Icma.az
close
up
RU
“Qlobal iqlim dəyişiklikləri kənd təsərrüfatını zəiflədir” ŞƏRH

“Qlobal iqlim dəyişiklikləri kənd təsərrüfatını zəiflədir” ŞƏRH

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

“İqlim dəyişikliklərinin sürətlənməsi dünyada ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı yeni çağırışlar yaradıb. Bu, artıq təkcə ekoloji problem deyil, həm də ərzaq məhsullarının istehsalının azalması və qlobal aclığın artması deməkdir.

Belə ki, dünyanın müxtəlif bölgələrində müşahidə olunan quraqlıqlar, sel və daşqınlar, istilik dalğaları və mövsüm dəyişiklikləri kənd təsərrüfatına birbaşa təsir göstərir. Son illərdə temperaturun artması nəticəsində bir çox ölkədə məhsuldarlıq azalıb, su qıtlığı isə daha da dərinləşib”.

Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, BMT və beynəlxalq araşdırmalar göstərir ki, son 30 ildə iqlim dəyişikliyi qlobal kənd təsərrüfatı məhsuldarlığını orta hesabla 20 faizdən çox zəiflədib: “Alimlərin hesablamalarına görə, temperaturun hər 1 dərəcə yüksəlməsi buğda istehsalını təxminən 6 faiz, qarğıdalı istehsalını isə 7-8 faiz azaldır.
Xüsusilə Afrika və Yaxın Şərq ölkələri quraqlıq və su çatışmazlığından daha çox əziyyət çəkir. Məsələn, bəzi Afrika ölkələrində kənd təsərrüfatı məhsuldarlığı son illərdə 30-50 faizədək aşağı düşüb.

Avropada isə vəziyyət fərqli istiqamətdə özünü göstərir. Burada istilik dalğaları və meşə yanğınları kənd təsərrüfatına böyük iqtisadi zərər vurur. Təkcə 2022-ci ildə Avropada iqlim hadisələri nəticəsində kənd təsərrüfatına dəyən zərərin 28 milyard avronu keçdiyi bildirilir. ABŞ-da quraqlıq və güclü fırtınalar, Asiyada isə daşqınlar milyonlarla hektar əkin sahəsinin sıradan çıxmasına səbəb olur.

İqlim dəyişikliyi heyvandarlıq sektoruna da ciddi təsir göstərir. Yüksək temperatur süd istehsalını azaldır, heyvan xəstəliklərinin yayılmasını sürətləndirir və yem bazasının zəifləməsinə gətirib çıxarır. Bunun nəticəsində dünya bazarında ərzaq qiymətləri artır və ərzaq təhlükəsizliyi ilə bağlı risklər daha da böyüyür.

Azərbaycan da bu proseslərdən kənarda deyil. Son illərdə ölkədə quraqlığın artması, su ehtiyatlarının azalması və torpaq şoranlaşması kənd təsərrüfatına mənfi təsir göstərir. Müvafiq dövlət qurumlarının açıqlamalarına görə, bəzi bölgələrdə su ehtiyatları 15-20 faiz azalıb. Bu isə xüsusilə taxılçılıq, pambıqçılıq və heyvandarlıq sahələrində məhsuldarlığın aşağı düşməsinə səbəb olur.

Hesab edirəm ki, gələcəkdə ərzaq təhlükəsizliyinin qorunması üçün iqlimə davamlı kənd təsərrüfatına keçid vacib olacaq. Suya qənaət edən texnologiyalar, ağıllı suvarma sistemləri, quraqlığadavamlı toxumlar və rəqəmsal kənd təsərrüfatı həlləri artıq bir çox ölkələrdə prioritet istiqamətə çevrilib. Çünki iqlim dəyişikliyi ilə mübarizə aparmadan kənd təsərrüfatının dayanıqlı inkişafını təmin etmək mümkün görünmür.

Gənclərin ekoloji maariflənməsi də iqlim dəyişikliyi ilə mübarizədə çox vacib rol oynayır. Çünki gələcəkdə ətraf mühitin qorunması və dayanıqlı inkişaf məhz bugünkü gənclərin düşüncə tərzindən asılı olacaq. Ekoloji biliklərə sahib olan gənclər suya və enerjiyə qənaət, tullantıların düzgün idarə olunması və təbiətin qorunması kimi məsələlərdə daha məsuliyyətli davranırlar.

Bu gün dünyanın bir çox ölkəsində məktəblərdə və universitetlərdə ekoloji təhsil gücləndirilir. Azərbaycanda da bu istiqamətdə müəyyən addımlar atılır. Hesab edirəm ki, ekoloji maarifləndirmənin genişlənməsi gələcəkdə həm iqlim problemlərinin təsirini azaltmağa, həm də daha sağlam cəmiyyətin formalaşmasına kömək edəcək”.

Lətifə Abdıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 May 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri