Icma.az
close
up
RU
Qlobal Cənub QHT ləri “ikili standartlar”ı ittiham edir

Qlobal Cənub QHT ləri “ikili standartlar”ı ittiham edir

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı forum aprelin 29-da işini panel iclaslarla davam etdirib.

COP29-un Azərbaycan üzrə Gənclər İqlim Çempionu, Qoşulmama Hərəkatının Gənclər Təşkilatı Katibliyinin rəhbəri Leyla Həsənova və Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Ərəb Platformasının prezidenti Kamel Esseghairinin moderatorluğu ilə keçirilən paneldə “Artıq ikili standartlar yoxdur: QHT-lər katalizator kimi, Qlobal Cənubda ədalətli inkişaf” mövzusunda müzakirələr aparılıb.

Paneldə çıxış edən İqlim Fəaliyyətləri üçün Liberiya Gəncləri səfiri Ezekiel Nyanfor ikili standartların aradan qaldırılması və ədalətli inkişaf baxımından forumun körpü rolunu oynadığını bildirərək deyib: “Cənub və Şimal coğrafiyalarının öz problemlərini bölüşmələri üçün buranın ideal platforma olduğunu düşünürəm. Hər iki tərəf ikili standartlardan uzaqlaşmalıdır”.

Bəhreynin Birgə Yaşayış Proqramı üzrə Baş jurnalisti Fatima Al Najem qeyd edib ki, Azərbaycan Qlobal Cənubun səsini dünyaya çatdırmaq üçün çox önəmli platforma yaradıb. Bu təşəbbüs yalnız siyasi və diplomatik əhəmiyyət daşımır, bu, eyni zamanda, QHT-lərin öz aralarında dialoq qurmaları, təcrübə bölüşmələri və birgə fəaliyyət göstərmələri üçün dəyərli məkandır. Bu platforma bizi birləşdirən, bizi gücləndirən yoldur.

Serbiyanın İnsan Hüquqları Uğrunda Gənclər Təşəbbüsünün hüquq müdafiəçisi Petkoviç İsidora beynəlxalq münasibətlərdə ikili standartların artıq adi hal aldığını vurğulayıb. Onun sözlərinə görə, insan haqları, iqlim ədaləti, inkişaf hüququ kimi anlayışlar bəzi ölkələr üçün prinsip, digərləri üçün isə, sadəcə, vasitə kimi istifadə olunur.

Belarus Gənclər Təşkilatları Komitəsinin sədri Pavel Alekso gəncləri gələcəyin qurucuları kimi dəyərləndirib. O qeyd edib: “Belarus gənclər təşkilatları ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində bizim gənclərimiz bir çox təşəbbüslərdə fəal iştirak ediblər. Bu da göstərir ki, gənclər sərhəd tanımırlar. Onların potensialı beynəlxalq əməkdaşlıq vasitəsilə daha da güclənir”.

Cibutinin "Bab Et Mandeb" Assosiasiyasının nümayəndəsi Abdira Gueh Ragueh yoxsul ölkələrin inkişaf etmələri üçün maliyyə dəstəyinin vacibliyini qeyd edib. Deyib ki, əsl dəyişiklik, əsl davamlı inkişaf yerli səviyyədə, xalqın içindən çıxan həll yolları ilə baş verir. İqlim dəyişikliyi ilə mübarizə üçün ən effektiv yanaşmalardan biri lokal resurslardan istifadə, yerli biliklərə və təcrübəyə əsaslanmaqdır. Çünki hər bir cəmiyyətin özünəməxsus şəraiti və ehtiyacları var.

Niger Milli Gənclər Şurasının nümayəndəsi Aliou Omarou qeyd edib ki, münaqişələr, çətinliklər ən çox yerli əhaliyə təsir edir. “Mənim ölkəmin olduğu bölgə - Sahel və Qərbi Afrika iqlim dəyişikliyindən ən çox əziyyət çəkən coğrafiyalardan biridir. Amma Qərb ölkələri bu vəziyyətə, sadəcə, baxmaqla kifayətlənirlər. Bizim torpaqlarımız qızıl, uran, neft, qaz və digər təbii ehtiyatlarla zəngindir. Ancaq bu sərvətlər bizə firavanlıq yox, istismar gətirib”, - deyə o bildirib.

Panel iclası müzakirələrlə davam etdirilib.

***

Forum çərçivəsində “Sərhədləri aşmaq: firavan gələcək naminə D8 əməkdaşlığı” mövzusunda panel müzakirəsi təşkil olunub.

İclasın moderatoru, Azərbaycan Respublikası Gənclər Fondunun şöbə müdiri Orduxan Qəhrəmanzadə olub. Onun sözlərinə görə, Azərbaycanın D8-ə üzv olması bizim üçün tarixi bir addımdır. Bu, təşkilatın yaranmasından sonra baş tutan ilk genişlənmə hadisəsidir. Bu fakt Prezident İlham Əliyevin uğurlu və ardıcıl xarici siyasətinin bariz göstəricisidir.

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri Hüseyn Böyükfırat qeyd edib ki, bu gün dünyada ən çox ehtiyac duyulan dəyərlər D8 bayrağında ifadə olunan altı əsas prinsipdə əks olunub. Bunlar müharibə yox, sülh, münaqişə yox, dialoq, ikili standartlar yox, ədalət, üstünlük yox, bərabərlik, istismar yox, əməkdaşlıq, zülm və hökmranlıq yox, insan haqları, demokratiya və azadlıqdır. Bu prinsiplər yalnız D8 ölkələri üçün deyil, bütün dünya üçün vacibdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib ki, D8 alyansı tərkibində 10 milyon nəfər əhalisi olan ölkədən tutmuş 300 milyona yaxın əhalisi olan dövlətlər yer alır və bu müxtəliflik böyük potensial deməkdir. Onun sözlərinə görə, bu təşkilat qlobal həmrəylik və qarşılıqlı inkişaf üçün mühüm platforma ola bilər..

Ərəb Dövlətləri Liqasının Ətraf Mühit və Meteorologiya İdarəsinin direktoru Mahmud Fəth-Allahın fikrincə, inkişaf etməkdə olan ölkələrin - Qlobal Cənubun beynəlxalq təşəbbüslərdə iştirakı bilik və öhdəliklərin paylaşılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu iştirak qlobal siyasət və qərarların daha inklüziv və müxtəlif baxışları əhatə etməsinə imkan yaradır. O bildirib ki, Qlobal Cənub ölkələrinin beynəlxalq platformalarda fəal iştirakı onların səslərinin eşidilməsini təmin edir və qlobal qərarlara təsir imkanlarını artırır. Bu, həmçinin onların sosial-iqtisadi inkişafına müsbət təsir göstərir.

İqlim dəyişikliyi üzrə fəal Olumide Idovu diqqətə çatdırıb ki, D8 təşkilatı yoxsulluq, iqlim dəyişikliyinin təsirləri, rəqəmsal bərabərsizlik, ticarət balanssızlığı və digər qlobal çağırışlar daxil olmaqla, Qlobal Cənub ölkələrinin üzləşdiyi ədalətsizliklərə qarşı mübarizədə və onlara cavab verilməsində vahid cəbhə kimi çıxış edir. Ekofəal qeyd edib ki, hazırda keçirilən tədbirlər və müzakirə olunan mövzular D8 əməkdaşlığının firavan gələcək naminə necə gücləndirilə biləcəyini göstərir.

Digər çıxış edənlər Banqladeşin SETU təşkilatının icraçı direktoru Abdul Quader, İnformasiya Texnologiyaları və Açıq Mənbə Assosiasiyasının nümayəndəsi Irvan Nanda, Gənc Sülh və İnkişaf Korpusunun (YPDC) üzvü Adnan Ullah, Malayziyanın “Generation Nexus” təşkilatının nümayəndəsi Muhammad Naufal Qlobal Cənub ölkələrinin birgə əməkdaşlığının və inkişafının vacibliyini vurğulayıblar. Onlar rəqəmsal bərabərlik, gənclərin sülh və inkişaf proseslərinə cəlb edilməsi, həmçinin sosial bərabərlik və inklüzivlik prinsiplərinin təşviqinin Qlobal Cənubun dayanıqlı inkişafı üçün əsas amillər olduğunu qeyd ediblər. Eyni zamanda, texnoloji bərabərliyin təmin edilməsi, gənclərin liderlik bacarıqlarının inkişafı və ortaq gələcək üçün güclü tərəfdaşlıq yaradılması yolları ətrafında fikir mübadiləsi aparılıb.

Panel iclas müzakirələrlə davam etdirilib.

***

Forum çərçivəsində Azərbaycan qeyri-hökumət təşkilatları (QHT) və beynəlxalq QHT-lər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Müxtəlif ölkələrdən gələn QHT nümayəndələri ilə əməkdaşlıq memorandumları imzalanıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Çin və Özbəkistan nümayəndəlikləri ilə əməkdaşlıq barədə razılıq əldə edib. Bundan əlavə, Azərbaycanın müxtəlif QHT-ləri də beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq sənədləri imzalayıblar.

İmzalanan memorandumlar müxtəlif sahələrdə - insan hüquqları, sosial rifah, iqlim dəyişikliyi, əlilliyi olan şəxslərin hüquqları və vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində birgə layihələrin reallaşdırılmasını nəzərdə tutur.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Aprel 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri