Qızların məktəbdə sırğa taxması qadağan edilir? Eşqi Bağırovdan ÖZƏL AÇIQLAMA
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məktəblərdə bütün yaşdan olan qızlara sırğa taxmağın qadağan edilməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Bizim.Media-ya özəl açıqlamasında bu barədə danışıb.
O bildirib ki, hazırda sözügedən məsələ ilə bağlı heç bir təlimat, tapşırıq verilməyib.
Agentlik direktoru məsələnin araşdırılacağını, səbəblərin aydınlaşdırılacağını əlavə edib.
Qeyd edək ki, bəzi valideynlər Bakı məktəblərində direktorlar tərəfindən qızların sırğa taxmasına qadağa qoyulduğunu bildirirlər. Valideynlərin iddialarına görə, qadağa bütün yaşdan olan qızlar üçün tətbiq edilir.
Fəridə, Bizim.Media
Baxış sayı:178
Bu xəbər 14 Sentyabr 2026 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















