Icma.az
close
up
RU
“Qızların məktəbdə nəticələri 15 yaşından sonra zəifləyir” Emin Əmrullayev

“Qızların məktəbdə nəticələri 15 yaşından sonra zəifləyir” Emin Əmrullayev

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Biz dördüncü sinifdə apardığımız son qiymətləndirmələrdə qızların nəticələrinin daha yaxşı olduğunu görürük. Amma 15 yaşlı qız və oğlanlar arasındakı fərqə baxanda dinamika zəifləyir.
Oğlanların nəticələri qızların nəticələrini üstələyir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə birgə keçirdiyi Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda deyib. Nazir bunu sosial səbəblərlə əlaqələmdirib:
“Buna 10 yaşından 15 yaşına qədər olan qızlara ətrafdan olan münasibət təsir edir. Yəni cəmiyyətin qızlara olan təzyiqinin nəticəsidir. Halbuki cinsiyyətindən asılı olmayaraq bir insan 10 yaşında bacarıqlıdırsa, 15 yaşında da o, geri getməməlidir. Ən vacib məsələlərdən biri qızların təhsilidir. Bu gün azyaşlı və yeniyetmə qızların təhsili gələcək anaların təhsilli olması deməkdir”.
Nazir azyaşlı qızların erkən nikaha cəlb olunması məsələsinə də toxunub. O, deyib ki, təssüf ki, az sayda olsa da Azərbaycanda erkən nikah, təhsildən yayınma halları var:
“Bir çox hallarda bu, dövlətin səyi ilə deyil, ictimaiyyətin, ailələrin, ayrı-ayrı məntəqələrdə yaşayan insanların, hətta qonşuların qınağı ilə həll olunacaq məsələdir. Hər bir insan anlamalıdır ki, azyaşlı qızı ərə vermək olmaz. Bu, yalnız həmin qızın və ya ailəsinin məsələsi deyil, bütünlüklə cəmiyyətimizi düşündürən problemdir”.
Nuray, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Dekabr 2024 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri