Icma.az
close
up
RU
Qlobal Cənub ölkələrinin QHT Forumu Azərbaycanın məsuliyyətli tərəfdar olduğunu nümayiş etdirdi ŞƏRH

Qlobal Cənub ölkələrinin QHT Forumu Azərbaycanın məsuliyyətli tərəfdar olduğunu nümayiş etdirdi ŞƏRH

Dogru.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyevin Qlobal Cənub ölkələrinin Qeyri-Hökumət Təşkilatları Forumu iştirakçılarına ünvanladığı müraciətdə qlobal ədalət və tərəfdaşlıq çağırışı bir daha vurğulanır. Bu, təkcə siyasi liderlik örnəyi deyil, eyni zamanda dünyada artan qeyri-bərabərliyə qarşı real təşəbbüs irəli sürmək baxımından strateji bir addımdır. Cənub QHT Platformasının yaradılması ideyası bu gün olduqca aktualdır. Məhz Qlobal Cənub ölkələrinin daha sıx həmrəyliyə, qarşılıqlı dəstəyə və əlaqələndirilmiş fəaliyyətə ehtiyac duyduğu bir zamanda belə bir təşəbbüs, yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir. Azərbaycanın bu yöndə göstərdiyi təşəbbüskar rol, ölkəmizin beynəlxalq miqyasda məsuliyyətli və ədalətli əməkdaşlıq tərəfdarı olduğunu bir daha nümayiş etdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova səsləndirib.

Onun sözlərinə görə, Azərbaycanın 120-dən artıq ölkəni birləşdirən Qoşulmama Hərəkatında uğurlu sədrliyi dönəmində Qlobal Cənubun maraqlarının müdafiəsi yönündə ardıcıl və prinsipial addımlar atılması ilə bağlı dövlətimizin başçısının fikri bu platformanın formalaşdırılmasını da həmin yolun davamı olaraq qiymətləndirməyə əsas verir. Bu, Azərbaycanın qlobal çağırışlara cavab olaraq praktiki həll yolları təklif etməyə sadiqliyinin daha bir sübutudur.

“Qlobal Cənub QHT Platformasının əsas hədəfi – inkişaf etməkdə olan ölkələrin qeyri-hökumət təşkilatlarının səslərini daha güclü və koordinasiyalı şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq, qarşılıqlı həmrəylik və bilik paylaşımı əsasında birgə təşəbbüsləri dəstəkləməkdir. Bu platforma vasitəsilə vətəndaş cəmiyyəti institutlarının qlobal problemlərin həllində rolu daha da güclənəcək. Platformanın fəaliyyət prinsipləri qarşılıqlı sayğı, suverenlik və bərabərlik üzərində qurulmalı, məqsədi isə Qlobal Cənub ölkələrinin milli inkişaf prioritetlərinə dəstək vermək, beynəlxalq hüququn aliliyini və ədalətli dünya nizamını təşviq etmək olmalıdır. Özəlliklə insan hüquqları, iqlim dəyişiklikləri, yoxsulluğun aradan qaldırılması, sosial bərabərlik, təhsil və səhiyyə sahələrində QHT-lərin birgə layihələr həyata keçirməsi üçün münbit zəmin yaradılacaq. Qlobal Cənub QHT Platforması beynəlxalq ictimaiyyətdə yeni bir əməkdaşlıq modelinin formalaşmasına və vətəndaş cəmiyyəti institutlarının qlobal proseslərdə iştirakının keyfiyyətcə yeni mərhələyə keçməsinə imkan verəcək. Azərbaycan isə bu prosesdə həm təşəbbüskar, həm də dəstəkçi rolunu uğurla davam etdirəcək.

Bütün iştirakçıları bu önəmli təşəbbüsü dəstəkləməyə çağırır, Qlobal Cənub QHT Platformasının qlobal ədalətə və davamlı inkişafa xidmət edən birgə platforma olacağına əminliyimizi ifadə edirik”, – deyə Arzu Bağırova bildirib.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://dogru.az
archiveBu xəbər 30 Aprel 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri