Icma.az
close
up
RU
Qlobal inteqrasiyanı gücləndirən təşəbbüslər

Qlobal inteqrasiyanı gücləndirən təşəbbüslər

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Beynəlxalq İnvestisiya Forumunda imzalanan sənədlər regionda yeni əməkdaşlığa töhfə verəcək

Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu qlobal biznes və investor icması üçün maraq doğuran faydalı müzakirələr, səmərəli məsələhətləşmələr və birgə inamın nəticəsi olaraq anlaşmalar şəraitində davam etdirilib. Forum çərçivəsində keçirilən “Artım, sənayeləşmə və dayanıqlı dəyər zəncirləri üçün tərəfdaşlıqlar: Gələcəyə hazır iqtisadiyyatların qurulması” mövzusunda panel sessiyasında beynəlxalq iqtisadiyyat üçün əhəmiyyət kəsb edə biləcək mühüm mesajlar verilib. İnvestisiya və geoiqtisadiyyat üzrə tanınmış ekspert Metyu Stivensonun moderatorluğu ilə keçirilən sessiyada iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli sənayeləşmənin Azərbaycanın davamlı iqtisadi inkişafında rolu, xarici investisiyaların cəlbi üçün strateji siyasət çərçivələri, xüsusi iqtisadi zonalar və sənaye parklarının imkanları barədə məlumat verib.

Şimal-Cənub və Şərq-Qərb dəhlizləri regional inkişafı artırır

Qeyd edilib ki, Azərbaycanda sənayeləşmə yeni mərhələyə daxil olmaqla ölkə iqtisadiyyatının əsas mühərriklərindən birinə çevrilib. Qeyri-neft sənayesində dinamika isə daha nəzərəçarpacaq şəkildə inkişaf edir. ÜDM-də və ixracda son illərdə qeyri-neft sənayesinin payı yüksəlir. Son 6 ildə Azərbaycanın qeyri-neft ixracı iki dəfə artıb ki, məhsulun əhəmiyyətli hissəsi yeyinti və yüngül sənaye mallarıdır. Əvvəllər qeyri-neft ixracı əsasən kənd təsərrüfatı məhsullarından ibarət idisə, hazırda emal olunmuş kənd təsərrüfatı və sənaye məhsullarının payı daha çoxdur. Bu prosesdə isə rəqabətqabiliyyətli sənaye yaratmaq üçün innovasiya və texnologiya həlledici əhəmiyyət daşıyır.

Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Macarıstan İxrac Təşviqi Agentliyinin baş direktoru və xarici iqtisadi əlaqələr üzrə dövlət katibinin müavini Katalin Bihari, Dünya İnvestisiya Təşviqi Agentlikləri Assosiasiyasının icraçı direktoru İsmayıl Erşahin, Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz üzrə direktoru Alkis Vryenios Drakinos və digər nüfuzlu şirkət və iqtisadi institutların nümayəndələri müasir sənaye quruculuğunun trendləri, nəqliyyat bağlantıları barədə fikirlərini bölüşüblər. İştirakçılar, həmçinin, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin regional inkişafa, eləcə də sənaye artımına verdiyi əvəzsiz töhfələrə də diqqət çəkiblər.

Asiya İnvestisiya Bankı “Transxəzər Yaşıl Enerji Dəhlizi”ni maliyyələşdirəcək

Tədbirdə əsas müzakirə istiqamətlərindən biri də bərpaolunan enerji sahəsində regional əməkdaşlıq məsələləri, Azərbaycanın iradəsi ilə həyata keçirilən “yaşıl enerji” siyasətinin mühüm nəticəsi kimi Xəzər-Qara dəniz-Avropa yaşıl enerji Dəhlizinin əhəmiyyəti ilə bağlı olub. Energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan indiyədək təxminən 144 milyard dollar xarici sərmayə cəlb edərək regionda Xəzər dənizini beynəlxalq investorlar üçün açıq elan edən, Xəzərdən Aralıq dənizinə, Qara dənizə və Adriatik dənizə enerji dəhlizləri yaradan ilk ölkə kimi bu prosesə mühüm töhfə verib. Hazırda  Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq “Transxəzər Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə birgə fəalliyətlə yeni dinamika qazandırmaqdadır. Bu istiqamətdə ötən il COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri tərəfindən imzalanan üç ölkə arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Hökumətlərarası Sazişin və Səudiyyə Ərəbistanının “Mərkəzi Asiya - Azərbaycan Yaşıl Enerji Dəhlizi”ndə investor kimi iştirakını təmin edən icra proqramından bəhs edilib. Layihə üzrə qərargahı Bakıda olmaqla “Yaşıl Dəhliz Alyansı” adlı birgə müəssisə təsis edildiyi və gələn ay layihənin texniki-iqtisadi əsaslandırmasını həyata keçirəcək məsləhətçi şirkətin seçilməsi üçün tender keçiriləcəyi diqqətə çatdırılıb. Qeyd olunub ki, ilin sonunadək Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankının maliyyə dəstəyi ilə TİƏ-nin hazırlanmasına başlanması planlaşdırılır.

Avropa Bankı yeni rəqəmsal texnologiyalar sahəsində ölkəmizə dəstək verəcək

ABŞ-ın “GEO Macro Asosation” şirkətinin icraçı direktoru, Nyu-York Universitetinin professoru Noreal Rubini dünyada geosiyasi gərginliklərin artdığı və yeni geoiqtisadi transformasiyaların baş verdiyi bir dövrdə Azərbaycanın və Mərkəzi Asiya respublikalarının böyük enerji potensialı ilə qlobal iqtisadiyyatın şaxələndirilməsinə imkan verən təşəbbüslərini yüksək dəyərləndirib. Qeyd edib ki, bu cür transkontinental layihələr iqtisadi həmrəyliyi möhkəmləndirməklə yanaşı, sabitliyin təmin olunmasında zəmanət rolunda çıxış edir. Azərbaycan ilə Ermənistan arasında sülh prosesini regionda sabitliyi təmin edən amil kimi qiymətləndirən cənab Rubini sabitliyin dayanıqlı iqtisadi inkişafın əsas şərtlərindən faktor olduğunu vurğulayıb. Professorun fikrincə, regional əməkdaşlığın hüdudlarının genişlənməsi böyük bir coğrafiyada - Mərkəzi Asiya-Azərbaycan-Qafqaz və Avropa xətti üzrə böyük bir istehsal-emal-ixrac zəncirlərini quracaq, bölgənin potensialının dünya bazarlarına çıxışına və ticarətin artmasına yol açaçaq.

Azərbaycan ilə Avropa arasında enerji sahəsində etibarlı əməkdaşlıq əlaqələri də forumda təqdir olunub. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz region üzrə direktoru Alkis Vryenios Drakinos Azərbaycan hökumətinin iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atdığı addımları alqışlayaraq bankın bu prosesə dəstəyindən bəhs edib. Bildirib ki, Avropa Bankı Azərbaycana iqtisadiyyatını difersifikasiya ilə bağlı yeni prioritetləri həyata keçirməkdə yardım göstərməyə hazırdır. Anlaşmaya əsasən, AYİB Azərbaycan hökuməti ilə insan resurslarından istifadə, iqtisadiyyatın rəqəmsallaşdırılması, süni intellekt, yeni texnologiyalar sahəsində əməkdaşlıq etmək niyyətindədir.

Çin iş adamları Azərbaycana sərmayə yatırmaqda qərarlıdır

Çinin Xarici İnvestisiya Assosiasiyasının rəhbəri Hi Çenvey Azərbaycanda qeyri-neft sektorunun əksər bölmələrinin ölkəsinin iş adamları üçün maraq kəsb etdiyini, forumun panel iclaslarında azərbaycanlı biznes nümayənələri ilə müştərək layihələrə başlamaq haqqında faydalı qərarlar qəbul edildiyini xatırladıb. Çinin 12 əyalətindən 20 iş adamı ilə foruma qatıldığını bildirən Hi Çenvey Azərbaycanın da Çinə investisiya qarşılıqlı yatırımlarda son illərdə fəallıq nümayiş etdirdiyini, sərmayələrin hər iki ölkənin istehsal proseslərinə töhfə verdiyini vurğulayıb. Azərbaycanın nəqliyyat, tranzit və logistika, texnologiyalar bölmələrində Çinlə yaxın tərəfdaşlıq etməsi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində regionda irihəcmli sərmayə mühiti yaratması çinli iş adamlarının bu sahəyə marağını daha çox artırır. Eyni zamanda, Çin Azərbaycanda “yaşıl eneji” istehsalına investisiya yatırmaqda qərarlıdır, eləcə də azad ərazilərdə “ağıllı evlər”in tikilməsi, şəhər nəqliyyatında “ağıllı avtomobil”lərin istehsalı sahələrinə investisiya yatırılması müzakirə olunur.

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti də Azərbaycanda bərpaolunan enerji layihələrinin inkişafına 1,2 milyard dollardan çox sərmayə yatırmaq niyyətindədir. Şirkətin MDB regionu üzrə inkişaf və investisiya şöbəsinin rəhbəri Məryəm əl-Mazrui bildirib ki, Biləsuvar və Neftçalada tikintisi başlayan 2 Günəş stansiyası, həmçinin quruda 240 MVt gücündə külək parkının inşası ilkin sərmayələr üçün zəmindir, yeni investisiyaların dəyəri isə daha böyük olacaq.

İnvestisiya dəyəri 5,5 milyard dollar olan müqavilələr imzalanıb

Forum çərçivəsində İqtisadiyyat Nazirliyi ilə Beynəlxalq Maliyyə Korporasiyası (BMK) arasında Dövlət-Özəl Tərəfdaşlığı (DÖT) sahəsində potensialın artırılmasına dair əməkdaşlıq sazişi imzalanıb. Azərbaycan hökuməti və Beynəlxalq Maliyyə Korporasiyası arasında imzalanan sənədə əsasən, dövlət-özəl tərəfdaşlığı sahəsində birgə layihələrin icrası nəzərdə tutulur. Sənəddə DÖT layihələrinin icrasını asanlaşdırmaq üçün strategiyanın hazırlanması və əməkdaşların potensialının artırılması istiqamətində İqtisadiyyat Nazirliyinə dəstəyin göstərilməsi, DÖT layihələrinin icrası strategiyasının hazırlanması, investisiya prosesinin nəzərdən keçirilməsi mexanizminin təkmilləşdirilməsi, eləcə də DÖT layihələrinin seçilməsi və həyata keçirilməsi üçün sahəvi təlimatların hazırlanması kimi əməkdaşlıq istiqamətləri öz əksini tapıb.

Həmçinin, İqtisadi Zonaların İnkişafı Agentliyi ilə “China Datang Overseas Investment Co.” arasında Abşeron yarımadasında Yaşıl Enerji Sənaye Parkının yaradılması üzrə anlaşma memorandumu imzalanıb. Bu sənəd bərpaolunan enerji istehsalı, təmiz texnologiyalar və sənaye infrastrukturunun inkişafı sahəsində uzunmüddətli tərəfdaşlığı nəzərdə tutur.

Dünya İqtisadi Forumu ilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi-AZPROMO arasında Assosiativ Mərkəz Tərəfdaşlığı (Üzvlük) Müqaviləsi imzalanıb. Eləcə də Azərbaycanın Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu ilə “ACWA Power” şirkəti arasında birgə bilik və təcrübə mübadiləsinə dair anlaşma memorandumu imzalanıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, forumun ilk günü ümumilikdə dəyəri 5,5 milyard dollara bərabər olan müqavilələr imzalanıb ki, həmin sənədlər iqtisadi və investisiya layihələrini əhatə edir. Nazir qeyd edib ki, forumun ikinci günü dünyanın digər nüfuzlu şirkət və təşkilatları ilə yeni sazişlər də imzalanacaq. Yeni sənədlər regionda yeni əməkdaşlıqlar üçün dərin hüquqi baza olmaqla qlobal inteqrasiya və rifah quruculuğunu da inkişaf etdirəcək.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Sentyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Moskva üzərində kütləvi PUA hücumu: hərbi və logistika obyektləri vuruldu Ukrayna KİV ləri

20 İyul 2026 13:35see384

İlham Əliyevdən SƏRƏNCAM

20 İyul 2026 13:59see327

Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026 2030 cu illər üçün Tədbirlər Planı” təsdiqlənib

20 İyul 2026 13:58see323

Şuşada ilk açıq hava kitabxanası

20 İyul 2026 14:57see319

Prezident nazirlik qarşısında öhdəlik qoydu

20 İyul 2026 13:58see297

Müharibənin yenidən güclənmə ehtimalı yüksəkdir AÇIQLAMA

21 İyul 2026 17:42see279

Prezident 1 fərman, 1 sərəncam imzaladı

20 İyul 2026 13:58see255

Duginin türk dostu Ankaraya 17 ölkədən nümayəndə yığıb, “4 lü ittifaq” düzəldir?..

20 İyul 2026 22:14see253

Vətənədaşa xəstə heyvan veriləndə, o nə etməlidir? AÇIQLAMA

20 İyul 2026 14:08see237

2026 2030 cu illər üçün məşğulluq strategiyası üzrə Tədbirlər Planı TƏSDİQLƏNDİ

20 İyul 2026 13:59see224

Övladı məktəbə gedəcək valideynlərin NƏZƏRİNƏ

20 İyul 2026 18:48see201

İran XİN: Milli maraqlarımız nəzərə alınarsa, ABŞ ilə danışıqların bərpası mümkündür

21 İyul 2026 00:42see192

Rumıniyada səhiyyə işçiləri xəbərdarlıq tətili keçirir

20 İyul 2026 14:34see187

I Liqada klubunu dəyişdi

20 İyul 2026 19:42see182

“Sultan Həsən Bahadur” filmi tarixi və süni intellekti bir araya gətirib

20 İyul 2026 20:25see175

Haluk Levent işi nə görə saxlanılan Oğuzhan Uğur həbs edilib

21 İyul 2026 03:59see175

Fon der Leyen Ukraynanın yeni Baş naziri ilə danışıqlar apardı

20 İyul 2026 18:55see175

İlham Əliyev Mixael Harmsla görüşdü

20 İyul 2026 22:45see173

Göz yaşları içində sona çatan böyük hekayə

21 İyul 2026 11:03see171

Üç idarə MMC oldu: Rəis təyin edildi FOTO

20 İyul 2026 13:41see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri