Icma.az
close
up
RU
Telefonla sakitləşdirilən uşaqlar RİSK ALTINDADIR Valideynlər oxusun

Telefonla sakitləşdirilən uşaqlar RİSK ALTINDADIR Valideynlər oxusun

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Valideynlərin övladlarını sakitləşdirmək üçün onlara telefon vermələri və bunu vərdiş halına gətirmələri uşaqlar üçün təhlükəlidir.

İnsanların həyatını asanlaşdırmaq üçün istehsal edilən və inkişaf etdirilən texnologiyanın faydaları doğru bir arqument olsa da, bəzi standartlar aşıldığında zərərlə qarşılaşmaq mümkündür. Bunu valideynlərin uşaqları üzərində işlətdiyi sakitləşdirici üsulda görmək olar. Telefonla oynayan uşaqlar ətrafda baş verənləri eşitmədikləri və görmədikləri halda, istənilən müdaxilədə aqressiv davranışlar sərgiləyə bilirlər. Valideynlər isə çox vaxt övladlarının qəzəbli halları ilə mübarizə aparmaq əvəzinə, əllərini sevimli telefonlarına qoyaraq, uşağın sosial dünya ilə əlaqəsini kəsməyə üstünlük verirlər. Uşaqlarınızı sakitləşdirmək üçün bu üsuldan istifadə etsəniz, onları böyük riskə atmış olursunuz. Beləliklə, uşaqları sakitləşdirməyin başqa yolu varmı?

UZUN MÜDDƏT TELEFON İSTİFADƏSİNİN MƏNFİ NƏTİCƏLƏRİ VAR

Övladlarınız kədərli, həvəsli və ya qəzəbli olduqda tətbiq etməli olduğunuz ilk taktika onları dinləmək və problemlərinə həll yolları axtarmaq olmalıdır. Əks halda, övladlarınız əsəbiləşən və ya kədərləndikləri zaman onlara empatiya göstərməsəniz və onları telefonla sakitləşdirməyə çalışsanız, zamanla uşaqlarınızda həm fiziki, həm də psixoloji cəhətdən geriləmə müşahidə edə bilərsiniz.

Tədqiqatçılar tərəfindən 3-5 yaşlı uşaqların telefon və planşetlərdən nə qədər tez-tez istifadə etdikləri ilə bağlı təhlil araşdırması aparılıb. 422 uşaq və 422 valideynin təhlili nəticəsində məlum olub ki, tez-tez sakitləşmək üçün cihaz verilən uşaqlarda emosional reaksiya əlamətləri daha çox olur.

Valideynlərindən kifayət qədər diqqət görməyən uşaqlar qapalı, özünə inamsız və hətta aqressiv olurlar. Buna görə də uşaqlar ən yaxşı dost kimi elektron cihazları seçirlər. Kədərli və ya sevincli hallarını bölüşəcək birini tapa bilməyəndə parlaq və rəngli ekranlı telefonlarla vaxt keçirirlər. Xüsusilə inkişaf çağında olan uşaqlar telefonla çox vaxt keçirdikləri zaman gələcəkdə həm psixoloji, həm də fiziki olaraq böyük risklərlə üzləşə bilərlər. Bu məsələdə valideynlərin rolu böyükdür.

Əgər siz telefonlarınızı uşaqlarınıza baxıcı kimi istifadə edirsinizsə, onlara böyük zərər vermiş olursunuz. Övladlarınızın çalışqan, sosial və sağlam olmasını istəyirsinizsə, onlarla daha çox söhbət etməlisiniz; Əyləncəli və maarifləndirici fəaliyyətlərlə məşğul olmalısınız.

Sevinc Hüseynova

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri