Icma.az
close
up
RU
Qlobal iqlim dəyişiklikləri: yaxın gələcəkdə bizi nə gözləyir? ŞƏRH EDİLDİ

Qlobal iqlim dəyişiklikləri: yaxın gələcəkdə bizi nə gözləyir? ŞƏRH EDİLDİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qlobal iqlim dəyişiklikləri yaxın illərdə daha ciddi nəticələr doğura bilər”.Bunu SİA-ya açıqlamasında ekoloq Çingiz İsmayılov deyib.

Onun sözlərinə görə, qlobal iqlim dəyişiklikləri artıq dünyanın hər yerində öz təsirini göstərməkdədir: "Bu proseslər hər regionda fərqli şəkildə müşahidə olunur və bəzi yerlərdə daha kəskin nəticələrə səbəb olur. Məsələn, qlobal istiləşmə nəticəsində buzlaqların əriməsi okean səviyyəsinin qalxmasına, sahilyanı ərazilərin su altında qalması təhlükəsinə yol açır.Azərbaycan kimi yarı quraq iqlim qurşağında yerləşən ölkələr üçün əsas təhlükə su resurslarının azalması və kənd təsərrüfatı məhsuldarlığının aşağı düşməsidir. Bu, ölkənin ərzaq təhlükəsizliyinə ciddi təsir göstərir. Əlbəttə ki, insan fəaliyyətinin – xüsusilə karbon qazı və metan emissiyalarının – iqlim dəyişikliyinə təsiri böyükdür. Amma unutmamalıyıq ki, Yer kürəsinin iqlim tarixi göstərir: buzlaşma və istiləşmə dövrləri təkcə insan fəaliyyəti ilə deyil, günəş fəallığı və geoloji faktorlarla da bağlı olub”.

Çingiz İsmayılov bildirib ki, iqlim dəyişikliklərini tam dayandırmaq mümkün olmasa da, ona uyğunlaşma siyasəti yürütmək vacibdir: "Bu yanaşma bir çox beynəlxalq sənədlərdə olduğu kimi, Azərbaycanın da qəbul etdiyi əsas prinsiplərdəndir.Uyğunlaşma çərçivəsində suyun səmərəli istifadəsi təmin olunmalı, xüsusilə kənd təsərrüfatında suvarma sistemləri təkmilləşdirilməlidir. Təbiətə münasibətdə davranış dəyişməli, cəmiyyət və ailə səviyyəsində ekoloji maarifləndirmə gücləndirilməlidir. Enerji və sənaye sahəsində karbon emissiyalarını azaltmaq üçün yaşıl texnologiyalara keçid zəruridir. Eyni zamanda şəhər infrastrukturunda da islahatlara ehtiyac var. Park və yaşıllıqların suvarılmasında su itkisinin qarşısı alınmalı, avtomatik sistemlər optimallaşdırılmalıdır”.

Ekspertin sözlərinə görə, nəticə aydındır: iqlim dəyişiklikləri qarşısında yeganə çıxış yolu uyğunlaşmaqdır: "Bunun üçün sosial, iqtisadi və ekoloji siyasətlər vaxtında hazırlanmalıdır.Əgər bu gün düşüncəmizi dəyişməsək, yaxın illərdə daha böyük çətinliklərlə üz-üzə qala bilərik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Avqust 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see372

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see223

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see217

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see200

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see192

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see184

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see179

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see176

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see173

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see151

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see139

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see138

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see137

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see133

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri