Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

“Eyni tempdə davam edirik” Rui Jorje

Qlobal çağırışlar fonunda Azərbaycanın hüquq təhsili modeli adlı panel müzakirə keçirilib

Qlobal çağırışlar fonunda Azərbaycanın hüquq təhsili modeli adlı panel müzakirə keçirilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 5 fevral, Günel Türksoy, AZƏRTAC

Fevralın 5-də "Paşa Holding"in təşkilatçılığı ilə "LEGİS Hüquq Forum"u çərçivəsində "Qlobal çağırışlar fonunda Azərbaycanın hüquq təhsili modeli" adlı panel müzakirə təşkil edilib.

AZƏRTAC xəbər verir ki, panel müzakirə ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadovun moderatorluğu ilə keçirilib.

Müzakirədə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycanda hüquq forumu ilə bağlı mədəniyyətin mövcud olduğunu bildirib: "Hesab edirəm ki, burada səslənən hər çıxış düşünməyə vadar edir. Vəkillər Kollegiyası dinamik inkişaf edən bir institutdur. Hüquq fakültəsində təhsil alan xanımların sayı bəylərdən çoxdur. Ancaq xanımlar təhsillərini bitirdikdən sonra bu və ya digər səbəblərdən fəaliyyət göstərmirlər. Nəticə etibarilə, fəaliyyət göstərən hüquqşünasların sayı azalır. Hüquqşünas sayında artım olmalıdır. Hüquq müəllimləri universitetlərdə kifayət qədər əməkhaqqı almırlar, onlar başqa istiqamətdə fəaliyyət göstərirlər".

Azərbaycan Ədliyyə Akademiyasının rektoru Rövşən İsmayılov çıxışında uzun illər ərzində ölkəmizdə hüquq təhsilinin normativ xarakter daşıdığını, təhsilin normativ aktlar ətrafında formalaşdığını qeyd edib. O bildirib ki, müasir hüquqşünas təkcə qanunları bilməli deyil, onu tətbiq etməyi də bacarmalıdır.

Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov çıxışında hüquq sistemində olan bir sıra amillərin təhsilə təsir göstərdiyini qeyd edib. Onun sözlərinə görə, məhkəməyə və hüquq-mühafizə orqanlarına inam varsa, bu da hüquq təhsilinə müsbət təsir edəcək: " Əgər icra qrupu ilə vətəndaş arasında etibarlılıq problemi varsa, bu özünü hüquq təhsilində göstərəcək. Gələcək hüquqşünas bu tələbi bilən şəxsdir. Müasir hüquqşünas adaptiv hüququ düşüncəyə malik olmalıdır. Dəyərlərə hörmət etməli, tənqidi düşüncəyə malik olmalıdır".

Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev qeyd edib ki, hüquq təhsilinin iki komponentin vəhdətindən ibarət olduğunu qeyd edib. O bildirib ki, bu təhsil və tərbiyə ilə bağlıdır: "Bəzən hüquqi bilikləri olan şəxsin hüquq mədəniyyətinin və mənəvi dəyərlərinin lazımi səviyyədə olmamasına rast gəlirik. Hüquq fakültələrində mütləq şəkildə mənəvi dəyərlərə diqqət artırılmalıdır".

Elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxışında qeyd edib ki, qanunları bilməmək məsuliyyətdən azad etmir. “Hüquq, beynəlxalq hüquq və tibbi ixtisaslarına qəbulun məhdudlaşdırılması qərarının nəticələrini görürük. Biz məqsədlərimiz barədə daha səmimi danışmağa başlamalıyıq. Bugünkü vaxt kəsiyində kəmiyyətlə bağlı problemi həll etməyə başlamışıq, keyfiyyətlə bağlı suallar isə qalır", - deyə o vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Fevral 2026 00:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see331

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see312

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see308

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see289

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see285

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see282

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see275

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see265

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see258

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see249

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see241

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see237

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see236

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see229

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see224

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see215

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see210

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see210

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see207

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri