir:
“Bəzi qızlar xarici vətəndaşlarla ailə quraraq ölkədən kənarda yaşayırlar. Miqrant Azərbaycanlı gənclər isə əksər hallarda 35–40 yaşlarında ailə qururlar. Bu amillər də doğum statistikasına təsir edir”.
Sosioloq vurğulayıb ki, bütün bu sosial və mədəni amillər birləşərək ölkədə doğum göstəricilərinin azalmasına səbəb olur və statistik məlumatlarda öz əksini tapır.
Qeyd edək ki, demoqrafik azalma uzunmüddətli sosial və iqtisadi nəticələr doğura bilər və bu tendensiyanın qarşısının alınması məqsədilə kompleks sosial, iqtisadi və mədəni tədbirlər görülməsi vacib hesab olunur.
Əfsanə Kamal
Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Yanvar 2026 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see281

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see254

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see195

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see183

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see177

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see163

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see162

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see162

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see149

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see148

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see146

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri