Icma.az
close
up
RU
Qlobal Bakı Forumu Azərbaycanın mövqeyini dünyaya təqdim edən mühüm platformadır Deputat

Qlobal Bakı Forumu Azərbaycanın mövqeyini dünyaya təqdim edən mühüm platformadır Deputat

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda keçirilən Qlobal Bakı Forumu müasir dünyanın mürəkkəb geosiyasi vəziyyətinin müzakirə olunduğu mühüm platformaya çevrilib. Forumun açılışında çıxış edən Prezident İlham Əliyev vurğuladı ki, müasir dünyada təhlükəsizlik və sabitlik hər bir dövlət üçün əsas prioritetə çevrilib. Çünki təhlükəsizlik olmadan iqtisadi inkişaf, sosial rifah və beynəlxalq əməkdaşlıq mümkün deyil. Sülh və təhlükəsizlik bütün digər inkişaf proseslərinin təməlidir.

Bu sözləri Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, Prezident təxminən 30 il ərzində Azərabycan ərazilərinin Ermənistanın işğalı altında qalması və bu dövrdə beynəlxalq təşkilatların qərarlarının icra olunmaması kimi problemlərdən danışdı: "Beynəlxalq sistemdə ədalətsizliklərin olmasını vurğuladı. Prezident Azərbaycanın öz suverenliyini bərpa etməsini beynəlxalq hüquqa əsaslanan legitim addım olduğunu bildirdi. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin öz gücünə bərpası region üçün dönüş nöqtəsi yaratdı. Prezident bu prosesdən sonra sülhün bərqərar edilməsinin daha çətin mərhələ olduğunu vurğuladı. Müharibədən sonra Ermənistanla münasibətlərin normallaşdırılması və regionda sabitliyin təmin edilməsi üçün siyasi iradə tələb olunurdu. Bu kontekstdə sülhün əldə olunması Azərbaycan tərəfindən təqdim olunan mühüm diplomatik uğurdur.

Prezident öz çıxışı zamanı Azərbaycanın qlobal enerji təhlükəsizliyində oynadığı rola da toxundu. Müasir dünyada enerji resursları yalnız iqtisadi deyil, həm də siyasi və təhlükəsizlik məsələsi kimi qəbul olunur. Azərbaycan etibarlı enerji tərəfdaşı kimi və neft və qaz ixrac edən ölkə olaraq müxtəlif regionların enerji təhlükəsizliyinə töhfə verir və bu istiqamətdə əməkdaşlığı genişləndirir. 

Prezident həmçinin, vurğuladı ki, münaqişələr və geosiyasi gərginliklər beynəlxalq ticarət marşrutlarının fəaliyyətində çətinliklər yaradır və buna görə də alternativ logistika yolları böyük əhəmiyyət qazanır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin mühüm hissəsi kimi qlobal ticarət və tranzit sistemində vacib rol oynayır. Bu isə ölkəmizin regional inteqrasiyada strateji mövqeyini gücləndirir".

Deputat Prezidentin çıxışın sonunda beynəlxalq əməkdaşlığın və dialoqun vacibliyini vurğulamasına diqqət çəkib: "O qeyd etdi ki, müasir dünyada mövcud olan münaqişələr və qarşıdurmalar yalnız dialoq və əməkdaşlıq yolu ilə həll oluna bilər. 

Digər beynəlxalq platformalardan fərqli olaraq, Qlobal Bakı Forumunda siyasi, ictimai, sosial və mədəni məsələlər də müzakirə olunur. Məsələn, Davos Forumu iqtisadi məsələlərə, Münxen Təhlükəsizlik Konfransı isə təhlükəsizlik məsələləri üzrə müzakirələrə həsr olunub. Lakin Qlobal Bakı Forumu bütün bu mövzuları əhatə edir və yüksək səviyyəli iştirakçı siyahısına görə fərqlənir. Burada prezidentlər, baş nazirlər, nazirlər, həmçinin sabiq dövlət, hökumət başçıları və digər yüksək səviyyəli şəxslər iştirak edir və öz siyasi baxışlarını ifadə edirlər. 

Bu platforma dünya mediasının da diqqət mərkəzindədir. Azərbaycanın dünyada baş verən yeni geosiyasi yerdəyişmələr və yeni çağırışlar barədə, həmçinin Cənubi Qafqaz regionunda normallaşma ilə bağlı mövqeyini təqdim etməyə imkan yaradır. Burada beynəlxalq proseslərə Azərbaycanın baxışı, xarici siyasətinin istiqamətləri, regionda baş verən hadisələr və ölkəmizlə bağlı bir çox məsələlər müzakirə olunur. Dövlət başçımızın fikirləri ilə bütün dünya ictimaiyyəti və mediası bu məsələlərə dair geniş məlumat əldə edə bilib".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Mart 2026 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see304

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see290

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see266

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see261

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see259

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see258

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see249

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see240

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see239

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see233

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see225

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see222

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see221

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see219

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see217

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see217

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see217

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see212

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri