Icma.az
close
up
RU
Qlobal ərzaq böhranı Aİ çıxış yolu axtarır

Qlobal ərzaq böhranı Aİ çıxış yolu axtarır

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Hazırda dünyanın mənzərəsi bir sıra kədərli reallıqlarla səciyyələnir. Uzanan Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə gərginliyin artması, dünya üçün əsas su yollarındann biri olan Hörmüz boğazının siyasi manipulyasiya alətinə çevrilməsi öz arxasınca fəsadlara yol açır və beynəlxalq birliyi ağır sınağa çəkir. O cümlədən müharibələr və iqlim dəyişmələri səbəbindən istehsal həcmlərinin  azalması, tədarükdə yaranan çətinliklər dünya əhalisinin ərzaq məhsullarına olan tələbatının tam şəkildə ödənilməsi imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırırb.

FAO həyəcan təbili çalır - bazarlar boşalır, qiymətlər artır

Yeni növ koronavirus pandemiyasından sonra dünya daha bir ərzaq böhranı ilə üz-üzə qalıb. Geosiyası gərginliklər davam etdikcə bazarlar boşalır, qiyməylər və inflyasiya artır. Vəziyyət kritik dərəcədə ağır qiymətləndirilir. Mütəxəssislərin qənaətinə görə, ərzaq bazarında tələbatın qarşılanmasında yaranan çətinliklər hamsı bir yerdə  eyni vaxtda təsir göstərə bilən müxtəlif amillərdən qaynaqlanır. Bu sırada

- İqlim dəyişiklikləri,

- Ticarət qadağaları,

- İran, ABŞ, İsrail müharibəsi fonunda Hörmüz boğazı ətrafıında yaranan vəziyyət,

- Rusiya-Ukrayna müharibəsi səbəbindən Şimal marşrutlarının risk altına düşməsi,

- Qara dəniz limanlarından daşımaların məhdudlaşması,

- El-Ninyo fenomeni və s. səbəblər yer alır.

İqlim dəyişikliyi nəticəsində temperaturun artması kənd təsərrüfatına ciddi zərbə vurur. BMT-nin məlumatına görə, qlobal temperaturun 1,4°C yüksəlməsi aqrar sektorun məhsuldarlığını 21 faiz azaldıb. İstiləşmə eyni zamanda dəniz ekosistemlərinə zərər vurur, balıq ehtiyatlarını azaldır və zərərvericilərin çoxalmasına səbəb olur. Bu isə quraqlıq, torpaq deqradasiyası və meşə yanğınlarının artmasına gətirib çıxarır.

Digər tərəfdən, ölkələr arasında ticarət müharibəsi kənd təsərrüfatı xərclərini artırıb və fermerlərin xarici bazarlara çıxışını məhdudlaşdırıb. İranla gərginlik isə yanacaq və gübrə qiymətlərinin yüksəlməsinə səbəb olub. Bu problemləri El-Ninyo fenomeninin daha da gücləndirə biləcəyi vurğulanır. Gözlənilən temperatur rekordları isə xüsusilə Hindistan, Afrika və digər sıx məskunlaşmış regionlarda vəziyyəti daha da kəskinləşdirə bilər. Xəbərdarlıq edilir ki, əgər mövcud böhran vəziyyəti 90 gün ərzində davam edərsə, 2026-cı ilin sonlarında və 2027-ci ildə qlobal miqyasda kəskin ərzaq çatışmazlığı təhlükəsi qaçılmaz olacaq. İlin əvvəlindən bəri ayrı-ayrı pozisiyalar üzrə qiymətlərdə ardıcıl artımlar müşahidə edilir. FAO-nun hesabatında bildirilir ki, fevral ayında qlobal ərzaq qiymətləri indeksi yanvarla müqayisədə 0,9 faiz artıb. Bu, xüsusilə də dənli bitkilərin, ətin və bitki yağlarının qiymətlərinin artması ilə əlaqədardır. Belə ki, fevral ayında taxılın qiymət indeksi 1,1 faiz, o cümlədən buğda qiymətləri 1,8 faiz artıb. Qarğıdalı qiymətləri və düyü qiymət indeksində də artım müşahidə olunub. Bitki yağı qiymət indeksi aylıq müqayisədə 3,3 faiz, illik əsasda isə 11,7 faiz artıb. Ət qiymətləri indeksi aylıq 0,8 faiz, illik müqayisədə 8 faiz artıb.

Qimət indekslərində artım dendensiyası sonrakı aylarda da davam edib.  FAO-nun Ərzaq Qiymətləri İndeksi aprel ayında orta hesabla 130,7 bənd təşkil edib. Bu göstərici mart ayı ilə müqayisədə 1,6 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2 faiz yüksək olub. Bitki yağlarının qiymətlərinin artım tendensiyası aprel ayında da yüksək olub. Belə ki, bu göstərici 5,9 faiz artaraq 2022-ci ilin iyulundan bəri ən yüksək səviyyəyə çatıb. FAO bildirir ki, xam neft qiymətlərinin yüksəlməsi bioyanacaq istehsalına marağı artırıb və bu da palma, soya, günəbaxan və kolza yağlarının bazarında qiymət artımına səbəb olub. Eyni zamanda, ət qiymətləri də aprel ayında rekord həddə yüksəlib. Bu artım əsasən mal əti və donuz əti qiymətlərinin bahalaşması ilə əlaqələndirilir.

Təəssüf ki, perspektivlə bağlı proqnozlar da nikbin deyil. Müharibələr uzandıqca enerji daşıyıcılarının qiymətlərinin daha da artması gözlənilir. Bu isə bilavasitə ərzaq qiymətlərində öz əksini tapacaq.

Aİ-nin yeni strategiyası özünü doğruldacaqmı?

Rusiya-Ukrayna müharibəsindən və Yaxın Şərqdəki gərginlikdən ən çox təsirlənən coğrafiyalardan biri Avropa İttifaqı (Aİ) məkanıdır. Ciddi enerji təhlükəsizlliyi problemi ilə üz-üzə qalan “qoca qitə” bunun yan təsirini həmçinin ərzaq bazarında, artan qiymətlərdə, inflyasiyanın yüksəlməsində görür. Buna görə də Avropa İttifaqı artıq real olan və gözlənilən risklərdən sığortalanmağın yollarını axtarır.  Qurum heyvandarlıq sektorunu iqlim dəyişikliyi, heyvan xəstəlikləri və artan istehsal xərclərinə qarşı daha dayanıqlı etmək məqsədilə ilk genişmiqyaslı strategiya hazırlayıb.

Aİ Komissiyası heyvandarlıq sektorunun uzunmüddətli perspektivdə güclü və davamlı inkişafını təmin etmək məqsədilə hazırladığı “Heyvandarlıq Strategiyası” və “Protein üzrə Fəaliyyət Planı”nı ictimaiyyətə təqdim edib.

Strategiyaya əsasən, Aİ-də heyvandarlıqla məşğul olan təsərrüfatların iqtisadi, ekoloji və bazar risklərindən irəli gələn çətinliklərin aradan qaldırılmasına dəstək veriləcək. Heyvandarlıq sektorunun böhranlara qarşı dayanıqlığı artırılacaq, rəqabət qabiliyyəti gücləndiriləcək, davamlı inkişaf təşviq olunacaq, kənd ərazilərində istehsalın qorunması təmin ediləcək və Avropa istehsalında keyfiyyət standartları yüksəldiləcək. Bu məqsədlə risklərin idarəolunması mexanizmləri təkmilləşdiriləcək, yeni və təkrar sığorta sisteminin tətbiqi nəzərdən keçiriləcək. Bununla yanaşı, üzv dövlətlərə heyvan xəstəliklərinin təsirlərinin idarəolunması istiqamətində dəstək göstəriləcək, xəstəliklərin qarşısının alınması, erkən aşkarlanması və operativ müdaxilə imkanları genişləndiriləcək.

Aİ Komissiyası sektorun gəlirliliyinin artırılması, innovativ texnologiyaların tətbiqinin sürətləndirilməsi, rəqabət qabiliyyətinin və dayanıqlığın gücləndirilməsi istiqamətində də fəaliyyət göstərəcək. Eyni zamanda, maliyyə resurslarına çıxışın asanlaşdırılması, qəfəssiz heyvandarlıq sistemlərinə keçidin dəstəklənməsi, dairəvi iqtisadiyyat prinsiplərinin geniş tətbiqi və fermerlərin gəlirlərinin qorunması üçün tədbirlər həyata keçiriləcək. Avropanın müxtəlif regionlarında tətbiq olunan heyvandarlıq modelləri nəzərə alınmaqla davamlı inkişaf problemlərinin həlli üçün regional yanaşmalar hazırlanacaq. Heyvanların rifahı ilə bağlı qaydalar elmi əsaslar üzrə yenidən nəzərdən keçiriləcək. Yeni tələblərin tətbiqi üçün kifayət qədər keçid müddəti müəyyən ediləcək və maliyyə dəstəyi göstəriləcək.

Bundan əlavə, Aİ təsərrüfat səviyyəsində heyvandarlıqdan yaranan istixana qazı emissiyalarının hesablanması üçün uyğunlaşdırılmış metodlar hazırlayacaq. İqlim dəyişikliyi ilə mübarizə tədbirləri, qida maddələrinin səmərəli idarəolunması və təbii resurslardan davamlı istifadə təşviq ediləcək. Xüsusilə tərkedilmə riski yüksək olan həssas bölgələrdə davamlı heyvandarlığın yenidən inkişaf etdirilməsi məqsədilə üzv dövlətlərlə birgə xüsusi fəaliyyət planı hazırlanacaq.

Aİ-də istehsal olunan davamlı heyvandarlıq məhsulları təşviqat siyasəti, coğrafi göstəricilər, “Avropa məhsulu al” kampaniyası və ekoloji təmiz istehsal sistemləri vasitəsilə dəstəklənəcək.

Strategiya ilə birlikdə qəbul edilən “Protein üzrə Fəaliyyət Planı” Avropanın idxal olunan protein yemlərindən asılılığını azaltmağı hədəfləyir.

Aİ Komissiyasının məlumatına görə, 2025-ci ildə Aİ-də heyvan yemində istifadə olunan yağlı toxumların və protein bitkilərinin cəmi 25 faizi birlik daxilində istehsal olunub. Yeni plana əsasən, 2035-ci ilədək bu göstəricinin 35 faizə çatdırılması nəzərdə tutulur. Bunun üçün yerli protein bitkilərinin istehsalı dəstəklənəcək, təchizat zəncirləri möhkəmləndiriləcək və protein bitkilərinə yatırımlar artırılacaq.

Aİ-nin məlumatına əsasən, heyvandarlıq sektoru birliyin kənd təsərrüfatında yaradılan əlavə dəyərin təxminən 40 faizini formalaşdırır və illik dövriyyəsi 400 milyard avroya çatır. Sektor təxminən 4 milyon təsərrüfatda 7 milyon nəfərin məşğulluğunu təmin edir.

2025-ci ilin göstəricilərinə görə, Aİ-də 132 milyon donuz, 72 milyon iribuynuzlu heyvan, 54 milyon qoyun, 10 milyon keçi və təxminən 1,6 milyard ev quşu var. AI-nin yeni strategiyasının özünü necə doğruldacağını isə zaman göstərəcək.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 İyul 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri