Qlobal Cənubda ilk süni intellekt sammiti başlayır
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 14 fevral, AZƏRTAC
Yeni Dehlidə keçiriləcək India AI Impact Sammitində BMT-nin Hindistanda və digər inkişaf etməkdə olan ölkələrdə təşviq etdiyi təşəbbüslər barədə məlumat veriləcək.
AZƏRTAC xəbər verir ki, sammit Qlobal Cənubda ilk belə tədbir olacaq. 2023-cü ildə Böyük Britaniyada keçirilən Süni İntellekt Təhlükəsizliyi Sammitinin və 2025-ci ildə Fransanın ev sahibi olduğu Süni İntellekt sahəsində Fəaliyyət Sammitinin davamı hesab edilən Forumda siyasətçilərin, texnologiya şirkətlərinin, innovatorların və mütəxəssislərin iştirakı gözlənilir.
Əsas müzakirə mövzusu süni intellektin idarəetmə, innovasiya və davamlı inkişafdakı rolu olacaq.
Sammit çərçivəsində BMT agentlikləri tərəfindən süni intellektdən sosial rifah üçün istifadəni nümayiş etdirən bir sıra tədbirlər keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 14 Fevral 2026 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















