Icma.az
close
up
RU
Qlobal Cənubun ümid yeri

Qlobal Cənubun ümid yeri

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Bakıda Qlobal Cənub QHT Platforması təsis olunub

Azərbaycan daha bir qlobal təşəbbüsə imza atıb. Söhbət ölkəmizin irəli sürdüyü ideya əsasında Qlobal Cənub QHT Platformasının təsis olunmasından gedir. Yeni qlobal vətəndaş cəmiyyəti platforması aprelin 28-29-da Bakıda “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda təsis edilib.

Yeni QHT platformasının yaradılması Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini özündə birləşdirən böyük coğrafiyanın - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisədir. Forumda əvvəlcə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini  səsləndirib. “Qlobal Cənubun güclü səsinə çevrilən Azərbaycan bu platformanın məhz Bakıda təsis olunmasını Qoşulmama Hərəkatına və COP29-a sədrlik dövrlərində fəaliyyətinə verilən yüksək qiymət kimi qəbul edir. İnanıram ki, Qlobal Cənub QHT Platforması xalqlarımızın səsinin eşidilməsi, mövqelərinin dünya ictimaiyyətinə çatdırılması, onların haqlarının qorunması və hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcəkdir”, - deyə müraciətdə vurğulanır.

Dünyada Azərbaycana və onun Liderinə artan inam

Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşıq üçün yeni reallıqlar yaradan Azərbaycan, həmçinin qlobal miqyasda həmrəyliyin möhkəmlənməsinə davamlı töhfələr verir. Sirr deyil ki, hazırda dünya sürətlə dəyişir. İqlim dəyişmələri, genişlənən müharibələr fonunda qarşıya yeni çağırışlar çıxır. Bir sıra ölkələrin isə bu çağırışları ayrılıqda qarşılamaq imkanları yoxdur. Bu reallığı nəzərə alan Azərbaycan qlobal çağırışlar qarşısında beynəlxalq həmrəyliyin gücləndirlməsi təşəbbüslərindən çıxış edib. Prezident İlham Əliyevin bu təşəbbüsləri isə dünya birliyi tərəfindən təqdirlə qarşılanıb. Buna aid çoxlu  nümunələr sadalamaq mümkündür. Dünyanın təxminən 200 ölkəsini cənginə alan yeni növ koronavirus pandemiyası dönəmini xatırlayaq. Vəziyyət çox ağır idi. Təkcə belə bir faktı vurğulamaq yerinə düşər ki, milli səviyyədə pandemiyanın öhdəsindən gəlməkdə aciz qalan 150-dək ölkə kömək üçün beynəlxalq maliyyə qurumlarına müraciət ünvanlamışdı. Həmin dönəmdə Azərbaycan qlobal təhdidə qarşı beynəlxalq həmrəyliyin gücləndirlnməsi təşəbbüsündən çıxış etdi və ilk növbədə özü nümunə göstərdi. 

Eyni zamanda, son vaxtlar daha da aktuallaşan iqlim çağırışlarına həssas yanaşması Azərbaycanın qlobal liderliyinə daha bir nümunə sayıla bilər. Ötən ilin noyabr ayında respublikamız BMT-nin iqlim konfransına  - COP29-a uğurla ev sahibliyi etdi.  COP29-un keçirilməsi üçün Bakının məkan seçilməsi beynəlxalq birliyin ölkəmizə və onun Liderinə artan inamının növbəti təsdiqi idi. Azərbaycan qısa müddətdə yüksək səviyyəli hazırlıqlar görməklə və konfransda bir sıra mühüm nəticələrə, xüsusilə də iqlim maliyyələşməsində, kiçik ada dövlətlərinə dəstək göstərilməsində  irəliləyişlərə  nail olmaqla bu etimadı yüksək səviyyədə doğrultdu. Müraciətdə bildirildiyi kimi, Azərbaycanın Qlobal Cənub ilə Qlobal Şimal arasında fəal dialoq, o cümlədən qarşılıqlı anlaşma mühiti yaratması, uzun illər ərzində nail olunması mürəkkəb olan konsensus üçün davamlı şəkildə tarazlaşdırıcı mövqe tutması COP29 zamanı “Bakı sıçrayışı”nın əldə edilməsi ilə nəticələnmişdir. Biz Azərbaycanın ev sahibliyi ilə keçirilmiş və 197 ölkədən 80 minə yaxın iştirakçının qatıldığı COP29-da tarixi uğurlara imza atdıq və ölkəmiz haqlı olaraq COP29 irsi ilə fəxr edir

Azərbaycanın Qlobal Cənub QHT Platformasının yaradılması təşəbbüsündən çıxış etməsi də təsadüfi deyil. Qlobal Cənub tarixən ədalətsizliklə üzləşib, bəzi qlobal güclər və beynəlxalq təsisatlar tərəfindən tətbiq olunan ikili yanaşmaların ünvanına çevrilib. Təəssüf doğuran haldır ki, Fransa kimi dövlətlər Qlobal Cənub coğrafiyasında hələ də keçmişin eybəcər qalığı olan müstəmləkəçilik siyasətindən əl çəkmir. Yelisey Sarayı Afrikada, dənizaşırı ərazilərdə aborigen xalqlara qarşı təzyiqlər göstərir, ölkələrin təbii sərvətlərini talayır.  Daim ədalət, beynəlxalq hüquq mövqeyindən çıxış edən Azərbaycan bununla barışmır və müstəmləkəçiliyin bütün təzahürlərini qətiyyətlə pisləyir. Ölkəmizin mövqeyinə diqqət çəkən Prezident İlham Əliyev “Azərbaycan hər zaman qarşılıqlı hörmət və birgə inkişaf prinsiplərinə əsaslanan siyasət aparıb. Təəssüflər olsun ki, hazırda Qlobal Cənubu təmsil edən bir sıra ölkələrin hələ də əziyyət çəkdikləri əsas problemlərdən biri də bəzi Qərb ölkələrinin yürütdüyü neokolonializm siyasətidir. Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edir, xalqlara faciələr, köləlik, iztirab gətirən bu cür davranışları qəbuledilməz hesab edirik”, - deyə vurğulayıb.

Qlobal Cənubla Qlobal Şimal arasında dialoq məkanı

Azərbaycanın qlobal liderliyi, Qlobal Cənubla Qlobal Şimal arasında dialoq məkanı kimi çıxış etdiyi Forumdakı çıxışlarda xüsusi olaraq vurğulanıb. Tədbirdə video formatda çıxış edən Kuala Lumpur şəhərinin sabiq meri, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) üzrə keçmiş icraçı direktoru Maimunah Mohd Sharif  Forumun əhəmiyyətindən danışıb. O, Azərbaycana qlobal səhnədə liderlik fəaliyyətinə və Qoşulmama Hərəkatına sədrliyi dövründə verdiyi dəyərli töhfələrə görə təşəkkür edib. Qeyd edib ki, Azərbaycanın bu liderliyi çətin geosiyasi şəraitdə xüsusilə əhəmiyyət daşıyır. Çıxış edən SMACHS Fondunun təsisçisi və baş direktoru, Keniya Prezidentinin qızı Charlene Ruto bildirib ki, Azərbaycan iqlim dəyişmələri ilə mübarizədə və dayanıqlı inkişaf məqsədləri istiqamətində öz səylərini ortaya qoyub. Bildirib ki, biz bir məqsəd ətrafında birləşməli, tərəqqiyə çatmaq üçün məsuliyyətimizin fərqində olmalıyıq. O, çıxışında Azərbaycanın Qlobal Cənubu daim təşviq etdiyini və Qlobal Şimalla dialoqun inkişafına töhfə verdiyini də vurğulayıb.

Yeni qlobal QHT platformasından böyük gözləntilər

Deyə bilərik ki, Qlobal Cənub QHT Platformasının yaradılması ideyası COP29-un gözəl miraslarından biridir. Azərbaycan Milli QHT Forumu 2024-cü il noyabrın 15-də COP29 çərçivəsində keçirilən Qoşulmama Hərəkatı regionu QHT-lərin “Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfransda Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtının çatdığını elan etmişdi. Bu təşəbbüs beynəlxalq dəstək qazanaraq 140-a yaxın ölkənin QHT-ləri tərəfindən alqışlanmışdı, 1000-dən çox xarici QHT bu təşəbbüsü müdafiə edən birgə bəyanat yaymışdı. Üzvlərinin 84 faizi inkişaf etməkdə olan ölkələrin vətəndaş cəmiyyətlərini təmsil edən COP29 QHT Koalisiyası da bu təşəbbüsün reallaşdırılması üçün çağırış etmişdi. Koalisiya ötən ilin sonunda Qlobal Cənub QHT Platformasının təsisatlandırılması üçün məsələ qaldırmışdı, Azərbaycan Milli QHT Forumundan prosesin aparılması xahiş olunmuşdu. Öz növbəsində Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi yeni qlobal təşəbbüsün reallığa çevirməsinə dəstək göstərib. Dünyanın 110-dan çox ölkəsindən aparıcı QHT rəhbərləri onlara ünvanlanan dəvəti qəbul ediblər. Bu, həm Qlobal Cənub, həm də Azərbaycan üçün əsl QHT səfərbərliyidir. Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın verdiyi məlumata əsasən,  Forum 700-dən çox təşkilatı birləşdirir və iqtisadi, siyasi, sosial məsələlərin müzakirəsi üçün ideal bir platforma yaradır. “Bu gün biz yerli QHT-lərin beynəlxalq layihələrdə fəal iştirakını sistemli şəkildə dəstəkləyirik. Birgə layihələrin həyata keçirilməsi üçün çoxsaylı təşəbbüslər uğurla reallaşdırılır. Sevindirici haldır ki, Cənub QHT-lərinin Azərbaycanla əməkdaşlığa böyük maraq göstərdiyini açıq şəkildə görürük”, - deyə  Aygün Əliyeva vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, Azərbaycanın Qlobal Cənubun səsini dünyaya çatdırmaq uğrunda atdığı addımlar olduqca qürurvericidir. Çünki hazırda hər kəs dünyada baş verən mühüm dəyişikliklərin canlı şahididir. O qeyd edib ki, Bakıda keçirilən bu Forumun əsas məqsədi qlobal arenada səsimizi daha güclü şəkildə eşitdirmək və bizi narahat edən məqamları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır. “Qlobal Cənub anlayışı yalnız coğrafi bir ifadə deyil. Bu anlayış eyni çətinlikləri, eyni problemləri yaşayan, ortaq mədəniyyəti, dili və dini paylaşan xalqları birləşdirir. Ədalətsizlik və müstəmləkəçiliklə dolu tarixi keçmişə sahib olan ölkələr olaraq, bir araya gəlməli, öz problemlərimizi və haqlı tələblərimizi ictimai platformalarda açıq şəkildə ifadə etməliyik. Bu Forum yalnız müzakirə məkanı deyil, həm də böyük imkanlar platformasıdır. Burada bərabərlik, həmrəylik və ədalət uğrunda birləşən insanları bir araya gətirmişik. Bu, sözün əsl mənasında tarixi məqamdır”, - deyə Ramil İskəndərli bildirib.

“Qlobal Cənub QHT Forumu əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək. Biz xalqlarımız arasında əməkdaşlığı artırmalıyıq”. Bu fikirləri isə Forumdakı çıxışında Ekvadorun keçmiş xarici işlər naziri və UNITAR-in prezidenti Luis Gallegos ifadə edib.

Cənub-Cənub arasında əməkdaşlığa xüsusilə ehtiyac olduğunu deyən L.Gallegos qeyd edib ki, dünya hər gün yeni çağırışlarla üzləşir və biz yeni pandemiyalara hazır olmalıyıq. Pandemiyalar istənilən dövlətə təsir edir və hər bir insan buna diqqət etməlidir. Pandemiyanın təsirləri nəzərə alınmalı və qarşısını almaq üçün qlobal səviyyədə tədbirlər görülməlidir. Qarşılaşdığımız problemləri dialoq yolu ilə həll etməyə çalışmalıyıq. Biz bütün dünya cəmiyyətlərini çağırmalıyıq ki, məsuliyyətlərini bölüşsünlər və birgə qərarlar qəbul etsinlər.

Luis Gallegos çıxışında vurğulayıb ki, hazırda dünyada 60-dan çox silahlı münaqişə cərəyan edir və bu münaqişələr BMT üzv dövlətlərinin üçdə ikisinə təsir edir. Sülh, ədalət və rifahın təmin olunması cəmiyyətlər üçün mühüm hədəf olmalıdır.

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Aprel 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qətər aldadıldığını başa düşür

11 Sentyabr 2025 08:20see502

Xronika: Böyük Ermənistan xülyası Hitlerlə ermənilərin gizli planı idi

11 Sentyabr 2025 01:12see139

Yeni telefon modelləri Azərbaycanda təxminən neçə manata satışa çıxacaq?

11 Sentyabr 2025 16:00see136

Hidayət Məhərrəmli yarım milyonumu ələ keçirtdi, məni dəfələrlə döydü Fotolar

11 Sentyabr 2025 16:54see135

Bakı metrosunda sərnişinləri sevindirəcək YENİLİK: Sentyabrın 15 dən...

12 Sentyabr 2025 10:54see134

Tökülən dişləri yenidən çıxardan dərman hazırlanıb

11 Sentyabr 2025 06:07see131

Astronomlardan maraqlı kəşf: Kosmosda ulduzu yeyən müəmmalı obyekt aşkar edildi

11 Sentyabr 2025 03:16see131

Təcrübəli futbolçularımız da sözlərini dedilər Rüstəm Məmmədov

12 Sentyabr 2025 00:01see127

Dollar və manatın məzənnəsi: vacib qərar verildi, bundan sonra...

11 Sentyabr 2025 08:02see127

Arıqlamağa kömək edən İÇKİ Effekti təsdiqləndi

12 Sentyabr 2025 03:32see123

Ermənipərəst senatorun həyat yoldaşı da məhkum edilib

11 Sentyabr 2025 22:12see122

Puqaçova: Vətənim məni satdı

11 Sentyabr 2025 01:17see121

“Çarli Kirk cəmiyyətin qəlbini qazandığı üçün öldürülən lider“ “Washington Examiner“

11 Sentyabr 2025 21:02see119

İsrail bununla islam dünyasına müharibə elan etdi HƏMAS

11 Sentyabr 2025 19:27see119

İntihar etdiyi deyilən türk aktrisadan xəbər var

12 Sentyabr 2025 13:37see119

Formula 1 lə görə bu küçələr avtomobillər üçün bağlanır

11 Sentyabr 2025 10:09see118

Makrondan Qətər əmirinə: İsrailin zərbələri qəbuledilməzdir!

11 Sentyabr 2025 01:17see115

Orban: Ursula fon der Leyen istefa verməlidir

11 Sentyabr 2025 14:47see115

Türkiyəni həyəcanlandıran xəritə: Vəziyyət hər gün daha da pisləşir

11 Sentyabr 2025 06:07see114

Heç vaxt icazə verməyəcəyik ki, bir əsgər belə... Salvini

12 Sentyabr 2025 01:45see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri