Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Azərbaycan qlobal miqyasda qərar qəbuletmə proseslərində söz sahibi ölkələrdən biridir

Azərbaycan qlobal miqyasda qərar qəbuletmə proseslərində söz sahibi ölkələrdən biridir

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycanın Dünya İqtisadi Forumunda (Davos İqtisadi Forumu) iştirakı 30 ildən artıq bir dövrü əhatə edir. Dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində mühüm rol oynayan Davos Forumunda Azərbaycanın təmsilçiliyi 1995-ci ilə təsadüf edir. İlk dəfə 1995-ci il, 27-31 yanvar tarixlərində ümummilli lider Heydər Əliyev Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Həmin ildən etibarən ölkəmiz Forumun işində aktiv iştirak etməyə başlayıb. Bu da təsadüfi deyil və qarşı tərəf də öz növbəsində Azərbaycanın Davos Forumu çərçivəsində aktiv rol oynamasında maraqlıdır. Çünki həm yerləşdiyi coğrafiyada - Cənubi Qafqazda, həm də dünyada, qlobal aspektdə yeri və rolu, nüfuzu getdikcə artan Azərbaycan əksər beynəlxalq platformalarda iştirakçı olmaqla yanaşı, həm də təşəbbüskardır. Ölkəmizin, onun liderinin müxtəlif beynəlxalq platformalarda irəli sürdüyü təşəbbüslər, təkliflər və ümumilikdə, dünyada mövcud olan bu və ya digər problemlərin həllinə xidmət etdiyindən həmin təşəbbüslər birmənalı olaraq təqdir olunur, qəbul edilir”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Nəsib Məhəməliyev danışıb. Deputat qeyd edib ki, son illər beynəlxalq siyasi və iqtisadi platformalarda artan fəallığı ilə seçilən Azərbaycan Dünya İqtisadi Forumunda (Davos Forumu) əsas aktorlardan biri kimi çıxış edir.

Nəsib Məhəməliyev

“Ölkənin enerji təhlükəsizliyi, regional sabitlik və qlobal iqtisadi əməkdaşlıq sahələrində irəli sürdüyü təşəbbüslər bir qayda olaraq forum iştirakçılarının diqqət mərkəzində olub. Eyni zamanda böyük dəstək görüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-dan İsveçrə Konfederasiyasında səfərdədir. Səfərin ilk günündən etibarən dövlət başçısı müxtəlif istiqamətləri əhatə edən çoxsaylı görüşlər keçirib. Cənab Prezidentin Davos Forumu çərçivəsində dünya liderləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və aparıcı transmilli şirkətlərin təmsilçiləri ilə keçirdiyi görüşlər heç şübhəsiz ki, ölkəmizin, eyni zamanda dövlət başçısı Cənab İlham Əliyevin artan beynəlxalq nüfuzunun göstəricisidir.

Görüşlərdə enerji təhlükəsizliyi, yaşıl enerji, investisiya imkanları və regional nəqliyyat dəhlizləri əsas müzakirə mövzuları olur. Keçirilən hər bir görüş, hər bir müzakirənin ölkəmiz üçün faydaları kifayət qədərdir. Bir qayda olaraq bu tipli görüşlər əsasən enerji, iqtisadi sahələri əhatə edir ki, bu da Azərbaycanın qeyd edilən sektorlar üzrə etibarlı tərəfdaş imicinin möhkəmkəndirilməsi baxımından əhəmiyyətli rol oynayır. Digər tərəfdən ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rolu bir daha dünyaya nümayiş etdirir, enerji resurslarımıza olan marağı artırmış olur”-deyə deputat bildirib.

Nəsib Məhəməliyev qeyd edib ki, günümüzdə Azərbaycan qlobal çağırışlara və yeni reallıqlara uyğun olaraq qeyri-neft sektorunun daha da inkişafı, rəqəmsal iqtisadiyyat və “yaşıl enerji” layihələrinin əhatə dairəsinin genişləndirilməsi, onun sürətləndirilməsini qarşıya əsas məqsəd və hədəf kimi qoyduğundan, Davos Forumu həmin məqsədlərə çatmaq, onu tərəfdaş ölkələrlə bölüşmək baxımından da əhəmiyyətli sayıla bilər: “Prezident İlham Əliyevin Davosda keçirdiyi görüşlərdə həmin istiqamətlərə xüsusi diqqət ayırdığını aydın şəkildə gördük. Məsələn, dövlət başçısı Davosda “Vestas Wind Systems” şirkətinin marketinq, kommunikasiya, davamlılıq və ictimaiyyətlə əlaqələr üzrə qrupunun baş vitse-prezidenti Morten Dirholm ilə görüşdə bu şirkətin ölkəmizdə bərpaolunan enerji, xüsusilə külək enerjisi sahəsində fəaliyyətinə toxunuldu, mövcud əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi. Yaxud, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşdə bərpaolunan enerji sektorunda fəaliyyətin, Naxçıvanın nəqliyyat sisteminin yenilənməsinin, ölkəmizin ayrı-ayrı bölgələrində məişət tullantılarının zərərsizləşdirilməsi layihələrinin maliyyələşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Eləcə də digər ölkə rəsmiləri, transmilli şirkət və beynəlxalq korporasiyaların rəhbərləri ilə keçirilən görüşlərdə həm yuxarıda qeyd etdiyimiz məsələlər, həm də Azərbaycanın investisiya imkanları, ölkəmizdən keçən nəqliyyat dəhlizlərinin əhəmiyyəti barədə söhbətlər aparılıb ki, bu da yeni iqtisadi imkanlar və perspektivlər, nəqliyyat dəhlizlərinə ayrı-ayrı ölkələrin və transmilli şirkətlərin marağının artması baxımından önəmlidir”.

Deputatın fikrincə, bütün bunlar heç şübhəsiz ki, Azərbaycan liderinin həyata keçirdiyi uğurlu iqtisadi siyasət və diplomatiya sahəsində şahmat dəqiqliyi ilə etdiyi gedişlərdən irəli gəlir.

Nəsib Məhəməliyev vurğulayıb ki, ümumiyyətlə, ölkəmizin Davos Forumu kimi nüfuzlu platformada fəal iştirak etməsi Azərbaycanın regional parametrləri aşaraq qlobal miqyasda qərar qəbuletmə proseslərində söz sahibi olduğunu göstərir: “Heç şübhəsiz ki, bu da öz növbəsində ölkəmizin qarşısına qoyduğu uzunmüddətli strateji hədəflərə uyğun olaraq beynəlxalq mövqelərini daha da gücləndirir”.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 23 Yanvar 2026 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri