Qlobal Cənubda iqlim dayanıqlılığı üçün QHTlərin əməkdaşlıq imkanları müzakirə olunub
Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.
COP29 çərçivəsində “Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfransında AMQF İdarə Heyətinin sədri Ramil İskəndərlinin moderatorluğu ilə I panel müzakiləri keçirilib. SİA xəbər verir ki, “Qlobal Cənubda iqlim dayanıqlılığı üçün əməkdaşlıq” adlı ilk paneldə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Sərəgəldin, BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin müstəqil eksperti Carlyle Corbin, Efiopiyada “Hər kəs üçün ədalət” təşkilatının prezidenti Daniel Gebreselassie, Pan-Afrika İqlim Ədaləti Alyansının icraçı direktoru Cozef Mitika Mvenda məruzələrlə çıxış edib.“Cənub-cənub əməkdaşlığı ilə iqlim həllərinin araşdırılması”, “Kiçik ada ərazilərinin iqlim həssaslıqları”, “Bakıdan Belemə: COP30-da tranformativ nəticələr üçün inklüziv və irəliləyən yol xəritəsi” və s. mövzular ətrafında müzakirələr aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 16 Noyabr 2024 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















