Icma.az
close
up
RU
Qlobal Dizayn Forumu İstanbulda beynəlxalq dizaynerləri bir araya gətirəcək

Qlobal Dizayn Forumu İstanbulda beynəlxalq dizaynerləri bir araya gətirəcək

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin mədəniyyət və incəsənət mərkəzi sayılan İstanbul 2026-cı ildə mühüm beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırlaşır. Şəhərdə ilk dəfə keçiriləcək Qlobal Dizayn Forumu 13–16 may tarixlərində təşkil olunacaq.

Zəngin mədəni infrastruktura malik İstanbul 41 konqres mərkəzi, 225 incəsənət qalereyası və 27 universitetdə həyata keçirilən dizayn proqramları ilə regionun aparıcı yaradıcı mərkəzlərindən biri kimi tanınır. Bu imkanlar şəhərin hər il orta hesabla 20-dən çox beynəlxalq incəsənət və dizayn tədbirinə ev sahibliyi etməsinə şərait yaradır.

Yeni forumun keçirilməsi İstanbulun qlobal dizayn xəritəsində mövqeyini daha da gücləndirməsi baxımından mühüm addım kimi qiymətləndirilir. Tədbirin dünyanın müxtəlif ölkələrindən dizaynerləri bir araya gətirərək peşəkar əməkdaşlıq və fikir mübadiləsinə geniş platforma yaratması gözlənilir.

Qlobal Dizayn Forum İstanbulun beynəlxalq tədbirlər təqviminə əlavə olunması şəhərin mədəni və yaradıcı potensialını bir daha ön plana çıxarır.

Dizayn dünyasının aparıcı beynəlxalq fikir platformalarından biri olan Qlobal Dizayn Forumu 15 ildən artıqdır ki, London Dizayn Festivalı çərçivəsində Victoria və Albert Muzeyi tərəfindən təşkil olunur və qlobal dizayn düşüncəsinin formalaşmasında mühüm rol oynayır.

Forumun İstanbul mərhələsi isə Türkiyə Turizmin Təbliği və İnkişafı Agentliyi və digər beynəlxalq tərəfdaşların dəstəyi ilə həyata keçirilir. Məqsəd Türkiyənin yaradıcı sənaye potensialını beynəlxalq miqyasda ön plana çıxarmaq, İstanbulun isə dizayn sahəsində dinamik mərkəz kimi mövqeyini gücləndirməkdir.

Tədbirin kuratorluq yanaşması Melek Zeynep Bulut tərəfindən hazırlanıb və "məkan yönümlü yanaşma” prinsipinə əsaslanır. Bu konsepsiya çərçivəsində Qlobal Dizayn Forumu İstanbul sadəcə tədbir proqramı deyil, şəhərin özü ilə birləşən "şəhər performansı” kimi təqdim olunur.

Forum dörd gün ərzində şəhərin müxtəlif məkanlarında formalaşacaq dörd fərqli təcrübə mərhələsindən ibarət olacaq. Bu yanaşma İstanbulun mədəni və yaradıcı potensialını iştirakçılara daha dərin və çoxölçülü şəkildə təqdim etməyi hədəfləyir.

Qlobal Dizayn Forumunun proqramının ilk mərhələsi olan "Məkanın formalaşdırılması” çərçivəsində Topqapı Saray Kompleksi və tarixi yarımadanın müxtəlif özünəməxsus nöqtələrində Universitetlər ilə yerli və beynəlxalq dizayn studiyalarının əməkdaşlığı ilə hazırlanacaq bu sənət qurğuları şəhəri açıq hava dizayn tədqiqat laboratoriyasına çevirəcək. Proqramın "Yenidən düşünmək” mövzusu çərçivəsində isə İstanbulun bağçılıq və şəhər yaşıllıq mədəniyyətini yenidən təsəvvür etməyə yönəlmiş beynəlxalq dizayn müsabiqəsi keçiriləcək.

Digər tərəfdən, "İstanbullular” proqramı hekayə anlatımı yanaşması ilə həyata keçirilərək şəhərin yaradıcı insanları arasında vizual, səsli və mətn əsaslı interaktiv bir şəbəkə formalaşdıracaq. Bu platforma İstanbulun mədəni yaddaşını və yaradıcı ifadə imkanlarını daha geniş auditoriyaya çatdırmağı hədəfləyir.

Forumun mərkəzində isə "Dünyaların təması” mövzusu dayanır. Qlobal səviyyədə qarşılıqlı əlaqəli böhranların artdığı bir dövrdə dizaynın rolu və mənası müzakirə ediləcək.

Proqram çərçivəsində iki gün ərzində keçiriləcək sessiyalar, təqdimatlar və müzakirələrdə beynəlxalq və yerli dizaynerlər, sənətçilər bir araya gələrək dizaynın gələcəyinə dair fikir mübadiləsi aparacaqlar.

İstanbul: incəsənət, mədəniyyət və dizaynın özünəməxsus şəhəri

İstanbul tarix boyu müxtəlif sivilizasiyalara ev sahibliyi etmiş, bu zəngin keçmişin formalaşdırdığı enerjisi ilə sənətçilərə və dizaynerlərə ilham verən unikal bir şəhər kimi seçilir. Burada tarix, sənətkarlıq və müasir dizayn eyni məkanda birləşərək güclü bir yaradıcı mühit yaradır.

Möhtəşəm tarixi memarlığı ilə tanınan İstanbul eyni zamanda yeni nəsil istedadlı dizayner və rəssamların yetişdiyi, eləcə də güclü mədəni institutlara ev sahibliyi edən bir mərkəzdir. Şəhərin dinamik yaradıcı səhnəsi isə beynəlxalq səviyyəli tədbirlərlə daha da zənginləşir.

İstanbul Beynəlxalq Biennalesi, Contemporary İstanbul, İstanbul Musiqi Festivalı, CI Bloom və İstanbul Film Festivalı kimi böyük miqyaslı tədbirlər, həmçinin müstəqil incəsənət təşəbbüsləri şəhərin mədəni həyatını davamlı olaraq hərəkətdə saxlayır.

Şəhərin yaradıcı mənzərəsi isə tələsmədən kəşf edilməyi tələb edir. İstanbulun ritmini formalaşdıran memarlıq abidələrindən tutmuş, ənənə ilə müasirliyin qovuşduğu canlı məhəllələrə qədər geniş bir kəşf spektri təqdim olunur.

Canlı metropolun bu il də çoxsaylı planlaşdırılmış tədbirlərlə zənginləşən incəsənət səhnəsi ziyarətçilərə unudulmaz mədəni təcrübələr vəd edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 May 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri