Icma.az
close
up
RU
Qlobal böhran TƏHLÜKƏSİ Bu sahələr xüsusi RİSK ALTINDADIR

Qlobal böhran TƏHLÜKƏSİ Bu sahələr xüsusi RİSK ALTINDADIR

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə 01.01.2025 – 31.08.2025 dövründə (7 ayda) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 32 milyard 118 milyon 5 min ABŞ dolları, o cümlədən ixracın həcmi 17 milyard 65 milyon 354 min ABŞ dolları, idxalın həcmi 15 milyard 52 milyon 651 min ABŞ dolları, saldo müsbət 2 milyard 12 milyon 703 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 01.01.2024 – 31.08.2024 dövründə Azərbaycanın xarici ti carət əməliyyatlarının həcmi  icarət əməliyyatlarının həcmi 30 milyard 995 milyon 424  min ABŞ dolları o cümlədən, ixracın həcmi 18 milyard 231 milyon 541 min ABŞ dolları, idxalın həcmi 12 milyard 763 milyon 883 min ABŞ dolları, saldo müsbət 5 milyard  467 milyon  658 min ABŞ dolları təşkil etmişdi.
Beləliklə, Azərbaycanın idxalının həcminin ixracının həcmindən daha çox artması ilə əlaqədar olaraq xarici ticarətin müsbət saldosu 2,7 dəfə azalıb. 
Bəs, idxalın həcminin sürətlə artmasının hansı fəsadları ola bilər?
Suala aydınlıq gətirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya bildirdi ki, Azərbaycanın idxalının ixracdan daha sürətlə artması və nəticədə ticarət balansında müsbət saldonun azalması bir neçə iqtisadi fəsada gətirib çıxara bilər:
“İdxal artdıqca ölkədən daha çox valyuta çıxır. Əgər ixrac eyni templə artmırsa, valyuta gəlirləri idxal xərclərini qarşılamaqda çətinlik çəkə bilər. Bu, uzunmüddətli perspektivdə manatın məzənnəsinə təzyiq göstərə bilər. Hazırda neft-qaz ixracı hələ də böyük üstünlük təşkil etdiyinə görə ciddi təzyiq hiss olunmaya bilər, amma qeyri-neft sektoru zəif qaldığı halda risklər artır.

İdxalın sürətlə artması Azərbaycanın xaricdən ticarət asılılığını gücləndirir. Xüsusən də ərzaq və əsas istehlak malları idxalı artarsa, hər hansı qlobal böhran ölkə üçün təhlükə yarada bilər. Sənaye sahələri idxaldan çox asılı olarsa, daxili istehsalın inkişafı ləngiyə bilər”.

Büdcə və iqtisadi sabitlik
Müsahibimiz əlavə edib ki, dövlət büdcəsi böyük ölçüdə ixracdan, xüsusən enerji ixracından gələn gəlirlərə söykənir:
“İdxalın sürətli artımı isə valyuta ehtiyatlarının yüklənməsinə və əlavə dövlət dəstəyinə ehtiyac yarada bilər. Əgər ixrac qiymətləri enərsə, bu zaman idxalın yüksək olması “cari əməliyyatlar balansı”nda kəsir riski yaradar. İdxal məhsullarının çoxalması daxili istehsalı sıxışdırırsa, bu, qeyri-neft sektorunun inkişafını ləngidə bilər. Xüsusən kənd təsərrüfatı və yüngül sənaye məhsullarında idxal rəqabəti yerli istehsalçıları zəiflədə bilər.
Sadəcə idxalın artması iqtisadi rifahın yüksəlməsi mənasına gələ bilər. Amma bu artım daxili istehsal hesabına yox, yalnız xarici malların gətirilməsi ilə baş verirsə, uzunmüddətli dayanıqlılıq zəif olur.
Yəni qısamüddətli dövrdə idxalın artması istehlakın genişlənməsi kimi müsbət görünsə də, uzunmüddətli perspektivdə balanssızlıq yaradır: manatın sabitliyinə risk, xarici asılılığın dərinləşməsi, yerli istehsalın zəifləməsi və ticarət balansında kəsir ehtimalı”.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Sentyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri