Icma.az
close
up
RU
Qlobal gündəm dəyişir: Ukrayna müharibəsi arxa planda

Qlobal gündəm dəyişir: Ukrayna müharibəsi arxa planda

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Yaxın Şərqdə baş verən son hadisələr və ABŞ/İsrail–İran qarşıdurmasının kəskinləşməsi qlobal gündəmdə prioritetləri də dəyişib. Uzun müddətdir beynəlxalq siyasətin əsas mövzularından biri olan Rusiya–Ukrayna müharibəsi hazırda dünya mediasında və siyasi dairələrdə əvvəlki qədər diqqət mərkəzində görünmür. Analitiklərin fikrincə, regionda yaranmış yeni gərginlik beynəlxalq gündəmin fokusunu dəyişməklə yanaşı, Ukrayna müharibəsi ilə bağlı aparılan danışıqlar prosesinə də müəyyən təsir göstərir.

Ekspertlər hesab edirlər ki, ABŞ və Qərb ölkələrinin diqqətinin Yaxın Şərqdəki proseslərə yönəlməsi Ukrayna müharibəsi ilə bağlı diplomatik təşəbbüslərin tempinə də təsir edə bilər. Xüsusilə ABŞ administrasiyasının İranla bağlı gərginliyə daha çox siyasi və hərbi resurs ayırması Vaşinqtonun Rusiya–Ukrayna münaqişəsində əvvəlki kimi aktiv vasitəçilik imkanlarını müəyyən qədər məhdudlaşdıra bilər. Mövcud geosiyasi vəziyyət fonunda beynəlxalq gündəmin dəyişməsi və regional münaqişələrin bir-biri ilə əlaqəli şəkildə inkişaf etməsi ehtimalı da istisna edilmir.

“Ukrayna müharibəsi ikinci planda”

Milli Məclisin deputatı Vüqar İsgəndərov “Xalq Cəbhəsi”nə açıqlamasında vurğulayıb ki, Rusiya–Ukrayna müharibəsi artıq bir neçə ildir ki, dünya gündəminin ən əsas və narahatlıq doğuran mövzularından biri olaraq qalır.

Deputat bildirib ki, müharibənin başladığı müddətdən etibarən müxtəlif vasitəçi ölkələrin iştirakı ilə bir sıra danışıqlar aparılıb və tərəflər arasında görüşlər təşkil olunub: “Bu proseslərdə ABŞ və digər dövlətlərin vasitəçiliyi ilə, o cümlədən Türkiyənin təşəbbüsü ilə İstanbulda da görüşlər keçirilib. Əsirlərin dəyişdirilməsi kimi müəyyən humanitar addımlar atılsa da, indiyədək tərəflər arasında əsas məsələlər üzrə konsensus əldə olunmayıb”.

V.İsgəndərovun sözlərinə görə, bunun əsas səbəblərindən biri tərəflərin mövqelərinin kəskin fərqlənməsidir. Onun fikrincə, Rusiya müharibə müddətində ciddi itkilər versə də, qarşıya qoyduğu məqsədlərə çatmadan münaqişəni bitirmək niyyətində deyil: “Dörd ilə yaxın davam edən müharibə Rusiyaya həm maliyyə, həm də insan itkisi baxımından böyük zərər vurub. Bu səbəbdən Moskva müəyyən nəticə əldə etmədən müharibənin bitməsini istəmir. Digər tərəfdən, Ukrayna da ərazilərinin böyük hissəsini itirib, ciddi insan və iqtisadi itkilərlə üzləşib. Bu da tərəflər arasında kompromisin əldə olunmasını çətinləşdirir. ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəldikdən sonra bu münaqişə ilə bağlı vasitəçilik təşəbbüsü və keçirilən görüşlər müəyyən ümidlər yaratsa da, son proseslər fonunda danışıqların aktivliyi azalıb. Hazırda beynəlxalq gündəmdə əsas diqqət ABŞ/İsrail–İran qarşıdurmasına yönəlib və bu səbəbdən Rusiya–Ukrayna müharibəsi müəyyən qədər ikinci plana keçmiş kimi görünür.

Hazırkı vəziyyətdə ABŞ rəhbərliyi üçün əsas prioritetlərdən biri İranla bağlı yaranmış gərginlikdir. Donald Trampın da diqqətinin əsasən bu istiqamətə yönəldiyi müşahidə olunur. Bu fonda Rusiya–Ukrayna müharibəsi beynəlxalq gündəmdə müəyyən qədər arxa plana keçmiş kimi görünür”.

“Danışıqların tempi zəifləyə bilər”

Politoloq Oqtay Qasımov qeyd edib ki, Ukrayna Prezidentinin Rusiya–Ukrayna–ABŞ danışıqlarının təxirə salınması ilə bağlı verdiyi açıqlama Vaşinqtonun hazırda diqqətini əsasən İran məsələsinə yönəltdiyini göstərir.

Onun sözlərinə görə, ABŞ regionda yaranmış gərginlik və mümkün hərbi qarşıdurma səbəbindən siyasi və hərbi resurslarını əsasən bu istiqamətə səfərbər edib: “İranla qarşıdurmanın başlanmasından artıq 11 gün keçməsinə baxmayaraq, Tehran müqavimətini davam etdirir. ABŞ və İsrail tərəfi isə açıqlamalarında hədəflərinə planlı şəkildə irəlilədiklərini və növbəti mərhələdə daha güclü zərbələrin endiriləcəyini bildirirlər. Bu səbəbdən beynəlxalq gündəmin əsas diqqət mərkəzi də Yaxın Şərqdəki proseslərə yönəlib. Bu vəziyyət fonunda Rusiya–Ukrayna müharibəsi həm ABŞ, həm də beynəlxalq ictimaiyyət üçün müəyyən qədər ikinci plana keçmiş kimi görünür.Bu baxımdan hesab edirəm ki, Rusiya ilə Ukrayna arasında aparılan sülh danışıqlarının əvvəlki aylarda müşahidə olunan intensivliyi müəyyən qədər zəifləyə bilər. Qarşıdakı bir-iki ay ərzində bu istiqamətdə ciddi irəliləyişin şahidi olacağımız ehtimalı yüksək deyil”.

Politoloq əlavə edib ki, ABŞ İranla bağlı proseslərə nə qədər çox cəlb olunarsa, Vaşinqtonun Rusiya–Ukrayna müharibəsində vasitəçi kimi aktivliyi də bir o qədər azalacaq. Bu isə müharibənin dayanmasına deyil, əksinə, müəyyən müddət daha davam etməsinə gətirib çıxara bilər: “İran ətrafında yaranmış vəziyyət böyük ehtimalla qarşıdakı ay ABŞ prezidenti Donald Trumpın Çinə planlaşdırılan səfəri zamanı iki qlobal güc arasında aparılacaq danışıqlarda da müzakirə mövzularından biri olacaq. Regional münaqişələrin gələcək gedişinə həmin görüşlərin nəticələri də müəyyən təsir göstərə bilər”.

“Yeni müharibə, Kremlin mövqeyi”

Politoloq Əli Oruclu diqqətə çatdırıb ki, ABŞ və İsrail koalisiyasının İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar qlobal gündəmdə prioritetləri dəyişərək Ukrayna-Rusiya müharibəsini müəyyən qədər arxa plana keçirib. Bu isə mövcud geosiyasi şəraitdə Rusiyanın manevr imkanlarını artırır.

Politoloqun sözlərinə görə, Yaxın Şərqdə baş verən hadisələr Ukrayna-Rusiya müharibəsi ilə bağlı danışıqlar prosesinə də təsirsiz ötüşmür: “ABŞ-İsrail koalisiyasının İrana qarşı hərbi əməliyyatları beynəlxalq gündəmin əsas mövzusuna çevrilib və bu fonda Ukrayna-Rusiya müharibəsi müəyyən qədər arxa plana keçib. Bu isə Rusiyanın manevr imkanlarını artırır və Moskvanın Ukrayna-Rusiya-ABŞ xəttində aparılan danışıqlarda daha üstün mövqedən çıxış etməsinə şərait yaradır. Kreml yaranmış situasiyadan istifadə edərək sanksiyaların yumşaldılması və ya ləğvi ilə bağlı mövqeyini daha sərt şəkildə irəli sürə bilər. Hazırda ABŞ prezidenti Donald Trampın diqqəti əsasən İran ətrafında baş verən hadisələrə yönəlib. İranla müharibə Ağ Ev rəhbərinin birbaşa siyasi məsuliyyət daşıdığı prosesdir və onun İsrailin təhriki ilə İrana hücum əmri verməsi Trampın siyasi taleyinə təsir edə biləcək amillərdən biridir. ABŞ-də noyabr ayında keçiriləcək aralıq seçkilər də nəzərə alınarsa, Respublikaçıların müəyyən səs itkiləri ilə üzləşməsi ehtimalı artır. ABŞ cəmiyyətində müharibə əleyhinə etirazların da getdikcə artması Vaşinqtonun manevr imkanlarını məhdudlaşdırır”.

Politoloq hesab edir ki, belə bir şəraitdə ABŞ administrasiyası üçün əsas prioritet Ukrayna-Rusiya müharibəsi deyil, İran böhranından minimum siyasi itkilərlə çıxmaqdır: “Qərbin Ukraynaya dəstəyi ABŞ-nin iştirakı olmadan əvvəlki səviyyədə davam edə bilməz. Bu isə Rusiyanın mövqelərini daha da gücləndirir. Putin yaranmış vəziyyətdən istifadə edərək müharibənin bitməsi ilə bağlı şərtlərdə daha arxayın mövqe nümayiş etdirə və hətta iddialarını bir qədər də artıra bilər. Kiyev isə mövcud şəraitin çətin olduğunu anlayır və təxirə salınan danışıqlara qədər beynəlxalq vəziyyətin dəyişəcəyinə ümid edir”.

Günel Elxan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 Mart 2026 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see270

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see256

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see251

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see214

Fermerlərə ŞAD XƏBƏR Bu xərclər dövlət hesabına qarşılanacaq

25 İyun 2026 10:01see203

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see198

Dünya bazarlarında WTI neftinin qiyməti 70 dollardan aşağı enib

25 İyun 2026 08:44see178

DİM iyulun 5 də imtahan keçirəcək

25 İyun 2026 12:27see176

İraq OPEC dən kvotasının artırılmasını tələb edir, əks halda təşkilatdan çıxa bilər

25 İyun 2026 12:25see175

AMEA nın Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib

25 İyun 2026 12:27see175

Kreml Duma deputatlarının köməyi ilə səfərbərlik hazırlayır

25 İyun 2026 11:34see173

Həkimdən SOS: Bir qurtum su həyatınız üçün təhlükəli ola bilər

25 İyun 2026 12:26see172

100 yaşlı superfanat DÇ 2026 nın əsas ulduzuna çevrildi: Messi, mənimlə evlənərsən? VİDEO

25 İyun 2026 08:35see172

Murad Arifdən duyğulu etiraf: “Onun ilə birlikdə ağladım”

25 İyun 2026 12:26see172

Niyə Ermənistanda 25, Gürcüstanda 30, bizdə isə 17%?

25 İyun 2026 20:50see171

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see170

Rütte Ankarada Trampı NATO nun əhəmiyyətinə inandırmaq istəyir

26 İyun 2026 01:25see170

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see168

Qondarma erməni soyqırımını tanımaq üçün qətnamə hazırladı

26 İyun 2026 07:42see168

Dekolonizasiya coğrafiya tanımır

26 İyun 2026 02:47see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri