Icma.az
close
up
RU
Qlobal Cənubun Dirçəlişi: Bandunq ruhu və Suveren Gələcək Uğrunda Mübarizə mövzusunda panel keçirilib

Qlobal Cənubun Dirçəlişi: Bandunq ruhu və Suveren Gələcək Uğrunda Mübarizə mövzusunda panel keçirilib

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Qlobal Cənub QHT Platformasının Təsis Forumunun ikinci günü çərçivəsində "Qlobal Cənubun Dirçəlişi: Bandunq ruhu və Suveren Gələcək Uğrunda Mübarizə" mövzusunda panel müzakirəsi baş tutub.

APA xəbər verir ki, panelin moderatoru, millət vəkili Pərvanə Vəliyeva Bandunq konfransının tarixi önəmindən bəhs edib.

O bildirib ki, bu mötəbər tədbir Qoşulmama Hərəkatının təsis olunmasında mühüm rol oynayıb:

"Bildiyimiz kimi, Azərbaycan da bu hərəkata sədrlik edib. Həmin dövrdə ölkəmiz məhz Bandunq Konfrasının suverenliyin və müstəqiliyin, eləcə də ölkələr arasındakı bərabərliyin dəstəklənməsi prinsiplərinə sadiq qalıb. Ölkəmizin səyi nəticəsində müstəmləkəçiliyin yeni formaları içə mübarizə məsələləri gündəmə gətirilib. Biz xüsusilə XXI əsrdə müstəmləkəçiliyin istənilən formada təşviqinə qətiyyətlə qarşıyıq. Buna görə də dünya ictimaiyyətini onun bütün formalarına qarşı aktiv mübarizə aparmağa çağırırıq".

Karlayl Korbin neokolonializm ilə mübarizədə göstərdiyi səylərə görə Azərbaycana təşəkkür edib:

"Ölkənizin bu istiqamətdə göstərdiyi səylər Qlobal Cənubda rəğbətlə qarşılanır. Ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyası da bir daha müstəmləkəçiliyin nə dərəcədə aktual problem olduğunu göstərmiş oldu. Bu məsələ Karib hövzəsi ölkələrini ciddi şəkildə narahat edir".

Daha sonra çıxış edənlər Qlobal Cənub QHT Platformasının yaradılması ilə bağlı fikir və təkliflərini səsləndirdilər.

Tədqiqat və Siyasi Elmlər Mərkəzinin direktoru Omar Ashour Azərbaycanın Qlobal Cənubun mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istiqamətində səylərini qeyd edib.

"Future of Future" Qeyri-Hökumət Təşkilatının rəhbəri Salem Ayenan isə Qlobal Cənubu təmsil edən ölkələrin dünya ictimaiyyətinin bir hissəsi olduğunu, lakin vizaların verilməsi və bir sıra ölkələrə səyahət etmək baxımından çətinliklərlə qarşılaşdığını qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 Aprel 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri