Icma.az
close
up
RU
Qlobal ərzaq müharibəsində Azərbaycan təhlükəsizlik qalasını möhkəmləndirmiş ölkələrdən biridir TƏHLİL

Qlobal ərzaq müharibəsində Azərbaycan təhlükəsizlik qalasını möhkəmləndirmiş ölkələrdən biridir TƏHLİL

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 27 may, AZƏRTAC

Son illər qlobal iqtisadi sistemin təlatümlü fonunda ərzaq təminatı məsələsi təkcə inkişaf etməkdə olan ölkələr üçün deyil, artıq inkişaf etmiş dövlətlər üçün də ciddi narahatlıq mənbəyinə çevrilib. Yüksək inflyasiya, valyuta devalvasiyaları, qlobal logistika pozuntuları və ekstremal hava hadisələri fonunda ərzaq böhranı artıq texniki termin deyil, birbaşa sosial təhlükədir. BMT-nin bu yaxınlarda təqdim etdiyi Qida Böhranları üzrə Qlobal Hesabat da bunun bariz sübutudur.

Sənəddə vurğulanır ki, 2024-cü ilin göstəricilərinə əsasən, hazırda 53 ölkədə 295 milyondan çox insan kəskin aclıqla üzləşib. Bu, əvvəlki illə müqayisədə 13,7 milyon nəfər çoxdur. Eyni zamanda, “fəlakətli aclıq” astanasında olan insanların sayı 1,9 milyona çatıb və bu, 2016-cı ildən bəri qeydə alınan ən yüksək rəqəmdir. Uşaqların kritik qida çatışmazlığından əziyyət çəkdiyi Yəmən, Mali, Qəzza, Sudan kimi yerlərdə vəziyyət xüsusilə dəhşətlidir. BMT-nin təhlilinə görə, bu vəziyyətin arxasında üç əsas amil dayanır: münaqişələr, iqlim ekstremalları və iqtisadi şoklar. Məsələn, müharibə və silahlı toqquşmalar hazırda 140 milyona yaxın insanın yaşadığı 20-dən çox ölkədə ərzaq təhlükəsizliyini iflic edib. İqlim faktorları, xüsusilə “El Nino” fenomeni 96 milyondan artıq insana təsir göstərib. İqtisadi baxımdan isə inflyasiya və devalvasiya ərzaq qiymətlərini süni şəkildə şişirdərək milyonlarla insan üçün ərzağı əlçatmaz edib. Məsələn, Qəzza zolağında ərzaq inflyasiyası ötən il 450, Cənubi Sudanda 390, Livanda isə 180 faizdən çox təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Media Təhlil Mərkəzinin Analitik Qrupunun təhlilində qeyd edilib.

Təhlildə bildirilib ki, bu fon qarşısında Azərbaycanın mövqeyi olduqca fərqlidir. Ölkəmiz ərzaq təhlükəsizliyi sahəsində həm regional, həm də qlobal miqyasda müsbət istisna kimi önə çıxır. Dövlətin strateji yanaşması və dayanıqlı ərzaq siyasəti nəticəsində Azərbaycan bir çox əsas qida məhsulları üzrə yerli istehsal imkanları hesabına öz daxili tələbatını ödəyə bilir. Bundan başqa, ölkədə ərzaq məhsullarının fiziki mövcudluğu ilə yanaşı, əhalinin bu məhsulları əldə etmək üçün maliyyə imkanı da mövcuddur. Bu, hazırda dünyanın əksər ölkələrində ciddi sosial təbəqələşməyə səbəb olan problemlə ziddiyyət təşkil edir.

2024-cü ilin rəsmi məlumatları da bu sabitliyin arxasındakı iqtisadi əsasları aydın şəkildə göstərir. Ölkədə orta illik inflyasiya 2,2 faiz, qida məhsulları üzrə isə cəmi 1,3 faiz təşkil edib. Bu, qlobal miqyasda ən aşağı göstəricilərdən biridir. Paralel olaraq, əhalinin nominal gəlirləri artmaqda davam edir. 2023-cü ildə əhalinin ümumi nominal gəlirləri 83 milyard manat, 2024-cü ilin yanvar-aprel aylarında isə 26,3 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 6,9 faiz artım deməkdir.

Əhalinin rifahına yönəlmiş sosial siyasət də ərzaq təminatında sabitliyi gücləndirən əsas sütunlardan biridir. 2024-cü ildə dövlət büdcəsinin 39 faizi, yəni 14,6 milyard manatı birbaşa sosial xərclərin maliyyələşdirilməsinə yönəldilib. Bu rəqəmlər təkcə statistika deyil, həm də ölkədə əhalinin alıcılıq gücünün və həyat keyfiyyətinin qorunmasının göstəricisidir.

BMT-nin hesabatında 2025-ci ilə dair proqnozlar isə nikbin deyil. Qlobal ərzaq böhranının dərinləşəcəyi, humanitar yardımların azalacağı, tədarük zəncirlərindəki problemlərin daha da artacağı gözlənilir. Amma Azərbaycan bu çətin beynəlxalq mənzərənin içində sabitlik adası kimi qalmağa davam edir. İstehlak qiymətlərindəki nəzarət, ərzaq idxalının şaxələndirilməsi, kənd təsərrüfatının inkişafına ayrılan subsidiyalar və sosial müdafiə tədbirləri ölkədə ərzaq təhlükəsizliyinin qorunmasında sistemli yanaşmanın olduğunu göstərir.

Beləliklə, qlobal ərzaq müharibəsində Azərbaycan təhlükəsizlik qalasını vaxtında möhkəmləndirmiş ölkələrdən biridir. Dünya kəskin aclıq rəqəmləri ilə silkələnərkən, ölkəmizdə həm fiziki ərzaq təminatı, həm də vətəndaşın onu almaq imkanı davamlı şəkildə qorunur. Bu isə planlı və çevik iqtisadi siyasətin, sosial məsuliyyətin və milli maraqlara söykənən qərarların verilməsinin uğurudur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see257

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see215

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see213

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see205

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see197

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see163

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see159

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see158

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see150

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see148

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see144

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see143

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see142

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see141

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see140

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see131

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri