Icma.az
close
up
RU
Qızların təhsilinə dəstək layihələri uğurla davam edir

Qızların təhsilinə dəstək layihələri uğurla davam edir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sevindirici haldır ki, elmə, təhsilə, qızların inkişafına, qadınların bərabər hüquqlarının təmin olunmasına, eləcə də tələbələrin motivasiyasına xidmət edən bu təşəbbüs getdikcə daha geniş vüsət alır, layihəyə töhfə vermək istəyən insanları bir araya gətirir.

Milli Məclisin deputatı Fariz İsmayılzadənin təşəbbüsü və ADA Universitetinin müəllimlərinin iştirakı ilə Lənkəranda qızlar üçün ödənişsiz bacarıq inkişafı təlimləri keçirilir.

Ali və ya orta ixtisas təhsil müəssisələrində təhsil alan və ya məzun olmuş qız tələbələr üçün proqramlaşdırma və kodlaşdırmanın əsasları, maliyyə, sosial media və marketinq, layihə idarəetməsi və turizm işi mövzularında proqram ADA Universitetinin müəllimləri tərəfindən keçirilir. 

İştirakçılar artıq ilk həftələrdən proqramın verdiyi imkanları yüksək qiymətləndirir və əldə etdikləri biliklərin gələcək karyeralarına mühüm töhfə verəcəyini bildirirlər.

İştirakçılar əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlar qazanır.

Əsas məqamlardan biri də odur ki, təlimləri uğurla bitirən iştirakçıların CV-ləri iri holdinq və şirkətlərin insan resursları şöbələri ilə paylaşılacaq, beləliklə onların məşğulluq imkanları genişləndiriləcəkdir.

 Lənkəranda Təhsil İnkişaf Fondu ilə birlikdə qızlar üçün təqaüd proqramı da təqdim edilib.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ölkəmizin gələcək inkişafı naminə gənclərin bərabər imkanlar çərçivəsində təhsil almasının vacib olmasını nəzərə alaraq 2021-ci ildən başlayaraq “Gənc Qızların Təhsilinə Dəstək” Kampaniyasına start verilmişdir. Daha sonra layihənin davamlılığının təmin edilməsi məqsədilə AR Elm və Təhsil Nazirliyi və Dövlət Komitəsi arasında niyyət protokolu imzalanmış, “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı təsis olunmuşdur.

Layihənin həyata keçirildiyi müddət ərzində 58 rayon üzrə 144 tələbə qız, 27 fərqli ali təhsil müəssisəsinə qəbul olunub.

Hər kəsi dövlətimizin inkişafında gənclərin, xüsusilə qızların rolunun artırılmasını təşviq etmək məqsədilə həyata keçirilən bu təşəbbüsə qoşulmağa dəvət edirik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Mart 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri