Icma.az
close
up
RU
Qlobal təşəbbüslər Bakıda birləşir

Qlobal təşəbbüslər Bakıda birləşir

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan artıq qlobal miqyasda nüfuzlu və beynəlxalq təşəbbüslərin mərkəzinə çevrilmiş ölkələrdən biridir. Ümumdünya Şəhərsalma Forumundan sonra İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakıda keçirilməsi də ölkəmizin artan beynəlxalq nüfuzunun və etimadının bariz göstəricisidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bütün bunlar Azərbaycanın fəaliyyət gündəliyinin nə qədər çoxşaxəli və geniş olduğunu nümayiş etdirir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib. 

Deputat söyləyib ki, ölkəmizin xarici siyasətində İslam ölkələri ilə əməkdaşlığa xüsusi önəm verilir. İslam həmrəyliyinin möhkəmləndirilməsi və inkişafı Azərbaycanın beynəlxalq fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi də Azərbaycanla İslam dünyası arasında formalaşmış qarşılıqlı etimadın, ölkəmizin dialoq və əməkdaşlıq məkanı kimi qəbul edilməsinin növbəti ifadəsidir.

Toplantının açılış mərasimində çıxış edən ölkə başçısı Azərbaycanın bu mötəbər tədbirə ikinci dəfə ev sahibliyi etməsinin ölkəmizlə İslam İnkişaf Bankı Qrupu arasında mövcud olan sıx əməkdaşlığın, qarşılıqlı etimadın və uğurlu tərəfdaşlığın bariz göstəricisi olduğunu vurğuladı. Prezident 2010-cu ildə Bakıda keçirilən ilk İllik Toplantını xatırladaraq həmin tədbirin Azərbaycanın iqtisadi islahatlarına, xüsusilə iqtisadiyyatın şaxələndirilməsi və enerji sektorundan asılılığın azaldılması istiqamətində atılan addımlara mühüm təkan verdiyini qeyd etdi. Bununla yanaşı dövlətimizin başçısı ötən dövr ərzində Azərbaycanda və regionda mühüm dəyişikliklərin baş verdiyini, lakin bu dəyişikliklər fonunda ölkəmizin sabit və dayanıqlı inkişaf xəttini qoruyub saxladığını söylədi. Bu isə Azərbaycanın milli maraqlara əsaslanan beynəlxalq əməkdaşlığa açıq və qlobal tərəfdaşlığa sadiq siyasətinin nəticəsidir. Prezident həmçinin qeyd etdi ki, Azərbaycanın müstəqillik dövrü çətin yol keçməsinə baxmayaraq sabit inkişaf və dövlət quruculuğu ilə yadda qalıb.

Bu vəziyyət ölkənin iqtisadi və sosial inkişafının əsasını təşkil etməklə yanaşı onun regional və qlobal səviyyədə etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Prezident İlham Əliyev ölkəmizin iqtisadi qüdrətindən danışaraq bərpaolunan enerjinin Azərbaycanın böyük potensiala malik sahələrindən biri olduğunu və beynəlxalq, yerli şirkətlərlə imzalanmış müqavilələr nəticəsində 2032-ci ilədək ölkəmizdə 8 giqavat həcmində Günəş və külək enerjisi istehsal gücünün yaradılmasının nəzərdə tutulduğunu bildirdi. Hazırda əsas diqqət ötürücü xətlərin yaradılmasına və enerji ixracı infrastrukturunun formalaşdırılmasına yönəlib. Çünki ölkədə istehsal olunacaq əlavə enerji ixrac potensialına malikdir. Bu istiqamətdə əsas bazarlardan biri Avropadır və gələcəkdə Avropa İttifaqının elektrik enerjisinə olan tələbatı uzun müddət yüksək olaraq qalacaq.

Deputat yekunda qeyd edib ki, İslam ölkələri ilə sağlam əməkdaşlıq və Azərbaycanın İslam dünyasının həmrəyliyi istiqamətində nümayiş etdirdiyi mövqe bu ölkələrlə münasibətlərin səmərəli və qarşılıqlı faydalı istiqamətdə inkişafının göstəricisidir. İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakıda keçirilməsi isə onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq əməkdaşlıq üfüqləri daha da genişlənməkdədir. Azərbaycan təşəbbüslər ölkəsi olaraq beynəlxalq gündəmin formalaşmasında fəal iştirak edir, qlobal proseslərin önündə dayanır və aktual məsələlərin açıq müzakirəsinə əlverişli şərait yaradır. Ölkəmizdə keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantısı da bunun növbəti təsdiqi oldu. Bu mötəbər tədbir Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu, etibarlı tərəfdaş kimi mövqeyini və qlobal əməkdaşlığa verdiyi töhfələri bir daha nümayiş etdirdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyun 2026 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri