Icma.az
close
up
RU
Qlobal Bakı Forumu Azərbaycanın imkanlarını dünyaya çatdıran unikal platforma

Qlobal Bakı Forumu Azərbaycanın imkanlarını dünyaya çatdıran unikal platforma

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

13-15 mart tarixlərində keçirilən Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək, ölkəmizin beynəlxalq arenada artan rolunu vurğulayıb. Dövlətimizin başçısı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda apardığı mübarizəni bir daha qeyd edib və ədalətli dünya düzəni ilə əlaqədar ölkəmizin mövqeyini ortaya qoyub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz gücü ilə ərazilərini azad edərək beynəlxalq hüququn prinsiplərini bərpa edib. Cənab İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizəsidir. Dövlət başçısı diqqətə çatdırıb ki, bəzi qüvvələr Azərbaycanın bu siyasətini dəyişdirməyə çalışsalar da, həmin cəhdlər uğursuz olub: “Onlar o faktla razılaşa bilmirdilər ki, burada, Qafqazda öz milli maraqlarını güdən ölkə, yəni böyük bosslar qarşısında hər zaman “bəli, cənab” deməyən ölkə var. Əfsuslar olsun ki, Fransa hökuməti hətta COP29-u boykot etmək üçün bir çox ölkələri təhrik edərək, daha uzağa getdi. COP29-da iştirak etmiş dünya liderlərindən etibarlı informasiyamız var və onlar bizə bu haqda məlumat verdilər. Hətta gəlməyən rəhbərlər mesaj göndərdilər ki, şəxsən Fransa prezidenti COP29-a qarşı kampaniya aparırdı. Bu, elə bir siyasətdir ki, heç bir kəsə başucalığı gətirmir. Buna baxmayaraq, böyük tərkibdə iştirak oldu. Qeydiyyata alınmış 77 min iştirakçı oldu. Onların sırasında 197 ölkədən təmsilçilər, 70 dövlət və hökumət başçısı var idi. COP29-u boykot edən yeganə ölkə Ermənistan idi”.

Dövlət başçısı Forumda çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin nəticələrini diqqətə çatdırıb. İşğal nəticəsində xalqımızın çəkdiyi əzablar yaddan çıxarıla bilməz. Azad olunmuş ərazilərə səfər edən hər kəs Ermənistanın törətdiyi vandalizmi və mədəni irsimizə qarşı zərbələri aydın şəkildə görə bilər. 65 məscidin dağıdılması, dini obyektlərin təhqir edilməsi və Xocalı soyqırımı kimi faciələr Azərbaycan xalqının yaddaşından silinməyəcək. Dövlət başçısının qeyd etdiyi kimi, gələcəyə baxmaq və Cənubi Qafqazda sülhə nail olmaq vacibdir. Azərbaycan bu istiqamətdə sülh prosesinin təşəbbüskarı olub və Ermənistanla müzakirə olunan sülh sazişi layihəsinin müəllifidir.

Prezident İlham Əliyevin çıxışında xüsusi vurğuladığı məqamlardan biri də Azərbaycanın ədalət və beynəlxalq hüquq uğrunda mübarizəsi oldu. BMT Təhlükəsizlik Şurasının 27 il ərzində icra edilməyən qətnamələri Azərbaycanın güclü iradəsi və hərbi qüdrəti sayəsində həyata keçirildi. Əgər Azərbaycan torpaqlarını hərbi yolla azad etməsəydi, bu qətnamələr növbəti 27 il də kağız üzərində qalardı. Bu mübarizə nəinki Azərbaycan xalqının güclü iradəsini, həm də beynəlxalq ədalətin bərpasını nümayiş etdirir. Azərbaycan Prezidentinin sözlərinə görə, bəzən sülhə nail olmaq və ədaləti bərpa etmək üçün gücdən istifadə etmək lazımdır: “Bu gün bunu görürük. Görürük ki, Avropa, Avropa İttifaqı güclü hərbi potensial qurmaq üçün bu gün öz siyasətini necə dəyişməyə çalışır. Görürük ki, digər ölkələr öz resurslarını hərbi potensialına və infrastrukturunun qurulmasına yönəldir. Bunu ən azı 20 ilə etdik, 2005-ci ildən etibarən etdik və ərazimizi azad edən, separatçılığa, separatçılara son qoyan güclü ordu yaratdıq. Bir sözlə, bu gün ərazi bütövlüyü və suverenliyin tam bərpası nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən beynəlxalq ədaləti nümayiş etdirir”.

XII Qlobal Bakı Forumunda Prezident İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq arenada mövqeyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq uğrunda mübarizəsini bir daha nümayiş etdirir. Forum dövlətimizin qlobal məsələlərin həllində artan rolunu və aparıcı güc mərkəzləri ilə əməkdaşlıq potensialını bir daha təsdiqləyir.

Mehman RAMAZANOV,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Mart 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri