Icma.az
close
up
RU
“Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının Məzun günü keçirilib

“Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının Məzun günü keçirilib

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının "Məzun günü" keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil naziri Emin Əmrullayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, deputatlar və ictimaiyyət nümayəndələri, o cümlədən tələbələr iştirak ediblər.

Tədbirdə 2021-ci ildə ali təhsil müəssisələrinə yüksək balla daxil olmuş “Hənifə Məlikova - Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı və “Sən tək deyilsən” layihəsi çərçivəsində “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramı iştirakçılarının məzun olması, eləcə də onların əzmkarlığını, əldə etdikləri nailiyyətləri qeyd edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, gənc qızların təhsilinə dəstək yalnız sosial layihə deyil, bu, cəmiyyətin inkişafına yönəlmiş mühüm təşəbbüsdür:

"Gənc qızların təhsilinə dəstək" layihəsi də hazırda ölkənin 58 rayonunu, 27 təhsil müəssisəsini əhatə edir. Layihənin əsas məqsədi sosial və maddi çətinliklərlə üzləşən qızlara təhsil imkanı yaratmaq, onların gələcəyinə inam aşılamaqdır. Layihənin geniş miqyas almasına Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq mühüm töhfə verib. Artıq yüzlərlə gənc qız bu dəstəkdən yararlanır".

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, bir cəmiyyətin inkişafı onun parçası olan qadınların inkişafından birbaşa asılıdır:

"Qadınların güclü olması kişilərin zəifliyi demək deyil, onların daha da güclü olması anlamına gəlir. Eyni zamanda xeyriyyəçilik ənənələrinin davam etdirilməsi, özəl və dövlət sektorunun bu işdə birgə fəaliyyəti təhsilin inkişafına dəstəkdir".

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qeyd edib ki, "Gənc qızların təhsilinə dəstək” layihəsi dörd ildir həyata keçirilir və 350-yə yaxın qız bu layihə çərçivəsində təhsil alır:

"Paralel olaraq həyata keçirilən "Parla" təqaüd və inkişaf proqramına 2023-2025-ci tədris illərində 1465 müraciət olub. Proqramdan 100 nəfər yararlanıb".

Daha sonra şəhid Elşad Həsənovun həyat yoldaşı Aksana Həsənova çıxış edərək "Sən tək deyilsən" layihəsi çərçivəsində "Gələcəyə əmin adddımlarla" şəhid xanımlarının təhsilinə dəstək proqramının məzunu olduğunu vurğulayıb və göstərilən dəstəyə görə Dövlət Komitəsinə, o cümlədən Elm və Təhsil Nazirliyinə təşəkkür edib.

Tədbirdə "Gənc qızların təhsilinə dəstək" layihəsi çərçivəsində məzun olan qızlar mükafatlandırılıblar.

Tədbir zamanı layihəyə həsr olunmuş videoçarx da nümayiş etdirilib.

Açılış nitqləri və çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 İyun 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri