Qlobal hərbi inflyasiya Deputat Azərbaycanın müdafiə sənayesi istehsalını ŞƏRH ETDİ
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Milli Məclisin nümayəndə heyəti Sloveniyanın Lyublyana şəhərində NATO PA-nın 71-ci illik sessiyasında iştirak edib.
Modern.az-ın məlumatına görə, nümayəndə heyətinin üzvü deputat Tahir Mirkişili bildirib ki, Ukraynada müharibə başlayandan etibarən cəmi 3 il ərzində dünya silah bazarında qiymətlər dəfələrlə yüksəlib. Qrad raketlərinin qiyməti 7 dəfə, tank mərmilərinin qiyməti 6.2 dəfə, artilleriya mərmilərinin qiyməti 4 dəfə, tank qiymətləri 1.3 dəfə qalxıb.
Onun sözlərinə görə, bu konteksdə Azərbaycanın Vətən müharibəsini çox doğru zamanda və uzaqgörənliklə planladığı bir daha açıq-aydın görünür:
“Eyni zamanda, son illərdə ölkəmizdə hərbi sursatların istehsalına böyük investisiya yatırılmasının da nə qədər strateji və iqtisadi cəhətdən səmərəli olduğu diqqət çəkir. Bu investisiyalar nəinki hərbi qüvvələrimizi sursatla təmin edir vəedəcək, həm də ciddi iqtisadi fayda əldə etməyə imkan verəcək”.


