Icma.az
close
up
RU
Qlobal çağırışlar fonunda Azərbaycanın enerji strategiyası

Qlobal çağırışlar fonunda Azərbaycanın enerji strategiyası

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası bir daha təsdiqlədi ki, Azərbaycan artıq təkcə enerji istehsalçısı deyil, qlobal enerji təhlükəsizliyinin formalaşmasında söz sahibi olan strateji aktordur.

Prezident cənab İlham Əliyevin çıxışı həm mövcud reallıqların təhlili, həm də qarşıdakı mərhələnin yol xəritəsi baxımından mühüm siyasi mesajlarla zəngin idi. Dövlət başçısının vurğuladığı kimi, 12 il əvvəl əsası qoyulan Cənub Qaz Dəhlizi təşəbbüsü bu gün özünü tam doğrultmuş, çoxtərəfli əməkdaşlıq modelinə çevrilmişdir. Qlobal enerji bazarlarında qeyri-sabitlik, geosiyasi gərginliklər və təchizat riskləri fonunda məhz dialoq və tərəfdaşlıq platformalarının əhəmiyyəti daha aydın görünür.

Azərbaycan, tranzit ölkələr və istehlakçılar arasında formalaşmış qarşılıqlı etimad və ortaq maraqlar modeli artıq real nəticələr verir. Əgər əvvəlcə 12 ölkəyə qaz ixrac olunurdusa, bu gün Azərbaycan qazının istehlakçılarının sayı 16-ya çatıb. Boru kəmərləri vasitəsilə qaz tədarük edilən ölkələrin sayına görə Azərbaycan dünyada birinci yerdədir. Bu fakt ölkəmizin enerji diplomatiyasının uğurunu açıq şəkildə nümayiş etdirir. Prezident cənab İlham Əliyev çıxışında Azərbaycanın qaz təchizatının artıq Avropa sərhədlərini aşdığını xüsusi vurğuladı. Suriyaya 1,5 milyard kubmetr həcmində qaz tədarükünün başlanması təkcə iqtisadi deyil, həm də humanitar və geosiyasi əhəmiyyət daşıyır. Elektrik enerjisi qıtlığı yaşayan bir ölkəyə enerji dəstəyi göstərilməsi regional sabitliyə və sosial dayanıqlığa töhfədir. Eyni zamanda, Avropa istiqamətində də genişlənmə davam edir. Almaniya və Avstriyanın Azərbaycan qazı alan ölkələr sırasına qoşulması ilə Avropa İttifaqının artıq 10 üzv dövləti ölkəmizdən qaz idxal edir. Bu isə Azərbaycanın Avropa enerji təhlükəsizliyində rolunun sistemli və uzunmüddətli xarakter daşıdığını göstərir. Lakin artan tələbat yeni çağırışlar yaradır. Cənub Qaz Dəhlizinin tam yüklənməsi mövcud infrastrukturun genişləndirilməsini zəruri edir. Yeni interkonnektorlar, əlavə nəqliyyat imkanları və qazpaylama şəbəkəsinin şaxələndirilməsi artıq gündəmdədir.

Qarşıdakı illərdə “Azəri-Çıraq-Günəşli”nin dərin qaz layları, “Abşeron”, “Ümid” və “Şahdəniz” yataqları üzrə planlaşdırılan hasilat artımı 10-15 milyard kubmetr əlavə qaz potensialı yaradacaq. Bu isə yeni bazarların açılması və strateji tərəfdaşlığın daha da genişlənməsi deməkdir. Cənab Prezidentin çıxışında xüsusi yer tutan məsələlərdən biri də yaşıl enerji gündəliyi idi. 240 meqavatlıq külək elektrik stansiyasının və 230 meqavatlıq Günəş elektrik stansiyasının istismara verilməsi Azərbaycanın enerji balansında yeni mərhələnin başlanğıcıdır. 2032-ci ilə qədər 6-8 giqavat alternativ enerji gücünün yaradılması planı artıq memorandum deyil, konkret müqavilələr əsasında həyata keçirilir.

Bu isə investisiya mühitinin etibarlılığını və siyasi iradənin qətiyyətini göstərir. Azərbaycanın yanaşması ideoloji deyil, praqmatikdir. Dövlət başçısının qeyd etdiyi kimi, qazıntı yanacaqlarını tam inkar etmək real deyil. Enerji keçidi balanslı və mərhələli olmalıdır. Qaz və bərpaolunan enerji mənbələrinin vəhdəti həm iqtisadi inkişafı, həm də ekoloji öhdəlikləri uzlaşdıran optimal modeldir. Azərbaycanın enerji strategiyası artıq təkcə hasilat və ixracla məhdudlaşmır. Türkiyədə 870 meqavatlıq elektrik stansiyasının əldə olunması, Serbiyada 500 meqavatlıq stansiya layihəsi, İtaliyada iki böyük neftayırma müəssisəsinin alınması ölkəmizin enerji zəncirinin bütün mərhələlərində iştirak etdiyini göstərir.

Aralıq və Egey dənizləri hövzəsində 22 milyon tonluq neftayırma potensialı Azərbaycanın qlobal enerji bazarında mövqelərini daha da möhkəmləndirir. Bu, artıq klassik ixracatçı modelindən çıxaraq, inteqrə olunmuş enerji şirkəti və regional enerji mərkəzi modelinə keçid deməkdir. ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası enerji, süni intellekt, kommunikasiya və bağlılıq sahələrində yeni perspektivlər açır. Dünyanın ən qüdrətli dövləti ilə strateji əməkdaşlıq Azərbaycanın planlarının real və dayanıqlı əsaslara söykəndiyini göstərir. İşğaldan azad edilmiş ərazilərdə hidroenerji potensialının sürətlə reallaşdırılması da enerji təhlükəsizliyinin milli təhlükəsizliklə və regional inkişafla birbaşa bağlı olduğunu nümayiş etdirir.

Bakıda keçirilən iclaslar bir daha təsdiqlədi ki, Azərbaycan enerji təhlükəsizliyi məsələsində təkcə iştirakçı deyil, təşəbbüskar və istiqamətverici ölkədir. Cənub Qaz Dəhlizi artıq sadəcə boru kəməri layihəsi deyil – bu, siyasi etimad, iqtisadi qarşılıqlılıq və strateji tərəfdaşlıq platformasıdır. Azərbaycanın seçdiyi yol – şaxələndirmə, balans, praqmatizm və açıq əməkdaşlıq – onu qlobal enerji arxitekturasının əsas sütunlarından birinə çevirir. Bu isə təkcə bugünün deyil, gələcək onilliklərin enerji xəritəsini müəyyən edən amillərdən biridir.

Mehriban Vəliyeva

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Mart 2026 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri