Icma.az
close
up
RU
Ukrayna müharibəsi qlobal nizamı sarsıdır

Ukrayna müharibəsi qlobal nizamı sarsıdır

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

2022-ci il fevralın 24-də Rusiya-Ukrayna müharibəsi dördüncü ilinə qədəm qoydu. İndi hamıya aydındır ki, bu qarşıdurma təkcə iki qonşu dövlət arasında münaqişə deyil, İkinci Dünya müharibəsindən sonra formalaşmış qlobal nizamın əsaslarının sarsılmasıdır. Müharibənin dördillik mərhələsi Avropanın təhlükəsizlik konsepsiyasını köklü şəkildə dəyişdirdi, NATO-nun şərq cinahının gücləndirilməsinə, müdafiə xərclərinin rekord səviyyəyə yüksəlməsinə səbəb oldu və İsveçlə Finlandiyanın alyansa qoşulması nəticəsində Şimali Avropada yeni strateji balans formalaşdırdı.

Bu müddət ərzində Rusiya Qərblə münasibətlərdə ən dərin böhran mərhələsinə daxil oldu, tətbiq edilən misli görünməmiş sanksiyalar isə Moskvanı alternativ iqtisadi və siyasi tərəfdaşlıqlara, xüsusilə Çin və Hindistan bazarlarına yönəltdi. Ukrayna isə bu illər ərzində yalnız hərbi müqavimət göstərməklə kifayətlənmədi, eyni zamanda, Qərb təhlükəsizlik sisteminin və Avropa institutlarının ayrılmaz hissəsinə çevrildi.

Müharibənin dördillik xronikası qlobal enerji və ərzaq xəritəsinin yenidən formalaşması ilə müşayiət olunur. Avropa Rusiya qazından asılılığı minimuma endirmək üçün mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü artırır və bu kontekstdə Cənubi Qafqazın, xüsusilə Azərbaycanın enerji dəhlizi kimi rolu strateji əhəmiyyət qazanır. Eyni zamanda, Qara dəniz marşrutlarının bağlanması qlobal taxıl bazarında ciddi dalğalanmalara səbəb olur, inkişaf etməkdə olan ölkələrdə inflyasiya təzyiqini artırır və ərzaq təhlükəsizliyini beynəlxalq gündəmin ən həssas mövzularından birinə çevirir. Hərbi-sənaye kompleksinin genişlənməsi və dövlət büdcələrində müdafiə xərclərinin payının artması isə qlobal iqtisadiyyatın yeni hərbiləşmə mərhələsinə daxil olduğunu göstərir.

2026-cı ilin fevralında sülh danışıqları ətrafında formalaşan vəziyyət daha mürəkkəb və ziddiyyətli xarakter daşıyır. Vaşinqtondan gələn son siqnallar, xüsusilə prezident Donald Trampın xüsusi nümayəndələrinin artan fəallığı göstərir ki, ABŞ artıq müharibəni "dondurmaq" və tərəfləri birbaşa dialoqa cəlb etmək üçün konkret ssenarilər üzərində işləyir. Xüsusi elçi Stiv Uitkovun açıqlamaları yaxın həftələrdə üçtərəfli və ya birbaşa görüşlərin keçirilməsi ehtimalını artırır. Bununla belə, Ukraynanın "ərazi bütövlüyü" tələbi ilə Rusiyanın "mövcud reallıqların tanınması" şərti arasındakı ciddi ziddiyyət qalmaqdadır. Ukrayna prezidenti Volodimir Zelenskinin son bəyanatları göstərir ki, tərəflər siyasi razılaşmadan daha çox, hərbi detallara – atəşkəs xəttinin və təhlükəsizlik zonalarının müəyyənləşdirilməsinə dair texniki danışıqlara yaxın görünürlər.

Gələcək proqnozlar göstərir ki, dördillik müharibənin nəticələri yaxın perspektivdə tammiqyaslı sülh müqaviləsindən daha çox, münaqişənin "Koreya ssenarisi" üzrə dondurulması ehtimalını önə çıxarır. Bu isə hərbi əməliyyatların dayandırılması ilə yanaşı, siyasi gərginliyin onilliklər boyu davam edə biləcəyi yeni "soyuq müharibə" reallığını vəd edir. Dünya artıq daha parçalanmış vəziyyətdədir. Bu müharibə beynəlxalq hüququn gücünü deyil, gücün beynəlxalq hüququ formalaşdırdığı bir mərhələnin başlandığını nümayiş etdirir. Görünən odur ki, 2026-cı il həm döyüş meydanında, həm də diplomatik masada bu uzunmüddətli qeyri-sabitliyin yeni status-kvoya çevrilib-çevrilməyəcəyini müəyyən edən həlledici mərhələ olacaq.

Səbuhi MƏMMƏDOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Fevral 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see441

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see329

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see248

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see239

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see236

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see229

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see219

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see217

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see206

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see198

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see194

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see193

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see193

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see193

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see188

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see187

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see182

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see180

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see155

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri