Icma.az
close
up
RU
Qızların oğlanlardan yüksək bal yığmasının səbəbi nədir? Ekspert AÇIQLADI

Qızların oğlanlardan yüksək bal yığmasının səbəbi nədir? Ekspert AÇIQLADI

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Bütün valideynlər qız və oğlan övladı fərq etmədən uşaqlarını təhsil sahəsində daha yaxşı nəticələr əldə etmələri üçün əlindən gələni edir. Valideynlər uşaqlarının gələcəyinə yatırım edərək, onlara həm maddi, həm də mənəvi dəstək verirlər. Ancaq bir çox ailədə qızlar daha yaxşı nəticə əldə edir.

Bəs qız abituriyentlərin oğlanlara nisbətən daha yüksək nəticə əldə etməsinin səbəbi nədir?

Məsələ ilə bağlı araşdırma edən təhsil eskperti Ramin Nurəliyev Redaktor.az-a qızların daha çox çalışqan olduqlarını, təhsilə daha çox fokuslandığını və sosial fəaliyyətlərə daha az vaxt ayırdıqlarını qeyd etdi:

"Keçən il hələ qəbul nəticələrinə də baxdığımızda maksimal 300 bal toplayan abituriyentlərin sayında qız abituriyentlər daha çox üstünlük təşkil edirdi. Sonra qəbul imtahanının ümumi nəticəsinə əsasən, qız abituriyentlərin nailiyyətləri oğlan abituriyentlərə nisbətən daha çox idi. Hətta o qız abituriyentlərin sayı belə oğlan abituriyentlərə nisbətən çoxluq təşkil edir. Buna səbəb qız abituriyentlərdə ümumiyyətlə oturaqlı bir həyat tərzi oğlan abituriyentlərə nisbətən daha çox olduğuna görə onlar daha çox oxumağa maraqlı olurlar, daha çox otururlar, daha çox əziyyət çəkirlər və daha çox oxuyurlar. Ona görə də birinci olaraq ən üstün məqamlardan biri budur. İkinci, bildiyiniz kimi xüsusilə də 20 il bundan əvvəlki dövrdə getdiyimiz təqdirdə qız abituriyentlərin sayı hədsiz dərəcədə az idi. Yəni yüzdə yetmiş nisbətinə oğlan abituriyentlər çoxluq təşkil edirdi. Amma son dövrlərdə həqiqətən də ailələrin qız övladlarının təhsilinə olan diqqəti, marağı və buna olan dəstəyi, qız abituriyentlərə göstərdiyi diqqət, qayğı və qız uşaqlarının oxuyub gələcəkdə müəyyən mövqe tutmalarını istəməsi, arzulanması, onlarda valideynlərinə qarşı etimadı doğrultma düşüncəsi yaranır. Buna görə daha çox səy göstərir, daha çox əziyyət çəkirlər. Bu gün regionlarda belə artıq qız abituriyentlərin təhsil almasını, yüksək bal toplamasını, yüksək nailiyyətlər əldə etməsini sonuncu qəbul imtahanın da müşahidə etdik. Regionlarımızda valideynlərin diqqəti yüksəkdir".

Ekspertin sözlərinə görə, digər səbəb qız abituriyentlərdə gəzmək, dostları ilə əyləncə oğlan abituriyentlərə nisbətən az olmasıdır.

"Oğlanlar daha çox vaxtını gəzməyə sərf etdiyi üçün qızlara nisbətən nəticələri zəif olur. Yəni bu da təbii ki, ümumi nəticəyə təsir edən amillərdən biridir. Növbəti bir məqam, qızlarda oğlanlara nisbətən sevgi münasibətləri bir az az olur. Sevgi münasibətləri istər-istəməz beyni, ağlı məşğul edir. Əgər qız abituriyent bir oğlana sevgi münasibəti göstərirsə, bir qız abituriyentə beş oğlan sevgi münasibəti göstərir. Yəni bu çoxluq təşkil etdiyinə görə daha çox oğlan abituriyentlərin beyni bununla məşğul olmuş olur. Bu dönəm elə bir dönəmdir ki, bu dönəmdə əgər biz universitetə hazırlaşacağıqsa, mütləq sevgi münasibətlərini bir kənara qoymağa çalışmalıyıq. Qız abituriyentlər daha çox əziyyət çəkir, daha çox çalışırlar. Onların təhsil almaq, oxumaq arzusu çoxdur. Xüsusilə də regionlarda olan qız abituriyentlər oğlan abituriyentlərdən daha çox iddialıdırlar, daha çox inadkarlıq edib, Bakıda tələbə həyatı yaşamaq istəyirlər. 

Oğlan abituriyentlərə nisbətən qızlar valideynlərinin əziyyətini daha çox qiymətləndirirlər. Çünki valideyn əziyyət çəkir, pul xərcləyir, kitab alır, çanta alır, müəllim yanına qoyur. Yəni bu əziyyəti oğlan abituriyentlərə nisbətən qız abituriyentləri daha çox diqqətə alır. Əlbəttə burada ümumi olaraq nisbət göstərilir. Bu o demək deyil ki, oğlan-qız abituriyentlərin hamısı belə potensialda deyil", - deyə R.Nurəliyev bildirdi.

Türkan İSGƏNDƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:295
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 Yanvar 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri