Icma.az
close
up
RU
Qlobal Cənub QHT ləri Bakıya toplaşır

Qlobal Cənub QHT ləri Bakıya toplaşır

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Geniş müzakirə plaftorması Azərbaycan QHT-ləri tarixində maraqlı hadisə olacaq

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;

Aprelin 28-29-da Bakıda Konqres Mərkəzində Qlobal Cənub QHT Platformasının təsis konfransı keçiriləcək. COP29 dövründə başlanmış prosesin məntiqi nəticəsi olaraq, Qlobal Cənubun aparıcı QHT-ləri Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə Qlobal Cənub QHT Platformasının təsis konfransı üçün Bakıya toplaşacaq. 

2 gün davam edəcək mötəbər tədbirdə yeni və ədalətli dünya nizamı üçün Qlobal Cənub QHT-ləri birgə müzakirələr aparacaq, üzləşdikləri çətinlikləri və çağırışları dilə gətirəcək, mühüm mesajlar verəcəklər. Beləliklə, Azərbaycan Qlobal Şimal və Qlobal Cənub arasında daha bir vasitəçi, körpü rolunu oynayacaq. Bu tədbir Azərbaycan vətəndaş cəmiyyətinin həyatında da əlamətdar hadisə olacaq. Azərbaycan QHT-ləri Qlobal Cənub regionu ölkələrinin QHT-ləri ilə yeni təmaslar quracaq, əməkdaşlığı daha da dərinləşdirəcək. Xatırladaq ki, 2024-cü il noyabrın 15-də COP29 çərçivəsində Qoşulmama Hərəkatı regionu QHT-lərin “Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfransı keçirilib. Konfransda dünyanın aparıcı QHT-lərin rəhbərləri 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrliyi dövründə Azərbaycanın mühüm qlobal təşəbbüslərə imza atmasını, qısa müddətdə ən yüksək təşkilatçılıq bacarığı nümayiş etdirərək COP29-a uğurla ev sahibliyi etməsini xüsusi qeyd ediblər. Beynəlxalq konfransın yekununda Qoşulmama Hərəkatı ölkələrini təmsil edən QHT-lər Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafında QHT-lərin roluna dair birgə bəyanat mətnini razılaşdırıb. Bəyanata qoşulmağı bütün COP29-da iştirak edən QHT-lər üçün açıq elan ediblər. Bəyanatda Azərbaycana güclü dəstək ifadə olunub, onun qlobal roluna diqqət çəkilib. Ən yaxşı təcrübələri bölüşmək, dayanıqlı inkişafa təkan vermək üçün əməkdaşlıq şəbəkəsi kimi Azərbaycan Milli QHT Forumunun təşəbbüsünə dəstək olaraq, Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtının çatdığı bildirilib. COP29-da təmsil olunan vətəndaş cəmiyyəti üzvlərinə açıq olan bəyanata 137 ölkədən 1023 QHT təmsilçisi, ictimai fəal imza atıb.


 Dünya ölkələrinin 71 faizini əhatə edən regionlardan vətəndaş cəmiyyəti təsisatlarının Azərbaycan QHT-lərinin təşəbbüsünə dəstək ifadə etməsi Azərbaycanın QHT tarixində ilk dəfə baş verib. Azərbaycan QHT-lərinin flaqmanı olan Azərbaycan Milli QHT Forumunun Qlobal Cənub QHT Platformasının yaradılması barədə təşəbbüsü 100-dən çox ölkədən 500-ə yaxın QHT-nin birləşdiyi COP29 QHT Koalisiyasının “Bakı dönüşü” ilə əlaqədar yaydığı bəyanatda da beynəlxalq dəstək qazanıb. COP29 QHT Koalisiyası Qlobal Cənub QHT Platformasının təsisatlandırılması üçün məsələ qaldırıb. Qeyd edək ki, həm Qoşulmama Hərəkatına, həm də COP29-a sədrliyi zamanı Azərbaycanın inkişaf etməkdə olan, az inkişaf etmiş ölkələrə, su altında qalmaq təhlükəsi ilə üzləşmiş kiçik ada dövlətlərə bütün beynəlxalq tribunalarda ədalətli münasibət, müvafiq yardım tələb etməsi, bu sahədə nümunəvi fəaliyyət göstərməsi Qlobal Cənubda Azərbaycana qarşı böyük rəğbət yaradıb. 

Onu da qeyd edək ki, aprelin 15-də 100-ə yaxın ölkədən 500-dən çox QHT-ni birləşdirən COP29 QHT Koalisiyası “Qlobal Cənub QHT Platformasının təsisatlandırılması” mövzusunda hibrid görüş keçirib. Görüşdə Azərbaycanın COP29-a uğurla sədrliyinin mühüm COP mirası yaratdığı, 2024-cü ilin noyabrında COP29 zamanı “Bakı dönüşü”nün əldə edilməsinin tarixi hadisə olması xüsusi qeyd edilib. O da xatırladılıb ki, 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrliyi dövründə də Azərbaycan mühüm qlobal təşəbbüslərə imza atıb, vaksin millətçiliyinə qarşı çıxıb. Müzakirələrin yekununda qərara gəlinib ki, COP29 platformasının təsis konfransı üçün işlərin QHT Koalisiyası üzvlərinin 84 faizi ən az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin vətəndaş cəmiyyətini təmsil etdiyindən bu şəbəkə artıq yeni müstəviyə çıxmalıdır. Azərbaycanın qlobal təşəbbüslərinin davam etdirilməsinə böyük ehtiyac olması, həmçinin COP29-a sədrliyinin başa çatmasına az qaldığı nəzərə alınmaqla, COP29 QHT Koalisiyasının Qlobal Cənub QHT Platformasına tranformasiya edilməsi barədə ümumi razılığa gəlinib. Toplantıda Azərbaycan QHT-lərinin flaqmanı olan Azərbaycan Milli QHT Forumuna Qlobal Cənub QHT Platformasının təsisatlandırılması işində ardıcıl səylərinə və prosesdə gərgin fəaliyyətinə görə minnətdarlıq edilib.  

Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli "Şərq"ə açıqlamasında deyib ki, Azərbaycanın Qlobal Şimal və Cənub arasında bir körpü rolunu oynaması deklorativ bəyanatdan ibarət deyil, konkret əməldə öz əksini tapmış fəaliyyətdir. R.İsgəndərli vurğulayıb ki, Azərbaycan hələ COP29-dan öncə ölkəmizdə və dünyada COVİD19 epidemiyasının yayıldığı bir vaxtlarda qlobal səviyyədə təbliğ olunan "vaksin millətçiliyi"nin əleyhinə çıxmışdı: 

"Vaksinlərin dünya ölkələri arasında ədalətli və bərabər səviyyədə bölüşdürülməsi müşahidə olunmurdu. Məhz bu səbəbdən Azərbaycan Qoşulmama Hərəkatının lider dövləti kimi bu məsələni BMT-nin ən yüksək strukturlara qədər daşıdı və müzakirələr başlatdı. Təbii ki, müəyyən qərarlar da alındı. Bu, ilk növbədə Azərbaycanın beynəlxalq səviyyədə nüfuzu ilə əlaqədar məsələ idi. Azərbaycan vaksinlər məsələsində qlobal Şimal və Cənub arasında körpü rolunu oynadı. Azərbaycan hər zaman ədalət prinsipi tərəfində olub. Qlobal Cənubun az inkişaf etmiş ölkələrinin, kiçik ada dövlətlərinin tərəfində dayanıb. Çünki belə ölkələr həm COVİD, həm də iqlim dəyişiklikləri mövzusunda əsas zərərçəkən dövlətlər, icmalar olublar. Azərbaycan növbəti dəfə Şimal və Cənub arasında körpü rolunu oynamasını ötən il ölkəmizdə keçirilən COP 29 iqlim konfransında bir daha sübut etdi. Azərbaycanın sədrliyi ilə yeni iqlim maliyyəsinin müəyyənləşməsini, Paris sazişinin 6-cı maddəsinin işə salınmasını, İtki və Zərər Fondunun fəaliyyətə başlaması kimi vacib əhəmiyyət daşıyan qərarların qəbul olunmasını mühüm irəliləyiş hesab etmək olar. Ona görə ki, indiyədək keçirilən COP-larda bu cür qərarlar alınmamışdı. Ötən tədbirlər əsasən müzakirə platforması kimi qalmışdı. Lakin Bakı dönüşü adlandırılan COP29 çərçivəsində Azərbaycan dövləti Qlobal Şimal və Qlobal Cənub arasında ədalətli mövqe sərgiləməklə effektiv rol oynadı. Bunun nəticəsində qlobal əhəmiyyətli qərarlar qəbul edildi".


Ramil İsgəndərli bəyan edib ki, Azərbaycan QHT-ləri də bu prosesdən kənarda qalmayıblar: 

"2024-cü ilin iyun ayından yaradılan və ilk olaraq 35 təşkilatla başlayan COP29 QHT Koalisiyası artıq 100 ölkədən 500-dək QHT-ni öz ətrafında birləşdirir. COP29 QHT Koalisiyasının fəaliyyəti həm COP29 dövründə, həm də ondan əvvəl və sonrakı dövrlərdə effektiv şəkildə fəaliyyət göstərib. Nəhayət, COP29 QHT Koalisiyasının üzvləri qərara aldılar ki, daha geniş səviyyədə Qlobal Cənub Koalisiyasının yaradılmasının vaxtıdır. Bu cür platformanın yaradılması qlobal səviyyədə sosial sifarişdir. Azərbaycanın və Milli QHT Forumunun bu prosesdə liderliyi ilə aprel ayının 28-29 tarixlərində ölkəmizdə bir araya gələcək Qlobal Cənub QHT Platforması nümayəndələrinin iştirakı ilə geniş müzakirə plaftorması təşkil olunacaq. Bu, Azərbaycan QHT-ləri tarixində də maraqlı hadisəyə çevriləcək". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Aprel 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri