Qızların qaldığı yataqxanada nə baş verib? VİDEO
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Məsələ ilə bağlı yataqxana rəhbərinə aid olduğu deyilən səsyazısı da yayılıb. Səsyazısında səsləndirilən fikirlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Yataqxananın rəhbəri iddialara münasibət bildirərək hadisənin təsadüfən baş verdiyini deyib. Onun sözlərinə görə, həmin şəxs özündə olmayıb və ayaqyoluya getmək istədiyini bildirib. Qızlar isə onun yataqxananın bu hissəsinə keçməsinin qadağan olduğunu deyərək etiraz ediblər. Şəxsin yataqxananı tərk etmədiyini görən tələbələr kömək üçün qışqırıblar.
Onun sözlərinə görə, mühafizəçi həmin vaxt tələbələr üçün çay hazırlamaq və yeməkxananı səliqəyə salmaq məqsədilə postundan qısa müddətə ayrılıb. Tələbələrin həyəcan siqnalını işə salmasından sonra isə polis əməkdaşları əraziyə gəliblər.
Yataqxanada qalan tələbələr isə bildiriblər ki, kişi qohumlarının belə yataqxananın daxilinə keçməsinə icazə verilmir. Ərazidə həm içəridə, həm də çöldə mühafizə xidməti fəaliyyət göstərir.
Ölkə.az Baku TV-yə istinadən xəbər verir ki, hadisədə adı çəkilən şəxs polis tərəfindən müəyyən edilib və barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 29 Oktyabr 2026 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















